Skip to content
6 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq
  • Cəmiyyət
  • Gündəm

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası
Cavidan 31 May, 2023
1685526308_16688417446121632280_1200x630

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunacaq:

  • hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi;

-. hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;

-. hakimlərin konfransı tərəfindən seçilən birinci instansiyası məhkəmələrinin üç hakimi;

-. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;

-. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;

-. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;

-. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil;

-. Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim;

  • hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi.

Qeyd edək ki, hazırda Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunur:

  • Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri);
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;
  • Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
  • Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
  • Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
  • hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi;
  • hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi;
  • hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi;
  • hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi;
  • Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) təyin etdiyi şəxs;
  • Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təyin edilən vəkil;
  • Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs.

Beləliklə, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri), – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) təyin etdiyi şəxs, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs Məhkəmə-Hüquq Şurasının tərkibində yer almayacaq. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri) və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri hesab edilməsi barədə müddəa ləğv olunur. Ümumilikdə Məhkəmə-Hüquq Şurasının icra hakimiyyəti orqanlarının nümayəndələrindən olan üzvlərinin sayı azaldılır, hakim üzvlərinin sayı artırılır, Məhkəmə-Hüquq Şurasının hakim üzvlərinin hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla) seçilməsi, Məhkəmə-Hüquq Şurasının sədrinin isə Şuranın yalnız hakim üzvləri sırasından seçilməsi təklif edilir. Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim də Məhkəmə-Hüquq Şurasının üzvü olacaq.

Qeyd edək ki, qüvvədə olan qanuna görə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Məhkəmə-Hüquq Şurasına üzv təyin edilən şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə beş ildən artıq iş stajına malik olmalıdırlar. Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasına üzv seçilən (təyin edilən) şəxslər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə on ildən artıq iş stajına malik olmalıdırlar.

Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Azərbaycan tranzit ölkələr və istehlakçılar üçün təhlükəsiz şərait yaradıb” – Prezident
Next: Adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatına alınması qaydası dəyişdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-06 125223
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

Cavidan 6 İyul, 2026
Screenshot 2026-07-06 095348
  • Dünya

Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var

Cavidan 6 İyul, 2026
Screenshot 2026-07-06 090951
  • Cəmiyyət

Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq

Cavidan 6 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 692)
  • Dünya (3. 436)
  • Gündəm (11. 925)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb Screenshot 2026-07-06 125223 1
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

6 İyul, 2026
Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir Screenshot 2026-07-06 122743 2
  • Dünya

Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir

6 İyul, 2026
Şuşada çərkəz musiqiləri ifa edilib Screenshot 2026-07-06 115014 3
  • Mədəniyyət

Şuşada çərkəz musiqiləri ifa edilib

6 İyul, 2026
“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək Screenshot 2026-07-06 105623 4
  • İdman

“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək

6 İyul, 2026
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb Screenshot 2026-07-06 102423 5
  • Kriminal

Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

6 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9692) Dünya (3436) Gündəm (11925) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.