Skip to content
5 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 030)
  • Dünya (3. 245)
  • Gündəm (11. 338)
  • İdman (633)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (467)
  • Kriminal (1. 344)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 960)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Müdafiə Nazirliyindən
Cavidan 18 Mart, 2023

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təbrikdə deyilir:

  • Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd olunan və xalqımızın ən əziz bayramı sayılan Novruz yazın gəlişindən, təbiətin oyanışından xəbər verir. Şərqlə Qərbin qovuşduğu Azərbaycan qədim zamanlardan müasir günümüzədək milli-mənəvi dəyərlərimizə əbədiyaşarlıq qazandıraraq Novruz ənənələrini qoruyub saxlamışdır. Xalqımız ən sərt dönəmlərdə belə Novruzun gəlişini özünəməxsus coşqu, sevinc, yüksək əhval-ruhiyyə ilə qeyd edib. Əsrlər boyu odlar yurdu Azərbaycanda Novruz ənənələrinin yaşanması xalqımızın milli-mənəvi dəyərlərinə verdiyi ən böyük qiymətin bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı canab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanda vətəndaş həmrəyliyi əldə olunub, ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub. Bu gün respublikamızın iqtisadiyyatının fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələri daha da möhkəmlənib. Dövlətimizin inkişafında prioritet istiqamətlərdən hesab edilən ordunun hərbi qüdrətinin gündən-günə artırılması məqsədilə atılan addımlar ölkədə həyata keçirilən islahatların əsas tərkib hissələrindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artaraq xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatmışdır.

Bu inamlı fəaliyyətlərin məntiqi nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə erməni silahlı birləşmələrinin törətdiyi genişmiqyaslı təxribatlara qarşı rəşadətli Azərbaycan Ordusu başladığı uğurlu əks-hücum əməliyyatında, 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığı, fədakarlığı sayəsində tarixi torpaqlarımızı düşmən işğalından azad etdi. Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, qətiyyətli mövqeyi, ordumuzun gücü, peşəkarlığı parlaq Qələbəni təmin etdi, ərazi bütövlüyü bərpa olundu. Bu gün rəşadətli ordumuz işğaldan azad olunmuş ərazilərdə öz mövqelərini daha da möhkəmləndirərək genişmiqyaslı bərpa-quruculuq işlərinə layiqli töhfələrini verməkdədir.

Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm.

Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi Novruz bayramı ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik.

Şəhid ailələri daima Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunur. Onların problemlərinin həlli istiqamətində müxtəlif layihələr icra edilir.

Vətən uğrunda şəhid olanların valideynlərini, ailələrini, sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Arzu edirəm ki, Novruz bayramı gəlişiylə ailələlərinizə firavanlıq, xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.

Bir daha hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.

Novruz bayramınız mübarək olsun!

Continue Reading

Previous: Prezident Rəhim Məmmədovu ordenlə təltif etdi
Next: Günün qoroskopu: şərait dəyişir, sizdən səbr və məntiq, həyata fəlsəfi baxış tələb olunur

Bölmənin digər xəbərləri

Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar
  • Cəmiyyət

Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar

4 Mart, 2026
Ərdoğanın müşaviri zərərsizləşdirilən raket haqqında: Türkiyə təhlükəsizlik tədbirlərini qətiyyətlə davam etdirir
  • Cəmiyyət

Ərdoğanın müşaviri zərərsizləşdirilən raket haqqında: Türkiyə təhlükəsizlik tədbirlərini qətiyyətlə davam etdirir

4 Mart, 2026
İsrail ordusu İranın qərbini, ABŞ isə cənubunu hədəfə alır – əməliyyatın detalları
  • Cəmiyyət

İsrail ordusu İranın qərbini, ABŞ isə cənubunu hədəfə alır – əməliyyatın detalları

4 Mart, 2026

Top 7 Xəbər

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib 1

Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib

4 Mart, 2026
Den Keyn: ABŞ İran ərazisinin dərinliklərinə doğru əməliyyatları genişləndirəcək 2

Den Keyn: ABŞ İran ərazisinin dərinliklərinə doğru əməliyyatları genişləndirəcək

4 Mart, 2026
Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar 3

Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar

4 Mart, 2026
Ərdoğanın müşaviri zərərsizləşdirilən raket haqqında: Türkiyə təhlükəsizlik tədbirlərini qətiyyətlə davam etdirir 4

Ərdoğanın müşaviri zərərsizləşdirilən raket haqqında: Türkiyə təhlükəsizlik tədbirlərini qətiyyətlə davam etdirir

4 Mart, 2026
İsrail ordusu İranın qərbini, ABŞ isə cənubunu hədəfə alır – əməliyyatın detalları 5

İsrail ordusu İranın qərbini, ABŞ isə cənubunu hədəfə alır – əməliyyatın detalları

4 Mart, 2026
Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib 6

Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edib

4 Mart, 2026
İsrail ordusu Beyrutda “Hizbullah”ın kəşfiyyat qərargahına zərbələr endirib 7

İsrail ordusu Beyrutda “Hizbullah”ın kəşfiyyat qərargahına zərbələr endirib

4 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 030)
  • Dünya (3. 245)
  • Gündəm (11. 338)
  • İdman (633)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (467)
  • Kriminal (1. 344)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 960)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9030) Dünya (3245) Gündəm (11338) Kateqoriyasızlar (467) Kriminal (1344) Mədəniyyət (338) Siyasət (2960) Texnologiya (14) İdman (633) İqtisadiyyat (573)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Beynəlxalq axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya edilib 4 Mart, 2026
  • Den Keyn: ABŞ İran ərazisinin dərinliklərinə doğru əməliyyatları genişləndirəcək 4 Mart, 2026
  • Media nümayəndələri Qazaxın tarixi və idman infrastrukturu ilə tanış olublar 4 Mart, 2026
  • Ərdoğanın müşaviri zərərsizləşdirilən raket haqqında: Türkiyə təhlükəsizlik tədbirlərini qətiyyətlə davam etdirir 4 Mart, 2026
  • İsrail ordusu İranın qərbini, ABŞ isə cənubunu hədəfə alır – əməliyyatın detalları 4 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.