Skip to content
31 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 786)
  • Dünya (3. 159)
  • Gündəm (10. 990)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda qadınlar kişiləri bu göstəricidə üstələyir

2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib, ötən ildə doğulmuş 122,8 min körpədən
Cavidan 7 Mart, 2023

2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib, ötən ildə doğulmuş 122,8 min körpədən 47,1 faizi qız uşaqları olub.

Bu barədə  Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.

Rəsmi məlumata görə, elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,2 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,1 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,3 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, fərdi sahibkarlar arasında isə 22,0 faizdir.

Bildirilib ki, Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,6 faizə çatıb.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2022-ci ildə 11,8 faizədək artıb.

Beləliklə, Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Continue Reading

Previous: 8 Martda hava necə olacaq?
Next: Milli Məclis Mehriban Əliyevanı təbrik etdi

Bölmənin digər xəbərləri

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir
  • Cəmiyyət

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir

30 Yanvar, 2026
CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir
  • Cəmiyyət

CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir

30 Yanvar, 2026
Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb
  • Cəmiyyət

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb

30 Yanvar, 2026

Top 7 Xəbər

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir 1

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir

30 Yanvar, 2026
CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir 2

CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir

30 Yanvar, 2026
Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb 3

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb

30 Yanvar, 2026
Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı 4

Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı

30 Yanvar, 2026
Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır 5

Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır

30 Yanvar, 2026
“Qarabağ”ın rəqibi “Nyukasl” oldu 6

“Qarabağ”ın rəqibi “Nyukasl” oldu

30 Yanvar, 2026
Bəhruz Əhmədova yeni köməkçi təyin edildi 7

Bəhruz Əhmədova yeni köməkçi təyin edildi

30 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 786)
  • Dünya (3. 159)
  • Gündəm (10. 990)
  • İdman (613)
  • İqtisadiyyat (566)
  • Kateqoriyasızlar (456)
  • Kriminal (1. 323)
  • Mədəniyyət (331)
  • Siyasət (2. 931)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8786) Dünya (3159) Gündəm (10990) Kateqoriyasızlar (456) Kriminal (1323) Mədəniyyət (331) Siyasət (2931) Texnologiya (14) İdman (613) İqtisadiyyat (566)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının layihəsi yekunlaşmaq üzrədir 30 Yanvar, 2026
  • CAR-ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir 30 Yanvar, 2026
  • Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb 30 Yanvar, 2026
  • Bu 10 gəncə Prezident mükafatı verildi – Siyahı 30 Yanvar, 2026
  • Əraqçi: İran danışıqlara da, müharibəyə də hazırdır 30 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.