Skip to content
5 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Türkiyədəki inflyasiyanın bizə mənfi təsirləri olacaq? – Nazirdən açıqlama
  • Cəmiyyət
  • Gündəm

Türkiyədəki inflyasiyanın bizə mənfi təsirləri olacaq? – Nazirdən açıqlama

Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə xüsusi mənfi təsiri gözlənilmir. Bu barədə Trend-ə maliyyə naziri Samir Şərifov deyib. “Maliyyə
Cavidan 27 İyun, 2023
1687851349_1529672191_samir_sarifov_03

Türkiyədəki inflyasiyanın Azərbaycanın maliyyə sisteminə xüsusi mənfi təsiri gözlənilmir.

Bu barədə Trend-ə maliyyə naziri Samir Şərifov deyib.

“Maliyyə sistemimiz yetərincə tarazlı vəziyyətdədir, bank sistemimiz etibarlıdır. Ölkənin kifayət qədər böyük ehtiyatları var və borc səviyyəsi çox aşağıdır. Bu səbəbdən hər hansı xüsusi mənfi təsir gözləmirik”, – o bildirib.

Bundan başqa, Azərbaycanın dövlət büdcəsində neft qiymətlərinin yenidən gözdən keçirilməsi ehtimalı ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Azərbaycanın dövlət büdcəsində neftin bir bareli üçün qoyulmuş orta ixrac qiyməti tamamilə məqbul səviyyədədir.

Nazir xatırladıb ki, yerdə qalan müddət üçün dövlət büdcəsində neft qiymətləri 50 dollardan 60 dollara qaldırılıb.

“Büdcədə neftin orta qiymətini bundan sonra da qaldıracağımızı düşünmürəm, belə ki, qoyulan qiymət yetərincə yüksəkdir. Zənnimizcə, bu tamamilə məqbul səviyyədir”, – deyə Samir Şərifov vurğulayıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33,89 milyard manat, xərcləri 36,62 milyard manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33,12 milyard manat, yerli gəlirləri 764,7 milyon manat, mərkəzləşdirilmiş xərcləri 35,85 milyard manat, yerli xərcləri 777 milyon manat) təşkil edir.

Xatırladaq ki, may ayında Türkiyədə inflyasiya 39,59 faiz olub. İnflyasiyanın qarşısını almaq üçün ölkənin Mərkəzi Bankı əsas faiz dərəcəsini illik 8,5 faizdən 15 faizədək qaldırmaq barədə qərar qəbul edib. Bu qərar elan olunduqdan sonra türk lirəsi tarixdə ilk dəfə olaraq bir ABŞ dollarına görə 24 lirə həddini keçərək zəifləməyə davam etdi. Türkiyənin Mərkəzi Bankı inflyasiya üzrə proqnozları əhəmiyyətli dərəcədə yaxşılaşdırana qədər bu siyasəti aparmaq niyyətindədir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım etdi
Next: İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 145221
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 131113
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.