
İyunda qeyri-iş günlərinin sayı məlum olub.
Qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib.
İyunun 15-də Milli Qurtuluş Günüdür.
26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, həftəsonları da daxil olmaqla, iyunda 12 gün iş olmayacaq.