Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Qənirə Paşayeva İzmir valisi Yavuz Selim Köşger ilə görüşüb
  • Cəmiyyət
  • Gündəm

Qənirə Paşayeva İzmir valisi Yavuz Selim Köşger ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva İzmir valisi Yavuz Selim
Cavidan 22 Aprel, 2023
7d3ad2e567672ea5843308d3068c4291 (1)

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva İzmir valisi Yavuz Selim Köşger ilə görüşüb.

İzmirə öncəki səfərlərini xatırladan Q.Paşayeva 44 günlük müharibədəki Zəfərdən sonra İzmirə ilk gəlişi olduğunu bildirib və tarixi Zəfəri Azərbaycan-Türkiyə qardaşlığının böyük təntənəsi adlandırıb.

Q.Paşayeva İzmirdə Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının işığında təşkil olunmuş tədbirlərdən danışıb, İzmir valiliyinin 44 günlük müharibə vaxtı verdiyi mənəvi dəstəyə görə təşəkkür edib.

Q.Paşayeva İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyi ilə Dünya Azərbaycanlıları Konqresi İzmir şöbəsi ilə, ümumən İzmirdə işləyən, taleyini İzmirə bağlayan həmvətənlərimizə diqqət-qayğısına görə valiyə, onun timsalında bütün İzmirlilərə minnətdarlığını yetirib.

Q.Paşayeva xatırladıb ki, “44 günlük müharibədəki tarixi Zəfərdən öncəki səfərlər vaxtı keçirilən tədbirlərdə sözlərimizi həmişə bir dua və inamla bitirərdik: gün olsun, torpaqlarımızı azad edək və növbəti tədbirlərimizi Şuşada, digər şəhərlərimi birgə keçirək. Tanrıya çox şükürlər olsun, dualarımız həyata keçdi. Biz indi Qarabağda, Şərqi Zəngəzurda tədbirlər keçirir, o gözəl torpaqlarımızda mədəni quruculuq işləri sürət və keyfiyyətlə davam edir. və bu işdə türk şirkətləri yaxından iştirak edir.

Sözünə davam edən Komitə sədri deyib: “Şuşa Azərbaycanın rəsmən Mədəniyyət paytaxtı statusu almaqla yanaşı, 2023-cü il üçün Türk dünyasının Mədəniyyət paytaxtıdır.
O şəhərimizin tarixində ən mühüm sənəd – “Şuşa bəyannaməsi” imzalanıb. Sənədi dövlət başçılarımız İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın, Türkiyə dövləti və qardaş xalqın müharibənin ilk anlarından Azərbaycana verdiyi əvəzsiz mənəvi, siyasi, diplomatik və informasiya dəstəyi gücümüzə güc qatdı”.
Bu dəstəyi əcdadımızın ruhunu şad edən, gələcək nəsillərə yol göstərən böyük hadisə kimi şərh edən Q.Paşayeva, hər bir aydının, gəncin, ümumən vətəndaşlarımızın bu hadisəni öz həyat və fəaliyyətində örnək almalı olduğunu söyləyib.

Q.Paşayeva, Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, qonşuluq və strateji müttəfiqlik birgə fəaliyyətinin digər qardaş ölkələrimiz üçün də örnək təşkil etdiyini bildirib, Türk birliyinin dünya nizamına, ədalətə, sülhə xidmət etdiyini deyib. O, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik əlamətdar yubileylərindən söz açıb, bu mühüm yubileylərin hər iki qardaş ölkədə xüsusi məhəbbətlə qeyd edildiyini bildirib.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Görüşdə Azərbaycan vətəndaş cəmiyyəti institutlarımızın rəhbərləri və fəalları, müxtəlif qurumları təmsil edən aydınlar –
Sevinc Əlizadə, İbrahim Məmmədov, Əkbər Qoşalı, Elşad Eyvazlı, Aqil Ələsgər, Südabə Cahangirli, Zaur Məmmədov, Elnur Hüseynov, Elşad Heydərov iştirak edib.

#1MillətİkiDövlət #TekMilletİkiDevlet #İkiBədəndəBirCan #TürkiyəAzərbaycan! #İkiBedendeBirCan #TürkiyeAzerbaycan!

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Şuşada yaralanan hərbçilərimiz belə təxliyə olundu – VİDEO
Next: Azərbaycan güləşində yeni rekord

Bölmənin digər xəbərləri

6a427bb62db0e6a v
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

Cavidan 29 İyun, 2026
6a427200e36e46av
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Cavidan 29 İyun, 2026
JlUrdPT2xgmb3zqys0E v
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.