Skip to content
7 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 442)
  • Dünya (3. 042)
  • Gündəm (10. 560)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Nikolay Mejeviç: “Quran”ın növbəti dəfə yandırılması məqsədli şəkildə törədilmiş təxribatdır”

“Müqəddəs kitaba əl qaldıra bilən 10, 20, 30 ağılsızı, axmağı və ya təxribatçını idarə etmək heç bir dövlət,
Cavidan 30 İyun, 2023

“Müqəddəs kitaba əl qaldıra bilən 10, 20, 30 ağılsızı, axmağı və ya təxribatçını idarə etmək heç bir dövlət, o cümlədən də İsveç üçün problem deyil”.

Bu sözləri Sankt-Peterburq Dövlət Universitetinin Avropaşünaslıq kafedrasının professoru, iqtisad elmləri doktoru, rusiyalı politoloq Nikolay Mejeviç Oxu.Az-a müsahibəsində deyib.

Politoloq İsveçin NATO-ya üzv olmaq istəyi fonunda ölkədə bu qəbildən təxribat və təhrik xarakterli davranışların sərgilənməsi ilə bağlı fikrini bildirib.

“Bəli, İsveç kəşfiyyatının, əks-kəşfiyyatının və ya sadəcə olaraq polis xidmətlərinin imkanları barədə məlum olmasaydı, o zaman müzakirə mövzusu ola bilərdi. Amma onların imkanlarını bildiyimiz üçün deyə bilərik ki, “Quran”ın növbəti dəfə yandırılması məqsədli şəkildə törədilmiş təxribatdır. Bu zaman isə sizin faktiki olaraq ortaya qoyduğunuz sual yaranır: bunu etmək onların nəyinə lazımdır?

İndoneziyadan tutmuş Türkiyəyə qədər bütün planetdə istənilən müsəlmanın buna reaksiyasının necə olacağı aydındır – qəzəb. Dolayısı ilə də bu, anti-Avropa, anti-NATO və təbii ki, anti-İsveç əhval-ruhiyyəsinin artmasına gətirib çıxarır. Çətin ki, İsveçdə kimsə “Quran”ın Stokholmda yandırılmasının Türkiyənin diqqətindən yayınacağına şübhə ilə yanaşar. Buna görə də İsveç hakimiyyətinin çoxyönlü davrandığını güman etmək olar. Bir tərəfdən onlar amerikalılardan imtina edə bilmədilər və buna görə də NATO-ya daxil olmaq üçün hər şeyi etdilər. Digər tərəfdən isə oraya qəbul olmaq üçün elə də çox can atmırlar”, – deyə o qeyd edib.

Nikolay Mejeviçin sözlərinə görə, onlara NATO-ya daxil olmamaq üçün bəhanə lazımdır.

“Vaşinqtona demək olmaz ki, bilirsiniz, biz fikrimizi dəyişdik, artıq NATO-ya daxil olmaq istəmirik. Bunun üçün başqa bir model tətbiq olunur. Biz ittifaqa daxil olmaq istəyirik, amma görürsünüz, Türkiyə bizə icazə vermir. Beləliklə də, bu versiya olduqca ağlabatan görünür.

Üstəlik, tam aydın deyil ki, İsveç nə üçün NATO-ya üzv olmalıdır. Şimali Atlantika Alyansı onsuz da bu ölkənin ərazisindən öz problemlərinin həlli üçün istifadə edir. İsveçin hərbi-sənaye kompleksi NATO-nun sifarişləri ilə yüklənib. İsveç kvazineytral ölkə idi ki, NATO ölkələrinin ordularını kütləvi şəkildə öz silahları ilə təmin edirdi. “Carl Gustaf” qumbaraatanının müxtəlif modifikasiyalarını xatırlamaq kifayətdir.

Alyansda iştirak etməyən Stokholm NATO ilə əməkdaşlıqdan bütün üstünlükləri əldə etsə də, heç bir mənfi cəhəti yox idi”, – deyə o əlavə edib.

Continue Reading

Previous: Trampdan Ukrayna ilə bağlı “sülh formulu”: “Ərazilərin bir hissəsi Rusiyaya verilsin”
Next: “BakıKart” mobil tətbiqi bu gündən fəaliyyətə başlayır

Bölmənin digər xəbərləri

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ
  • Cəmiyyət

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ

6 Dekabr, 2025
“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU
  • Cəmiyyət

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU

6 Dekabr, 2025
İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək
  • Cəmiyyət

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

6 Dekabr, 2025

Top 7 Xəbər

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 1

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ

6 Dekabr, 2025
“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 2

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU

6 Dekabr, 2025
İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 3

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

6 Dekabr, 2025
Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 4

Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı

6 Dekabr, 2025
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 5

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

6 Dekabr, 2025
Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 6

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

6 Dekabr, 2025
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 7

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 442)
  • Dünya (3. 042)
  • Gündəm (10. 560)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8442) Dünya (3042) Gündəm (10560) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (588) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 6 Dekabr, 2025
  • “Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 6 Dekabr, 2025
  • İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 6 Dekabr, 2025
  • Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 6 Dekabr, 2025
  • Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 6 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.