Skip to content
1 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 154)
  • Dünya (3. 288)
  • Gündəm (11. 488)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 363)
  • Mədəniyyət (343)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

“İcazə” blanklarının dövlət sərhədində kvotadan kənar verilməsi ləğv edilib

Azərbaycan Respublikası Prezidentinin 29 mart 2023-cü il tarixli Fərmanı ilə xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının
Cavidan 30 Mart, 2023

Azərbaycan Respublikası Prezidentinin 29 mart 2023-cü il tarixli Fərmanı ilə xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsi ləğv edilib.

Beynəlxalq sərnişin və yük daşımaları Azərbaycan Respublikası ilə digər ölkələr arasında kvota ilə müəyyin edilən “İcazə” blankları əsasında həyata keçirilir.

Kvota sistemi ilə yanaşı, sərnişin və yük daşımalarını həyata keçirən xarici dövlətlərin nəqliyyat vasitələrinə sərhəddə kvotadan kənar “İcazə” blanklarının verilməsi mexanizmi də tətbiq edilirdi. Qeyd olunan mexanizmin mövcudluğu isə kvota üzrə mübadilə edilmiş “İcazə” blankı bitən tərəfin avtodaşıyıcılarının sərhəddə müvafiq “İcazə” blankını alaraq yerli daşımalar bazarına daxil olmaqla ölkə ərazisinə və ərazisindən yüklərin və sərnişinlərin daşınmasına imkan yaradırdı. Nəticədə daşımalarla bağlı kvota üzrə mübadilə edilən “İcazə” blanklarının Azərbaycan avtodaşıyıcıları tərəfindən tam şəkildə istifadə edilməməsi, onların müvafiq sifarişlərdən kənarda qalmaları baş verirdi. Bu da öz növbəsində milli avtodaşıyıcıların nəqliyyat parkının yenilənməsinə və sayının artmasına mənfi təsir göstərməklə onların beynəlxalq səviyyədə rəqabətliliyini və bazar paylarını azaltdı, yeni iş yerlərinin yaranması imkanlarını məhdudlaşdırdı.

Xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsinin ləğvi ilə kvotadan artıq xarici nəqliyyat vasitələrinin ölkə ərazisinə daxil olmasına imkan verilməyəcək. Həmçinin beynəlxalq daşımalarda iştirak edən milli avtomobil daşıyıcılarının ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından aktiv istifadə etmələrinə münbit şərait yaranacaq. Eləcə də beynəlxalq daşımalar bazarında milli daşıyıcıların payları və beynəlxalq səviyyədə rəqabətliliyi əsaslı dərəcədə artacaq.

Continue Reading

Previous: Yüksək vəzifəyə təyin edilən Zaur Mikayılov kimdir?
Next: Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

Bölmənin digər xəbərləri

Aprel ayına olan hava proqnozu açıqlanıb
  • Cəmiyyət

Aprel ayına olan hava proqnozu açıqlanıb

1 Aprel, 2026
Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir
  • Gündəm

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

1 Aprel, 2026
Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək
  • Cəmiyyət

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

1 Aprel, 2026

Top 7 Xəbər

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək 1

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

1 Aprel, 2026
Ərbildə 20-dən çox PUA vurulub 2

Ərbildə 20-dən çox PUA vurulub

1 Aprel, 2026
Aprel ayına olan hava proqnozu açıqlanıb 3

Aprel ayına olan hava proqnozu açıqlanıb

1 Aprel, 2026
Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir 4

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

1 Aprel, 2026
Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək 5

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

1 Aprel, 2026
“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib 6

“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

1 Aprel, 2026
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək 7

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

1 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 154)
  • Dünya (3. 288)
  • Gündəm (11. 488)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 363)
  • Mədəniyyət (343)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9154) Dünya (3288) Gündəm (11488) Kateqoriyasızlar (476) Kriminal (1363) Mədəniyyət (343) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək 1 Aprel, 2026
  • Ərbildə 20-dən çox PUA vurulub 1 Aprel, 2026
  • Aprel ayına olan hava proqnozu açıqlanıb 1 Aprel, 2026
  • Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir 1 Aprel, 2026
  • Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək 1 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.