Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ermənistanda onları qaralamaq üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə edilir
  • Cəmiyyət
  • Gündəm

Ermənistanda onları qaralamaq üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə edilir

Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) tərəfindən 6-cı monitorinq dövrü çərçivəsində Azərbaycan üzrə növbəti hesabat
Cavidan 21 İyun, 2023
1681364499_1664804552_1624118842_XIN1-768x403

Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) tərəfindən 6-cı monitorinq dövrü çərçivəsində Azərbaycan üzrə növbəti hesabat hazırlanıb.

Bu barədə  XİN-dən bildirilib.

Qeyd edilib ki, sənəddə 2016-cı ildə tərtib olunmuş hesabatdan ötən müddət ərzində ölkəmizdə müvafiq sahələrdə müsbət irəlilləyişlərin olduğu vurğulanıb.

Hesabatda ECRI-nin Azərbaycan əhalisinin, o cümlədən çoxsaylı məcburi köçkünlərin uzun müddət davam etmiş münaqişədən və toqquşmalardan əziyyət çəkdiyini anladığı qeyd olunub.

Hesabatda inklüziv təhsil sahəsində insan hüquqları mövzularının 2020-ci ildən etibarən kurrikuluma daxil edildiyi, internet məkanında irqçi nifrət nitqinin qarşısının alınması məqsədilə qanunvericiliyə əməli dəyişikliklər olunduğu qeyd olunub. Rəsmi orqanlar tərəfindən miqrantların hüquqi statusu ilə bağlı aparılan işlər sayəsində 2021-ci ildə qeyri-leqal statusa malik şəxslərin sayında 10 % azalma müşahidə olunduğu, miqrantların dövlət xidmətlərinə çıxışının asanlaşdırıldığı, miqrantlara iş və yaşayış icazələrinin verilməsnin sürətləndirildiyi bildirilib.

Əmək miqrantlarının Azərbaycan vətəndaşları ilə bərabər sosial müdafiə hüquqlarından istifadəsinin, eləcə də qaçqınların əmək bazarına çıxış əldə etməsinin təmin olunduğu diqqətə çatdırılıb.

Sənəddə, həmçinin multikulturalizm və tolerantlığın Azərbaycan cəmiyyətinin tərkib hissəsi olduğu vurğulanıb.

ECRI-nin Ermənistan üzrə hazırladığı növbəti hesabatda isə ölkənin siyasi və ictimai həyatında vaxtaşırı olaraq nifrət nitqi ilə bağlı insidentlərin, o cümlədən zorakılığa çağırış hallarının baş verdiyi qeyd olunub. Bu xüsusda, nifrət nitqinə misal olaraq Ermənistanda daxili bölünmələrə yol açmaq və sülh danışıqlarına əngəl törətmək məqsədilə siyasi opponentlərin qaralanması üçün “azərbaycanlı” və “türk” ifadələrindən istifadə edildiyi bildirilib. Bununla yanaşı, Ermənistanda azərbaycanlı icmasının artıq mövcud olmadığı, ölkədə yaşayan və ya ziyarətə gələn türklərin isə sayının naməlum olduğu vurğulanıb.

ECRI hesabatda Avropada toqquşmalar və həll olunmamış münaqişələrlə bağlı ultramillətçi və irqçi nifrət nitqi və zorakılığın qarşısının alınması və mübarizəyə dair bəyanatın, eləcə də AŞ İnsan Hüquqları üzrə Komissarının müvafiq tövsiyələrinə əməl olunmasının əhəmiyyətini xatırladıb.

ECRI tərəfindən Ermənistan tərəfinə verilmiş 2 aralıq və 15 əsas tövsiyə arasında ölkə rəhbərliyinə cəmiyyətdə müxtəlifliyin və tolerantlığın əhəmiyyəti barədə məlumatlılığın artırılması sahəsində işin aparılması, siyasi-ictimai, dini xadimlər və nüfuzlu şəxslər vasitəsilə nifrət nitqinə qarşı güclü əks reaksiyanın verilməsi, seçkili orqanlar və siyasi partiyalar üçün müvafiq davranış qaydalarının müəyyənləşdirilməsi, habelə təhsil sahəsində islahatlar yolu ilə etnik və dini mənsubiyyətinə görə ayrı-seçkiliyin aradan qaldırılması və s. xüsusi yer tutur.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Futbolla bağlı işi düzgün qurmamışıq” – Fərid Qayıbov
Next: “Ukrayna Ordusu yenidən qruplaşır” – Şoyqu hesabat verdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 100140
  • Cəmiyyət

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 093721
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

Cavidan 1 İyul, 2026
Screenshot_20260630_161352_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Cavidan 30 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 667)
  • Dünya (3. 430)
  • Gündəm (11. 914)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək Screenshot 2026-07-01 102316 1
  • İdman

Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək

1 İyul, 2026
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb Screenshot 2026-07-01 100140 2
  • Cəmiyyət

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

1 İyul, 2026
Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb Screenshot 2026-07-01 093721 3
  • Cəmiyyət

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

1 İyul, 2026
BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr Screenshot 2026-07-01 091200 4
  • Kateqoriyasızlar

BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr

1 İyul, 2026
Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Screenshot_20260630_161352_com_android_chrome_ChromeTabbedActivity 5
  • Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

30 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9667) Dünya (3430) Gündəm (11914) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.