“Dərin təəssüf hissi ilə bildiririk ki, 04.03.23 tarixində Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən BRAVO hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb”.
Bu məlumatı “Bravo” hipermarketlər şəbəkəsi yayıb.
“Baş vermiş insidentlə bağlı Baş Prokurorluq tərəfindən hadisə yerində araşdırma aparılır. Bu səbəbdən Əhmədli metro stansiyası yaxınlığında yerləşən BRAVO hipermarket müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hipermarketin iş qrafiki barəsində əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisə nəticəsində Bravo müştəri və əməkdaşlarından xəsarət alan olmayıb”.