Skip to content
14 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 080)
  • Dünya (3. 264)
  • Gündəm (11. 409)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Naxçıvanda dövlət proqramları ləğv edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikasının dövlət proqramlarının ləğv edilməsi və
Cavidan 8 İyun, 2023

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikasının dövlət proqramlarının ləğv edilməsi və icra vəziyyətinin yoxlanılması haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aşağıdakı fərman və sərəncamları ləğv edilsin:

1.1. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 29 mart tarixli 162-V FR nömrəli Fərmanı;

1.2. “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 2 mart tarixli 226-05/S nömrəli Sərəncamı;

1.3. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 14 fevral tarixli 459-05/S nömrəli Sərəncamı;

1.4. “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 17 fevral tarixli 460-05/S nömrəli Sərəncamı;

1.5. “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 14 mart tarixli 7-06/S nömrəli Sərəncamı;

1.6. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 28 yanvar tarixli 84-06/S nömrəli Sərəncamı;

1.7. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 12 mart tarixli 95-06/S nömrəli Sərəncamı;

1.8. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 15 mart tarixli 96-06/S nömrəli Sərəncamı;

1.9. “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2021-ci il 29 mart tarixli 100-06/S nömrəli Sərəncamı;

1.10. “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2022-ci il 15 fevral tarixli 194-06/S nömrəli Sərəncamı.

  1. Bu fərmanın 1.1-ci-1.10-cu bəndlərində nəzərdə tutulmuş dövlət proqramlarının 2023-cü il iyunun 1-dək olan icra vəziyyətinin, bu məqsədlə ayrılmış maliyyə vəsaitlərinin düzgün sərf olunmasının, dövlət proqramlarından kənarlaşmaların olub-olmamasının araşdırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasında dövlət proqramlarının icra vəziyyətinin yoxlanılması üzrə Komissiya” yaradılsın.
  2. Komissiya:

3.1. Beş ay müddətində dövlət proqramlarının icra vəziyyətinin araşdırılmasını başa çatdırıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat versin;

3.2. Səlahiyyəti daxilində dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar barədə sorğu verilməsini və onlardan belə məlumatların alınmasını təmin etsin, habelə müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etsin.

  1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

Continue Reading

Previous: ABŞ Azərbaycan vətəndaşları üçün viza rüsumunu artırdı
Next: Bu yoldan istifadə etməyin – DYP-dən sürücülərə müraciət

Bölmənin digər xəbərləri

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir
  • Dünya

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir

14 Mart, 2026
Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir
  • Cəmiyyət

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb
  • Dünya

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026

Top 7 Xəbər

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 1

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir

14 Mart, 2026
Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 2

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 3

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq 4

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Bakıda market və bank kartından oğurluq edilib 5

Bakıda market və bank kartından oğurluq edilib

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 6

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026
Bakıda NATO-nun kursu keçirilib 7

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 080)
  • Dünya (3. 264)
  • Gündəm (11. 409)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9080) Dünya (3264) Gündəm (11409) Kateqoriyasızlar (473) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 14 Mart, 2026
  • Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 14 Mart, 2026
  • Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 14 Mart, 2026
  • Sabah Bakıda 13 dərəcə isti olacaq 14 Mart, 2026
  • Bakıda market və bank kartından oğurluq edilib 14 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.