Skip to content
26 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 750)
  • Dünya (3. 148)
  • Gündəm (10. 943)
  • İdman (611)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanla Türkiyə arasında daha bir protokol təsdiqləndi

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi
Cavidan 6 İyul, 2023

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə qanun layihəsini təsdiqləyib

Protokol bu ilin aprel ayının 29-da Türkiyənin Samsun şəhərində bağlanıb.

Protokola əsasən, Azərbaycan və Türkiyə 2020-ci il fevralın 25-də Bakıda səhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin qeyd olunmuş mallarla ticarət üçün güzəştlərə əlavə olaraq, bu Protokolda qeyd olunmuş malların ticarətində bir-birinə güzəştlər edəcəklər.

Əlavələrdə hər bir mal üçün azaldılmanın tətbiq ediləcəyi baza tarif dərəcəsi və ya əlavə gömrük rüsumu göstərilib.

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılır.

Bu, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Beləliklə, 15 növ kənd təsərrüfatı və digər Azərbaycan və türk mənşəli mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir (pendir, çay, şəkər, meyvə-tərəvəz çeşidləri və s.). Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır.

Qeyri-neft ixracının artımı üçün əlverişli şəraitin yaradılması məqsədilə xarici ölkələrlə ticarət əlaqələrinin inkişafı ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. Bu çərçivədə, ölkəmizin bağladığı və hazırda qüvvədə olan 10 ölkə ilə sərbəst ticarət, habelə bir çox ölkə ilə ikitərəfli ticarət və ya ticarət-iqtisadi əməkdaşlıq sahələrini tənzimləyən sazişlərə əlavə olaraq, Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşlarından biri olan Türkiyə Respublikası ilə də preferensial ticarət Sazişi imzalanıb. Belə ki, 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin 31 may tarixində 115-VIQ nömrəli qanunla təsdiq edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarat Sazişinə dəyişiklik haqqında Protokol 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanıb. Sənədin icrası qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərin gerçəkləşməsinə töhfə verəcək. Protokola əsasən, Tərəflər əlavələrində qeyd olunmuş mallara ticarət üçün güzəştlərə əlavə olaraq, bu Protokola əlavədə qeyd olunmuş malların ticarətində bir-birinə güzəştlər verəcəklər. Hər bir mal üçün azaldılmanın tətbiq ediləcəyi baza tarif dərəcəsi və ya əlavə rüsumu bu əlavələrdə göstərilib. Əlavələrdə sadalanan 15 növ Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə idxal ediləcək sənaye və digər mallara preferensial ticarət rejimi çərçivəsində tətbiq ediləcək güzəştlər göstərilir. Buraya spirtli içki növləri, yarımfabrikatlar, karton malları, qablaşdırma və bükmə üçün avadanlıq, müxtəlif növ aparatura və s. kimi mallar aiddir.

Bütövlüklə, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan və Türkiyə arasında tətbiq ediləm preferensial ticarət rejimi çərçivəsində ümumilikdə 30 növ kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı, həmçinin sənaye və digər malların güzəştli idxalı və ixracı həyata keçiriləcək. Həmçinin bu Protokol mövcud Sazişin 3-cü maddəsində nəzərdə tutulmuş müddəti Saziş çərçivəsində mallara verilən güzəştlərin qüvvəyə mindiyi tarixdən sonrakı 10 illik müddətə nəzərdə tutulur.

Continue Reading

Previous: Magistraturaya ixtisaslaşma seçimi başlayır
Next: “Dərman vasitəsini şəxsi məqsədlər üçün gətirənlər bəzən bunu sonradan satırlar” – Nazir müavini

Bölmənin digər xəbərləri

Zelenski Tixanovskaya ilə görüşdü – Foto
  • Dünya

Zelenski Tixanovskaya ilə görüşdü – Foto

26 Yanvar, 2026
“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib
  • Dünya

“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib

26 Yanvar, 2026
Göndərişlər ən çox bu xəstəliklərə görə verilib
  • Dünya

Göndərişlər ən çox bu xəstəliklərə görə verilib

26 Yanvar, 2026

Top 7 Xəbər

Zelenski Tixanovskaya ilə görüşdü – Foto 1

Zelenski Tixanovskaya ilə görüşdü – Foto

26 Yanvar, 2026
“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib 2

“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib

26 Yanvar, 2026
Göndərişlər ən çox bu xəstəliklərə görə verilib 3

Göndərişlər ən çox bu xəstəliklərə görə verilib

26 Yanvar, 2026
Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama 4

Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama

26 Yanvar, 2026
ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto 5

ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto

26 Yanvar, 2026
“Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı 6

“Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı

26 Yanvar, 2026
Xocalının iki kəndinə daha 25 ailə yola salındı 7

Xocalının iki kəndinə daha 25 ailə yola salındı

26 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 750)
  • Dünya (3. 148)
  • Gündəm (10. 943)
  • İdman (611)
  • İqtisadiyyat (561)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8750) Dünya (3148) Gündəm (10943) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (611) İqtisadiyyat (561)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Zelenski Tixanovskaya ilə görüşdü – Foto 26 Yanvar, 2026
  • “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib 26 Yanvar, 2026
  • Göndərişlər ən çox bu xəstəliklərə görə verilib 26 Yanvar, 2026
  • Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? – Rəsmi açıqlama 26 Yanvar, 2026
  • ANAMA-nın əməkdaşı Malayziyada öldü – Foto 26 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.