Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Qonşunun evini 58 min manata “satdı”, həbs edildi
  • Cəmiyyət
  • Gündəm

Qonşunun evini 58 min manata “satdı”, həbs edildi

Bakıda qonşusunun evini öz evi kimi təqdim edərək satışa çıxaran şəxsə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa
Cavidan 12 May, 2023
menzil (1)

Bakıda qonşusunun evini öz evi kimi təqdim edərək satışa çıxaran şəxsə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 1978-ci il təvəllüdlü İlqar Hacıyev Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, İlqar Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən kompleksdə 2-ci mərtəbədəki mənzildə yaşayıb. 2021-ci ildə yuxarı mərtəbədən su sızdığı üçün ev sahibi İlkin mənzilinin açarını İlqara verib və hər hansı problem yaranarsa, dərhal müdaxilə etməsini xahiş edib. Bundan sonra İlqar qonşusuna məxsus evi sataraq pul əldə etmək qərarına gəlib. Bu məqsədlə o, bir neçə nəfərə 60 min manata təmirsiz mənzil satdığını deyib.

Bir neçə gün sonra Oqtay adlı şəxs həmin evi oğluna almaq istədiyini bildirib və İlqarla əlaqə saxlayaraq oraya gəlib. Mənzildə olarkən tərəflər 58 min manata razılaşıblar. İlqar evdə bəzi kommunal problemlərin olduğunu, həmçinin çıxarış əldə edilməli olduğunu deyib və Oqtaydan ona etibarnamə verməsini xahiş edib. O, 58 min manatın 20 mininin dərhal, 30 min manatın çıxarış əldə edilərkən, yerdə qalan 8 min manatın isə 8 ay ərzində hər dəfə 1000 manat olmaqla verilməsinə razılaşıb.

Tərəflər Nərimanov rayonu ərazisində görüşərək notariusda İlqarın adına etibarnamə veriblər. Həmin vaxt mənzilin saxta sahibinə 20 min manat ödənilib. Lakin daha sonra dələduzluq əməlinin üstü açılıb və Oqtay Məmmədov polisə müraciət edib.

Məhkəmədə İlqar Hacıyev törətdiyi əməli etiraf edib. O, əldə etdiyi 20 min manat pula avtomobil ehtiyat hissələri aldığını deyib və imkanı olmadığı üçün vəsaitin 2 min manatını geri qaytardığını bildirib.

Zərərçəkən tərəf isə İlqara verdikləri puldan 18 min manatın hələ qaytarılmadığını bildirib və ondan şikayətçi olub.

Nərimanov Rayon Məhkəməsinin 10 may tarixli hökmü ilə İlqar Hacıyevə 2 il həbs cəzası verilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Türkiyədə seçkilərə hazırlıq başa çatıb
Next: “Xocəsən” metro stansiyası istiqaməti üzrə avtobuslar istifadəyə verildi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 121850
  • Gündəm

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 115314
  • Cəmiyyət

Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb

Cavidan 1 İyul, 2026
u8HwkL02lcV
  • Cəmiyyət

Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib”

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 669)
  • Dünya (3. 430)
  • Gündəm (11. 915)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub Screenshot 2026-07-01 121850 1
  • Gündəm

Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub

1 İyul, 2026
Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb Screenshot 2026-07-01 115314 2
  • Cəmiyyət

Ukrayna qüvvələri Donetsk və Mariupol arasındakı strateji körpünü sıradan çıxarıb

1 İyul, 2026
Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib” u8HwkL02lcV 3
  • Cəmiyyət

Nazir: “Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu gücləndirib”

1 İyul, 2026
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək Screenshot 2026-07-01 102316 4
  • İdman

Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək

1 İyul, 2026
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb Screenshot 2026-07-01 100140 5
  • Cəmiyyət

Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9669) Dünya (3430) Gündəm (11915) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.