Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Günün qoroskopu: Çox orijinal, ekstravaqant əşyaşar almayın.
  • Cəmiyyət
  • Gündəm

Günün qoroskopu: Çox orijinal, ekstravaqant əşyaşar almayın.

Qoç – səhər saatlarından etibarən işlərə aktiv başlayın. Süstlüyə qapılmayın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli bildiyiniz bütün vasitələrdən
Cavidan 5 İyun, 2023
horoscope_2

Qoç – səhər saatlarından etibarən işlərə aktiv başlayın. Süstlüyə qapılmayın, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli bildiyiniz bütün vasitələrdən və metodlardan istifadə edin. Güclü yönlərinizi göstərin, nüfuzlu insanın təqdirini qazanın.

Müvəffəqiyyətlərdən başgicəllənməyə məruz qalmayın. Səbrli, eyni zamanda təmkinli olun.

Günün ikinci yarısında şirin vədlərə və boş sözlərə inanmayın. Ailə və məişət problemlərini birlikdə həll etmək daha yaxşıdır. Bütün məsuliyyəti üzərinizə götürməyin. Sənədlərlə iş zamanı diqqətli olun.

Buğa – bu gün önəmli, vacib işlər üçün deyil. Belə işlərə başlasanız, diqqətiniz dağılacaq. Səhv riski həddən ziyadədir. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa çalışın. Ünsiyyət üçün əlverişli zamandır.

Uğurlu alış-veriş istisna deyil.

Qəfil gəlir və hədiyyələr istisna deyil.

Günün ikinci yarısında ailə üzvləriniz və yaxınlarınız sizinlə razılaşmasalar da, münaqişələrə yol verməyin.

Axşam saatları romantik görüş, sevdiyiniz insanla bir araya gəlmək üçün münasib vaxtdır.

Əkizlər – başladığınız işləri başa vurmağa tələsin. Son günlərdəki yarımçıq işləri bitirin. Müsbət təmayüllərin təsiri güclənsə də, bir müddət sonra problemlər yaranacaq. Çətinliklər sizi qorxutmasın. Sənədləri qaydaya salın. Bütün borcları ödəyin.

Günün ikinci yarısında mühüm qərarlar qəbul etmək olar. Yaxın gələcəklə bağlı planların reallaşmasına hazırlaşın.

Axşam saatlarında ailə üzvləri ilə birlikdə istirahət edin. Qonaqlar gələcək.

Xərçəng – çox əlverişli və münasib gündür. Nəzərinizdə tutduğunuz işləri başa vura biləcəksiniz. Məqsədə çatın, yolunuzdan sapmayın. Peşəkar fəaliyyət müstəvisində yaranan probelmlərin çözülməsini başqalarına həvalə etməyin. Rəqiblər və bədxahlarla müqayisədə daha ciddi uğurlara nail ola bilərsiniz.

Günün ikinci yarısı bilik, təcrübə və informasiyalar əldə etmək üçün yaxşı zamandır. Gələn məlumatları dəyərləndirin.

Yeni tanışlıqlar istisna deyil. Münasibətlər sürətlə inkişaf edəcək, sizi sevindirəcək. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Orijinal ideyalar peyda olur.
 

Şir – günün ilk yarısı çox uğurlu olacaq. Maraqlı görüşlər, işlərdə irəliləyişlər, gəlirlər istisna deyil. Ən çətin problemlərin öhdəsindən sürətlə gəlməyə, dürüst qərarlar qəbul etməyə çalışın. Kimsəyə imkan verməyin ki, sizi məqsədə aparan yoldan sapdıra bilsin. Dəyər verdiyiniz insanlarla ünsiyyət üçün münasib zamandır.

Günün ikinci yarısı yaşam potensialının səviyyəsi aşağı düşəcək. Yorğunluq hissi yaranacaq. İşləri yarımçıq qoyaraq istirahətə və ya daha yüngül işə can atmayın. Yaxınlarınız sizi anlamağa çalışırlar.
 

Qız – gün uğursuz başlanacaq. Günün ilk yarısında qıcıqlı, hətta aqressiv olacaqsınız. Yaxınlarınızla acı danışmayın, işdə münaqişəli vəziyyət yaratmayın. Yaxşı tanımadığınız insanlarla ünsiyyəti minimuma endirin. Ehtiyatlı, diqqətli olun. Dəyər verdiyiniz nəsnəni itirə bilərsiniz.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Daha enerjili, aktiv olun. Orijinal ideyalarınızı cəsarətlə reallaşdırın. Müsbət hisslərinizi yaxın ətrafınızdakı insanlarla bölüşün.

Tərəzi – sakit və məhsuldar gündür. Yaranan probelmlərin çözülməsi, görüləsi işlərin başa çatdırılması üçün əlverişlidir. İşdə indiyədək dil tapa bilmədiyiniz həmkarlarla münasibətləri normallaşdırın. Tərəfdaş və ya həmkarlarla fikir ayrılıqları yaransa belə, münaqişəyə yol verməyin. Konstruktiv müzakirə və diskussiya çərçivəsində qalın.

Günün ikinci yarısı maliyyə və əmlak məsələlərinin həlli üçün əlverişlidir. Yaşam potensialı yüksəkdir. İşlər çox olsa belə, ifrat yorğunluq hiss etməyəcəksiniz. Axşam saatlarında xoş xəbərlər alacaqsınız.

Yeni tanışlıqlar istisna deyil. Amma münasibətlərin uzunmüddətli olacağını düşünməyin.

Əqrəb – mühüm, genişmiqyaslı işləri təxirə salın. Çətin, qarışıq gündür. Yaranan problemlərin öhdəsindən istədiyiniz təki sürətlə gələ bilməyəcəksiniz. Önəmli görüşlərlə bağlı vədlər varsa, ora hazırlıqsız yollanmayın. İmprovizə qabiliyyətinizə bel bağlamayın.

Günün ikinci yarısında sərvaxt və huşyar olmasanız, ciddi problemin öhdəsindən gələ bilməyəcəksiniz. Tək, müstəqil işləyərək daxili harmoniyaya nail olun, əsəblərinizi sakitləşdirin. Yaxşı tanımadığınız insanlarla ünsiyyət sizi adi günlərdən fərqli olaraq çox yoracaq.

Axşam saatlarında mənfi emosiyaların öhdəsindən gəlin.
 

Oxatan -yaxşı bacardığınız işlə məşğul olun. Axına qarşı üzün, iradə və qətiyyətinizi göstərin. Məqsədinizdən əl çəkməyin. Səylərinizlə qüvvənizi düzgün paylaşdırsanız, əla nəticələrə nail ola bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə diqqətli olun.

Günün ikinci yarısı romantik münasibətlər baxımından əlverişli zamandır. Yaxınlarınızla ünsiyyətdən həzz alacaqsınız. Sevdiyiniz insanı sevindirməyi unutmayın.

Axşam saatlarında maraqlı tanışlığa nail olmaq üçün səy göstərin.

Oğlaq – günün ilk yarısı uğurlu olacaq. Şanslarınızdan maksimal dərəcədə yararlanmağa çalışın. İşdəki problemləri uğurla həll etməyə can atın. Bilik, bacarıq və informasiyalarınızı nümayiş etdirin. Nüfuzlu insanın diqqətini cəlb etmək, çox maraqlı işgüzar təklif almaq şansı var.

Günün ikinci yarısında alış-veriş uğurlu olacaq. Aktiv həyat tərzi keçirən insanlarla qeyri-formal şəraitdə görüşmək olar.

Çox orijinal, ekstravaqant əşyaşar almayın. Zahiri görünüşə aldanmayın.

Axşam saatlarında normal istirahət edin.
 

Dolça – bütün işlərdə intuisiyanıza güvənə bilərsiniz. Təhtəlşüur bu gün sizi aldatmayacaq. Yalnız sizə aid olmayan məsələləri təkbaşına həll etməkdən qorxmayın. Səhvlərə yol verməyin, problemin həllində optimal yolu seçin. Karyera məsələləri ilə bağlı narahatlığınız varsa, qarşınızda cazibədar perspektivlər yaranır.

Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. Qarşılaşdığınız insanlar əvvəlkilərə bənzəməyəcək. Yaşamınızda nəyisə dəyişmək istəyirsinizsə, indi əsl vaxtdır.

Balıqlar – günün ilk yarısında problemlərin həllinə yaradıcı yanaşın. Ən adi hadisələrdən birinin mahiyyətini araşdıranda onun qeyri-adi olay olduğunu anlayacaqsınız. Aktiv olun, qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.

Günün ikinci yarısında yeni münasibətlərə başlamaq məsləhət deyil. Yaramaz, ləyaqətsiz insana aldanmaq ehtimalı var. Ehtiyatı əldən verməyin, sayıq olun.

Milli.Az

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ərdoğan üçün kəsilən xatirə pulu qonaqlara hədiyyə edilib – FOTO
Next: Bu gecəki qorxunc hadisə belə baş verib – AÇIQLAMA

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 130754
  • Cəmiyyət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 123011
  • Cəmiyyət

Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 114105
  • Cəmiyyət

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Cavidan 15 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 749)
  • Dünya (3. 455)
  • Gündəm (11. 951)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-15 155622 1
  • Kateqoriyasızlar

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 İyul, 2026
Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər Screenshot 2026-07-15 152001 2
  • Siyasət

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

15 İyul, 2026
Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib Screenshot 2026-07-15 145037 3
  • Dünya

Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib

15 İyul, 2026
Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq Screenshot 2026-07-15 130754 4
  • Cəmiyyət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

15 İyul, 2026
Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı Screenshot 2026-07-15 123011 5
  • Cəmiyyət

Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9749) Dünya (3455) Gündəm (11951) Kateqoriyasızlar (524) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.