Skip to content
9 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Doğmalar niyə yadlaşır: Pula görə, yoxsa… – SƏBƏB
  • Cəmiyyət
  • Gündəm

Doğmalar niyə yadlaşır: Pula görə, yoxsa… – SƏBƏB

Azərbaycanda qohumluq münasibətləri getdikcə zəifləyir. Müşahidələr göstərir ki, bəzi qohumlar əvvəlki kimi bir-biriləri ilə isti münasibət saxlamır, gediş-gəliş
Cavidan 25 Mart, 2023
1679727567_population_310518

Azərbaycanda qohumluq münasibətləri getdikcə zəifləyir. Müşahidələr göstərir ki, bəzi qohumlar əvvəlki kimi bir-biriləri ilə isti münasibət saxlamır, gediş-gəliş tədricən azalır. Yalnız özəl günlərdə telefon zəngi və ya mesajla təbrik etməklə kifayətlənirlər ki, bu da ortaya ciddi suallar çıxarır.

Qohumlar niyə yadlaşır? İnsanlar bir-birilərindən hansı səbəbdən uzaqlaşırlar?

Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı İlqar Fəhmi bildirib ki, problem sosial şəbəkələrin və elmi texnikanın inkişafı ilə bağlıdır:

“Bunlar yalnız qohumluq əlaqələrinin yox, ümumiyyətlə, insanlar arasında münasibətlərin zəifləməsinə səbəb olur. Əvvəllər qonşuluqda, bir məhəllədə, bir həyətdə yaşayan insanlar bir-biri ilə çox sıx münasibətdə olardı. Bunun səbəbi əvvəllər kommunikasiyanın indiki qədər güclü olmaması idi. İnsanların ünsiyyət, bağlılıq tələbatlarını yanlız qonşuluq və qohumluq əlaqələri təmin edirdi. Məsələn, insanlar işdən sonra qohumlarına baş çəkir, qonşularla oturub saatlarla söhbət edir və dərdləşirdilər. Son zamanlar biz bunu demək olar ki, görmürük. İndi həmin funksiyaları sosial şəbəkələr yerinə yetirir. Nəinki qohumlar arasında, hətta ailə üzvləri arasında belə rabitə o qədər qırılıb ki, bəzən bir evin içində ailə üzvlərinin günlərlə bir-birilə əlaqəsi olmur. Günlərlə bir-birinin halından, vəziyyətindən xəbərləri olmur. Düşünürəm ki, bu vəziyyət artıq qaçılmazdır. Mən problemdən çıxış yolu görmürəm”.

Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Çinarə Kazımzadənin sözlərinə görə, hər insanın müəyyən ünsiyyət tələbatı var. Bu tələbat ödənmədiyi zaman narahatlıq ortaya çıxır:

“İnsanlar keçmişdə ünsiyyət tələbatlarını qohum-əqrəba və yaxınları ilə birlikdə ödəyirdilər. Amma zaman keçdikcə insanların həyatına internet, sosial şəbəkələr daxil oldu və onların maraq dairələri fərqli bir sahəyə keçdi. Onlar sosial şəbəkələrdə başqa insanlarla yazışaraq, vaxt keçirərək, oyunlar oynayaraq öz tələbatlarını ödəməyə başladılar. Bu hal insanlarda asılılıq yaratmağa başladı. Nəinki qohum-əqrəba, artıq insanlar öz ailə üzvləri ilə bir masa arxasında əyləşdikləri zaman telefondan gözlərini çəkmirlər. Orada müəyyən proseslərlə məşğul olurlar və getdikcə ünsiyyət qırıqlığı yaranmağa başlayır. Yəni, virtual asılılıq ciddi problem yaradır. Son zamanlar bizə müraciətlərdə də görə bilirik ki, insanlar bundan əziyyət çəkirlər”.

Psixoloq vurğulayıb ki, internetə çıxış imkanı canlı ünsiyyətdə problemlərə gətirib çıxarır:

“Hazırkı dövrdə dünyanın hansısa ölkəsində baş vermiş hadisəni bir neçə dəqiqənin içində əldə edə bilirik. Məlumat çoxluğu insanlarda bir müddət sonra yorğunluq yarada bilir. Xüsusilə, bu məlumatlar mənfi tərəfdən daha çox yüklənibsə, insanlarda məlumat doyumluluğu yaranır. İnsanlar bir-birilə sırf bu mənfi proseslər üzərində danışırlar və özlərini pis hiss edirlər. Bundan qaçmaq üçün başlarını aldadacaq mənbələrə baş vurular. Bu mənbələr telefon, internet üzərindən oynanılan oyunlar ola bilər. Bu da insanların bir-birilə oturub söhbət etməsi, ünsiyyət qurmasını çətinləşdirir. Diqqət etsək görərik ki, insanlar özlərini yaxşı hiss etdikləri, xoş əhval-ruhiyyədə olduqları zaman kiminləsə ünsiyyətə girmək istəyirlər. Amma pis hiss edəndə bir növ özlərinə qapanırlar, heç kimlə danışmaq istəmirlər. İnsanların yüklənməsi, məlumatların hədsiz çox olması, özlərini gərgin hiss etməkləri də onların ünsiyyətdən qaçmaqlarına gətirib çıxara bilər. Əlbəttə, hər kəs fərqlidir. Hər kəsdə fərqli situasiyalar ola bilər. Lakin əksər hallarda bunları görə bilirik”.

Sosioloq Asif Bayramov isə dəyərlərin dəyişməsinin yaxşı hal olmadığını qeyd edib və problemin həlli üçün dövlət qurumlarını hərəkətə keçməyə çağırıb:

“Azərbaycanda tarixən formalaşmış, xüsusi əhəmiyyət kəsb edən qohumluq əlaqələrinin, ənənələrimizin, dəyərlərin dəyişməsi arzuolunan deyil. Cəmiyyətdə mövcud olan sosial münasibətlərin təməlində həmin əlaqələri tənzimləyən şüur forması və dəyərlər sistemi dayanır. Məsələyə bu aspektdən baxsaq, görərik ki, bizim cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanması və cəmiyyətin sosial monolitliyini tarixən təmin edən bu şüurun və dəyərlərin hiss olunması üçün xüsusi bir proqram mövcud deyil. Ona görə də, bizim həmin dəyərlər sistemimiz və bütövlükdə şüur formamız başqa ölkələrdən gələn ideoloji zərbələrə, hücumlara məruz qalır və onun qarşısında məğlub duruma düşür. Bu proses qloballaşmanın təsiri altında baş verdiyinə görə daha çox obyektiv xarakter daşıyır. Təbii ki, cəmiyyətin sosial-mədəni və mənəvi inkişafı obyektiv prosesdir. Ancaq bu gün qlobollaşma qismən bu prosesə öz təsirini göstəsə də, bu dəyərlərin qorunmasında və ənənəvi qohumluq, doğmalıq, birlik, monolitlik şüurunun saxlanmasında dövlətin, hökumətin özü maraqlı olmalı və müvafiq proqramlar həyata keçirməlidir. Mən Azərbaycanda belə bir proqramın müvafiq dövlət qurumları, hökumətin komitələri tərəfindən təqdim olunduğunu və onun maliyyələşdirilməsi üçün mətbuata çıxarıldığının şahidi olmamışam. Bütün hallarda hər kəsi narahat edən bu dəyərlər ciddi şəkildə nəzarət altına alınmasa, cəmiyyət dəyərlər sistemini itirəcək və tədricən qlobollaşma prosesində əriyib yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qalacaq. Artıq bu prosesi biz Azərbaycanda müşahidə edirik”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Yol polisi tətildən qayıdanlara MÜRACİƏT ETDİ
Next: Hacı Nuranın səhhətində problem yarandı

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-08 174132
  • Dünya

Tramp: Putin və Zelenski – güzəştə getməyən danışıqçılardır

Cavidan 8 İyul, 2026
Ekran şəkli 2026-07-08 155240
  • Cəmiyyət

Bir qrup diplomata diplomatik rütbələr verilib

Cavidan 8 İyul, 2026
Ekran şəkli 2026-07-08 144327
  • Cəmiyyət

Pərviz Şahbazov: “Yaşıl Enerji Dəhlizi” layihəsi inkişaf mərhələsinə keçib

Cavidan 8 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 707)
  • Dünya (3. 449)
  • Gündəm (11. 935)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Tramp: Putin və Zelenski – güzəştə getməyən danışıqçılardır Ekran şəkli 2026-07-08 174132 1
  • Dünya

Tramp: Putin və Zelenski – güzəştə getməyən danışıqçılardır

8 İyul, 2026
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub Ekran şəkli 2026-07-08 162845 2
  • Dünya

Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub

8 İyul, 2026
Bir qrup diplomata diplomatik rütbələr verilib Ekran şəkli 2026-07-08 155240 3
  • Cəmiyyət

Bir qrup diplomata diplomatik rütbələr verilib

8 İyul, 2026
Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub Ekran şəkli 2026-07-08 151223 4
  • Dünya

Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub

8 İyul, 2026
Pərviz Şahbazov: “Yaşıl Enerji Dəhlizi” layihəsi inkişaf mərhələsinə keçib Ekran şəkli 2026-07-08 144327 5
  • Cəmiyyət

Pərviz Şahbazov: “Yaşıl Enerji Dəhlizi” layihəsi inkişaf mərhələsinə keçib

8 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9707) Dünya (3449) Gündəm (11935) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.