Skip to content
23 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 115)
  • Dünya (3. 271)
  • Gündəm (11. 449)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Günün qoroskopu: ciddi itkilərə səbəb ola biləcək səhvə yol verməyin

Qoç – günün ilk yarısı nisbətən uğurlu və əlverişli olacaq. Başladığınız işləri bitirin. Danışıqlar müsbət nəticə verəcək. Alış-veriş və
Cavidan 21 İyun, 2023

Qoç – günün ilk yarısı nisbətən uğurlu və əlverişli olacaq. Başladığınız işləri bitirin. Danışıqlar müsbət nəticə verəcək. Alış-veriş və sövdələşmələr, anlaşmalar üçün münasib zamandır.

Lakin saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq. Əhvalınız pisləşməsin. Qıcıqlı və hirsli olmayın, səbrsizlik etməyin. Kəmhövsələlik edərək təxribatlara uymayın. Ən adi zarafatdan inciməyin. Münaqişə və mübahisələr riski böyükdür.

Buğa – müsbət dəyişikliklər vəd edən əlverişli gündür. Bir zamanlar yardım etdiyiniz insanları indi işlərinizə cəlb etsəniz, əhəmiyyətli irəliləyişlərə nail ola bilərsiniz.

Yeni münasibətlər xoş hisslər bəxş edəcək.

Emosional fon pis deyil. Əhvalınız yaxşı olacaq. Yaranan suallara cavabları sürətlə tapın. Yaşam təcrübəniz və intuisiya sizə yardımçı olacaq. Maliyyə məsələlərinin həlli, anlaşmalar və sövdələşmələr, ev üçün zəruri nəsnələrin alınması üçün münasib zamandır.

Əkizlər – tələskənliyə yol verməyin. Mənfi təmayüllərin təsiri artır. Bu səbəbdən də planlaşdırılan işləri vaxtında başa vurmaq, işlə bağlı danışıq və müzakirələrdə arzuolunan nəticəyə çatmaq çətindir. Maliyyə çətinlikləri istisna deyil. Ödəniş və gəlirlərdə gecikmələr ola bilər.

Günün ikinci yarısında uğurlar, şəxsi münasibətlərdə dəyişikliklər olacaq. Səfər pis olmayacaq. Şəraitin dəyişməsi əhvalınızı yaxşılaşdıracaq.

Səhhətinizdə problemlər yaranmayacaq.

Xərçəng – təbəddülatlı, qarışıq gündür. Çətinliklər olacaq, amma onların öhdəsindən gələcəksiniz. Qətiyyətli olun, iradəli davranın. Zəiflik və nöqsanlarınızın əsiri olmayaraq səylə çalışın, qüvvənizi əsirgəməyin. Gözlənilməz işgüzar təkliflər ala bilərsiniz. Yeni tərəfdaşlarla əməkdaşlıq asan olmasa da, yaxşı nəticələr verəcək.

Şəxsi həyatınızdakı dəyişikliklər yalnız sizin təşəbbüsünüzdən sonra yaşana bilər. Fəaliyyətə başlamazdan əvvəl nə istədiyinizi müəyyənləşdirin. Hədəf və məqsədlərin dəqiqləşdirilməsi sizi izafi əməkdən, çətinliklərdən xilas edər.

Şir – uğursuz gündür. Heç nə istədiyiniz kimi alınmır. Əsla gözləmədiyiniz yerdə və zamanda belə, problemlər yaranır. İşdə həmkarlar və rəhbərliklə mübahisələr istisna deyil. Ən əlverişsiz vaxtda problemlər, münaqişəli situasiyalar yaranır. Mühüm və aktual saydığınız işlə məşğul ola bilmirsiniz.

Yaxınlarınızla dil tapmaq da asan deyil. Onlar nöqsan və zəifliklərinizlə barışmaq istəmirlər. Bu adamların tənqidlərinin yalnız bir qismi konstruktivdir. Nəzərdə tutulmamış xərclər ola bilər. Alış-verişdə bədxərclik etməyin.

Qız – planlar böyük, genişmiqyaslıdır. Lakin onların hamısını nəzərdə tutulan formada və intensivlikdə həyata keçirmək mümkün deyil. Etibar etdiyiniz isanların məsləhətlərinə, təcrübəli dostların dediklərinə qulaq asın. Başqalarının yaşam təcrübəsindən bəhrələnməkdən vaz keçməyin. Böyük məbləğdə xərc və ya sərmayə tələb edən işləri təxirə salın.

Yalan danışmayın, sizə inanan insanları aldatmayın. Həqiqət az sonra faş olacaq və özünüzü çox naqolay hiss edəcəksiniz.

Sizə də yalan danışılanda bunu hiss edin. Bədxahlar və ya rəqiblərin toruna düşməyin.

Tərəzi – səhər saatlarında ehtiyatlı olun. Müşkül, xoşagəlməz situasiyaya düşə bilərsiniz. Yaxşı tanımadığınız insanlara sirlərinizi etibar etməyin. Situasiyanı anlamağa çalışanda bütün nüansları nəzərə alın. Ünsiyyət çevrənizi bir qədər məhdudlaşdırın.

Saatlar keçdikcə vəziyyət yaxşılaşmağa başlayacaq. Axşam saatlarına yaxın müsbət təmayüllərin təsiri artacaq. Xoş sürprizlər, hədiyyələr istisna deyil. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Axşam saatlarında gəzintiyə çıxmağı unutmayın.
 

Əqrəb – maliyyə çətinlikləri istisna deyil. İşdə mürəkkəb situasiya yaransa da, nüfuzlu insanlar sizin tərəfinizi tutacaq, ən çətin məsələlərin öhdəsindən gəlməyinizə yardım edəcəklər. İşgüzar səfərlər uğursuz alına bilər. Onları təxirə salmaq çətindirsə, yanınızda etibar etdiyiniz insanı, müttəfiqi aparın.

Şəxsi münasibətlərdə hər şey yaxşıdır. Yaxınlarınızla dil tapın. Yeni tanışlarınızda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Təmir, interyerin yenilənməsi, köç və ya köçə hazırlıq üçün əlverişli zamandır.

Oxatan – heç bir ciddi səbəb olmadan sinirlənməyin, təlaşa qapılmayın. İlk baxışdan işlər normaldır. Çalışın, bütün diqqəti həll olunması gərəkən problemlərə yönəldin. Hiss və həyəcanlar arxa plana keçməlidir.

Əndişə yersizdir. Kiçik problemlər və cüzi çətinliklərin öhdəsindən gələ biləcəksiniz.

Dostlarla müttəfiqlər sizə yardım edəcəklər. Axşam saatları gözlənilməz görüş və yeni tanışlıqlar zamanıdır. Ünsiyyətdə olduğunuz insanlar sizdə xoş hisslər yaratsa da, onlara inanmağa tələsməyin. Yeni tanışların hamısı etimada layiq insanlar deyil.

Oğlaq – ciddi itkilərə səbəb ola biləcək səhvə yol verməyin. Adi günlərdən fərqli olaraq daha intensiv çalışın. İstirahət və əyləncəni təxirə salın. Ön planda iş olmalı, məqsəd və hədəflərə çatmalısınız. Ehtiyatlı, sərvaxt olun, yolunuzdan sapmayın.

Ciddi romantik münasibətlərə başlamaq üçün münasib zaman deyil. Axşam saatlarını bələd olduğunuz insanlarla keçirin.

Dolça – məhsuldar və maraqlı gündür. Vaxtınızı boş işlərə səf etməyin. Hər dəqiqədən maksimal dərəcədə effektiv istifadə etməyə çalışın. Belədə rəqiblərlə müqayisədə daha yaxşı nəticələrə nail ola bilərsiniz. Uğurlarınıza paxıllıq edən olacaq. Amma rəqiblər və bədxahlar sizə mane ola bilməyəcəklər.

Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Münaqişələr olmayacaq. Çoxdan bəri həllini gözləyən problemləri çözə bilərsiniz. Yeni tanışlıqlar və romantik münasibətlər üçün əlverişli zamandır. Sevdiyiniz insanla həssas, qayğıkeş olun.

Balıqlar – yaxın ətrafınızdakı insanlar sizə can atır. Köhnə dostlar özlərini xatırladacaqlar. Sınanmış işgüzar tərəfdaşlardan birinin təkliflərini müzakirə etmək mümkündür. İşlərinizdə süstlüyə və tənbəlliyə yol verməyin.

Günlə bağlı planlarınız olsa da, çoxsaylı görüşlər və danışıqlar onları poza bilər. Ona görə də nə qədər çətin olsa da, “yox” deməyi bacarın.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Lakin qida rasionunuza fikir verin. Kulinar eksperimentlər aparmayın, adi təamlarla kifayətlənin. Axşam saatlarındakı gəzinti yuxusuzluqdan qurtulmağa yardım edər.

Milli.Az

Continue Reading

Previous: “Bu, Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanıdır” – RƏSMİ
Next: Bakının ən məşhur çimərlikləri – Qiymətlər

Bölmənin digər xəbərləri

Bu gün Beynəlxalq Novruz günüdür
  • Cəmiyyət

Bu gün Beynəlxalq Novruz günüdür

21 Mart, 2026
Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI
  • Cəmiyyət

Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI

20 Mart, 2026
Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
  • Cəmiyyət

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

20 Mart, 2026

Top 7 Xəbər

Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb 1

Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb

21 Mart, 2026
Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır 2

Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır

21 Mart, 2026
Bu gün Beynəlxalq Novruz günüdür 3

Bu gün Beynəlxalq Novruz günüdür

21 Mart, 2026
Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI 4

Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI

20 Mart, 2026
Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər 5

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

20 Mart, 2026
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 6

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

20 Mart, 2026
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 7

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

20 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 115)
  • Dünya (3. 271)
  • Gündəm (11. 449)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9115) Dünya (3271) Gündəm (11449) Kateqoriyasızlar (474) Kriminal (1354) Mədəniyyət (341) Siyasət (2970) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb 21 Mart, 2026
  • Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır 21 Mart, 2026
  • Bu gün Beynəlxalq Novruz günüdür 21 Mart, 2026
  • Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI 20 Mart, 2026
  • Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər 20 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.