Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Novruz Aslanov İsmayıllıda “Zəfər Günü”nü sakinlərlə birlikdə qeyd etdi
  • Cəmiyyət

Novruz Aslanov İsmayıllıda “Zəfər Günü”nü sakinlərlə birlikdə qeyd etdi

Noyabrın 8-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda keçirilən “Zəfər Günü” bayramında iştirak edib. Bayram tədbirində Rayon İcra
Cavidan 9 Noyabr, 2021
1636442611.6b99897f-ee05-4e2b-a744-54489613cacf

Noyabrın 8-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda keçirilən “Zəfər Günü” bayramında iştirak edib. Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, yerli idarə, müəssisə, təşkilat və  ictimaiyyət nümayəndələri iştirak edib.

Addim.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini  ziyarət ilə başlanılıb. Heydər Əliyev adına Mərkəzi meydanda keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.
Sonra Mərkəzi Meydanda İsmayıllı şəhər və kənd məktəblilərinin, Heydər Əliyev Mərkəzinin və Uşaq- Gənclər İnkişaf Mərkəzinin hazırladıqları “Zəfər sərgisi”nə baxış keçirilib. Sərgidə Zəfər Gününə  həsr olunmuş əl işləri,  foto və rəsmlər nümayiş etdirilib. Həmçinin etnik qurupların ifasında folklor rəqslərinə baxılıb.

Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov giriş sözü ilə açıq elan edib. Çıxış edən millət vəkili Novruz Aslanov qələbəni bizə yaşadan bütün şəhidləri, o cümlədən İsmayıllı şəhidlərini dərin hörmət və qürur hissi ilə anaraq 44 günlük haqq savaşından ətraflı söz açıb. Birinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsini də dərin ehtiramla anıb.  Xüsusilə, bu tarixi bizə yaşadan, rayonda bütün kütləvi tədbirlərdə iştirak edən,  şəhid, tarix müəllimi  Famil Əhmədzadənin özünün bu şanlı tarixin bir hissəsinə çevrildiyini bildirib. O, vurğulayıb ki, qanla yazılan tarix əbədi və sarsılmaz olur. Bu gün Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının Qarabağa qovuşduğu, tarixi zəfərə imza atdığı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda terror zamanı həlak olan günahsız insanların qisasının döyüş meydanında alındığı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdiyi gündür. O, bir daha bu əlamətdar gün münasiətilə hamını təbrik edib.

Daha sonra Mərkəzi Meydanda İsmayıllı rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub. Vətənə, orduya, bayrağa həsr olunmuş şeirlər, musiqilər səsləndirilib.

Rayon rəhbəri tərəfindən şəhid ailələrinin üzvləri üçün hazırlanmış təşəkkürnamə RİH-nin başçısı Nahid Bağırov və millət vəkili Novruzəli Aslanov tərəfindən  şəhid ailələrinə təqdim olunub. Tədbirdən sonra Şəhidlər xiyabanına yürüş təşkil olunub, abidə önünə əklil və şəhidlərin məzarlarına gül dəstələri düzülüb.

Sonra 8 Noyabr-Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Heydər Əliyev prospektində 300 ədəd ağac əkilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Mehriban Əliyevadan Bayraq Günü TƏBRİKİ – FOTO
Next: Ermənistanın xarici işlər nazirinə yeni müavin təyin edildi

Bölmənin digər xəbərləri

6a3bde15110926a3bde15 v
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Cavidan 24 İyun, 2026
1782298572_888V
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

Cavidan 24 İyun, 2026
10d0ee22-3ae6-3 v
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 641)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 405)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb 6a3bde15110926a3bde15 v 1
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

24 İyun, 2026
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib 1782306181 b 2
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

24 İyun, 2026
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib 1782304152051-664152687 3
  • İdman

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

24 İyun, 2026
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq 6a3bba01aabca6a3bba v 4
  • Dünya

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

24 İyun, 2026
Neftçalada DOST filialının açılışı olub 1782301v 5
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9641) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1405) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (667) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.