Skip to content
15 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 080)
  • Dünya (3. 264)
  • Gündəm (11. 409)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda OLAY: Quduzluğa yoluxmuş qoyunları kəsib ailəsinə qonaqlıq verdi

Şabranda bir ailənin 20-yə yaxın üzvü quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb. Addim.az AzərTac-a istinadən xəbər verir ki,
Cavidan 17 May, 2023

Şabranda bir ailənin 20-yə yaxın üzvü quduzluq xəstəliyi ehtimalı ilə nəzarətə götürülüb.

Addim.az AzərTac-a istinadən xəbər verir ki, təxminən 20-25 gün əvvəl yırtıcı heyvanlar rayonun Qorğan kəndində təsərrüfatlardan birində qoyunlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunun ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən təsərrüfat sahibi onları kəsib və özündən ayrı yaşayan övladlarının ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.

Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib.

Şabran Rayon İcra Hakimiyyəti başçısının Qorğan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Balabəyov bildirib ki, müvafiq dövlət qurumları faktla bağlı məlumatlandırılıb. Ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib. Bununla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Şabran Rayon İcra Hakimiyyətinin, Şabran Rayon Baytarlıq idarəsinin, Şabran Rayon Gigiyena və epidemiologiya mərkəzinin nümayəndələri Qorğan kəndinə gəlib və müvafiq tədbirlər görülür.
Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Hazırda həmin qonaqlıqda iştirak edən və xəstə heyvanların ətindən yeyən şəxslər müəyyənləşdirilərək nəzarətə götürülüb.

İlkin ehtimala görə, ailənin 20-yə yaxın üzvü xəstə qoyunların ətindən yeyib.

Orxan Balabəyov bildirib ki, həmin ailənin üzvləri həkim nəzarətindədir və heç birində hər-hansı bir narahatlıq müşahidə olunmayıb.

Continue Reading

Previous: Şuşa Qoruğuna yeni icraçı direktor təyin olundu
Next: İlham Əliyev Tokayevə zəng etdi

Bölmənin digər xəbərləri

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir
  • Dünya

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir

14 Mart, 2026
Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir
  • Cəmiyyət

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb
  • Dünya

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026

Top 7 Xəbər

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 1

CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir

14 Mart, 2026
Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 2

Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir

14 Mart, 2026
Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 3

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq 4

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Bakıda market və bank kartından oğurluq edilib 5

Bakıda market və bank kartından oğurluq edilib

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 6

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026
Bakıda NATO-nun kursu keçirilib 7

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 080)
  • Dünya (3. 264)
  • Gündəm (11. 409)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9080) Dünya (3264) Gündəm (11409) Kateqoriyasızlar (473) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • CENTCOM: “Abraham Linkoln” İranın hava məkanına dənizdən hakim olmağa davam edir 14 Mart, 2026
  • Aİ rəsmisi: Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir 14 Mart, 2026
  • Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 14 Mart, 2026
  • Sabah Bakıda 13 dərəcə isti olacaq 14 Mart, 2026
  • Bakıda market və bank kartından oğurluq edilib 14 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.