Skip to content
27 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 755)
  • Dünya (3. 150)
  • Gündəm (10. 953)
  • İdman (611)
  • İqtisadiyyat (563)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Sosioloq: “Qızları abortla məhv edən həkim və valideynlər məsuliyyətə cəlb olunsunlar”

Azərbaycanda yeni doğulan uşaqlar arasında oğlanların payı çoxluq təşkil edib. İllər əvvəlki vəziyyət dəyişir və qızların sayı azalmaqda
Cavidan 25 Fevral, 2023

Azərbaycanda yeni doğulan uşaqlar arasında oğlanların payı çoxluq təşkil edib. İllər əvvəlki vəziyyət dəyişir və qızların sayı azalmaqda davam edib. Bu isə cəmiyyətdə kəskin sosial problemlərin carçısıdır. Müşahidələr və statistik göstəricilər göstərib ki, son onilliklərdə Azərbaycanda yeni doğulanlar arasında cinsi nisbətin disbalansı baş verib. Bu isə həqiqətən də ciddi problemdir. 

Bəs demoqrafik bəlanın qarşısını necə alaq?

Mövzu ilə bağlı Bizim.media-ya danışan sosioloq Ağasəlim Həsənovun fikrincə, sosial bəlaya qarşı ən effektiv mübarizə metodu maarifləndirmədir. Sosioloq ailələrdə qız uşaqlarına münasibətin dəyişməsi üçün sosial çarxların, kütləvi tədbirlərin köməyi ilə ciddi maarifləndirmə işləri aparmağın vacibliyini qeyd edib:

“Qız və oğlan övladlarının balansı istənilən halda qorunmalıdır. Təcrübə göstərir ki, normal qəbul ediləcək nisbət 49 faizin 51 faizədir. Statistik göstəricilər bu şəkildə olarsa, biz bunu normal hesab edə bilərik. Təəssüf ki, Azərbaycanda son illər yeni doğulanlar arasında cinsi nisbət oğlanların xeyrinə davam etməkdədir.

Bunun təbii bir proses olduğunu şübhə ilə qarşılayıram. Əlbəttə ki, bu məsələdə subyektiv amillərin təsirlərinin rolu var. İlk səbəb ailədə ənənəvi olan baxışların hələ də hakim olmasıdır.

Yəni mütləq şəkildə oğlan uşağının doğulması bir şərt kimi qəbul olunur. Valideynlər bu istəklərinə çatmaq üçün müasir texnoloji yeniliklərin imkanlarından istifadə edərək ana bətnindəki dölün cinsiyyətinə kənar müdaxilələr edirlər. Doğulacaq körpə qızdırsa, aborta gedilir. Bu da həm tibbi, hə də dini baxımdan zərərlidir. Beləliklə, normal gediləcək proseslərin qarşısı alınır. Məlum subyektiv təsirlər nəticəsində disbalans reallıq ortaya çıxır”. 

Ağasəlim Həsənovun sözlərinə görə, reallıq odur ki, Azərbaycan ailələrində cütlük oğlan övladının doğulmasını bir ailənin və nəslin davamçısı kimi qəbul edirlər:

“Məhz bu düşüncə hər bir ailədə oğlan övladının olmasını zəruri şərt kimi ortaya qoyur. Fikrimcə, bu baxış yanlışdır və bu istiqamətdə Azərbaycan gənclərinə aşılayacaq xeyli işlər həyata keçməlidir. Dövlət və cəmiyyət olaraq birmənalı şəkildə buna qarşı olmalıyıq. XXI əsrdə belə bir düşüncənin dominant olmasından narahat olmalıyıq və ona qarşı mübarizə aparmalıyıq”.

Sosioloq mübarizə yollarından biri kimi inzibati cəza növünün tətbiq edilməsini də təklif edib:

“Abortla qızın məhv edilməsi faktı olarsa, bu məsələyə qarşı nəzarət gücləndirilməlidir. Abortu həyata keçirən həkimə və qərarı vermiş cütlüyə qarşı qanunda nəzərdə tutulmuş cəza tədbirləri sərtləşdirilməldir. Ona da əmin deyiləm ki, inzibati yollarla aparacağımız sərt mübarizə mövcud problemi tam həll edə bilər. Amma sayının azalmasına və tendensiyanın zəifləməsinə, tədricən isə müsbətə doğru irəliləməsinə şərait yarada bilər. Ən təsirli və mübarizə metodu məhz maarifləndirmədir. Xüsusilə gənc ailələrlə geniş iş aparılmalıdır.

Maarifləndirmə işinə dini, mənəvi və tibbi aspektdən yanaşmaq lazımdır. Bu sahə ilə məşğul olan mütəxəssislər işə cəlb olunmalıdırlar. Universitet auditoriyalarında, layihələr çərçivəsində bu işə təkan verməliyik. Həm də gender bərabərliyi qabardılmalıdır. Məsələyə sosial aspektdən yanaşsaq, ən yüksək işlərdə, vəzifələrdə nümunə çəkə biləcəyimiz xanımlarımız var.

Qadına münasibət dəyişməlidir. Onların da hansısa işlərdə heç də kişilərdən geri qalmaması önə çəkilməlidir. Təkcə onu unutmaq lazım deyil ki, ötən əsrin 20-ci illərində qadına seçmək və seçilmək hüququ verən xalqıq. Azərbaycanda Cümhuriyyət dövründə bu imkanlar yaradılanda bu, əslində qadına verilən ən yüksək dəyər idi.  Bu kimi tariximizdə olan müsbət örnəklərdən çıxış edərək, gənclərimizlə iş aparmalıyıq”.

Continue Reading

Previous: Tanınmış jurnalist plastik əməliyyat etdirdikdən sonra komaya düşdü
Next: Ərdoğan Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstəyə görə minnətdarlığını bildirib

Bölmənin digər xəbərləri

“5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz”
  • Cəmiyyət

“5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz”

27 Yanvar, 2026
ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi
  • Dünya

ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi

27 Yanvar, 2026
Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB
  • Gündəm

Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB

27 Yanvar, 2026

Top 7 Xəbər

“5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz” 1

“5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz”

27 Yanvar, 2026
ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi 2

ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi

27 Yanvar, 2026
Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB 3

Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB

27 Yanvar, 2026
Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək 4

Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək

27 Yanvar, 2026
Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib 5

Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

27 Yanvar, 2026
Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb 6

Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb

27 Yanvar, 2026
Azərbaycan nefti ucuzlaşıb 7

Azərbaycan nefti ucuzlaşıb

27 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 755)
  • Dünya (3. 150)
  • Gündəm (10. 953)
  • İdman (611)
  • İqtisadiyyat (563)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8755) Dünya (3150) Gündəm (10953) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (563)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “5 yaşlı uşağın yaşadığı qorxu və itirdiyi ata artıq geri qaytarıla bilməz” 27 Yanvar, 2026
  • ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi 27 Yanvar, 2026
  • Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB 27 Yanvar, 2026
  • Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək 27 Yanvar, 2026
  • Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib 27 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.