Skip to content
6 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 383)
  • Dünya (3. 351)
  • Gündəm (11. 721)
  • İdman (649)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Od tutub yanan bazar: Qiymətlər niyə yüksəkdir?

“Bakıda kənd təsərrüfatı məhsullarının bazara çıxışını Bakı Şəhər İcra Hakimiyyəti təşkil etməlidir”.  Bunu Qaynarinfo-ya iqtisadçı ekspert Vahid Məhərrəmov
Cavidan 25 Fevral, 2023

“Bakıda kənd təsərrüfatı məhsullarının bazara çıxışını Bakı Şəhər İcra Hakimiyyəti təşkil etməlidir”. 

Bunu Qaynarinfo-ya iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. O bildirib ki, bunun üçün BŞİH kəndlərdə və şəhərdə reklam işlərini elə aparmalıdır ki, kəndlinin həmin bazara marağı yaransın:

“Qurum kəndlərə müraciət etməlidir ki, biz sizin istehsal etdiyiniz məhsulun satışını təşkil etmək üçün Bakıda normal şərait yaradırıq. Məhsullarınızı gətirin Bakıda təşkil edəcəyimiz yarmarkada satın. Ona kim razı olmaz? Həmin adamlar da gətirib məhsulunu münasib qiymətə satacaq”. 

Ekspert hesab edir ki, Bakıda kənd təsərrüfatı məhsullarının qiymətini endirmək üçün onların istehsalı iki dəfə artmalıdır:

“Bilisiniz ki, Bakı il ərzində nə qədər kənd təsərrüfatı məhsulları istehlak edir. Bakıdakı qiymətləri endirmək üçün istehsal iki dəfə artmalıdır. Belə olan halda qiymətlər normal olacaq. Kənd təsərrüfatı məhsulları kəndlərdə istehsal olunur. Kəndli istehsal edir, tədarükçülər həmin məhsulu tədarük edib bazarda satır. Əgər məhsul boldursa, onun qiyməti bazarda alıcılar üçün əlçatan olur. O məhsul ki, bazarda əlçatan deyil, istehsalı azdırsa, onun qiyməti bazarda baha olacaq. Pomidor, xiyar, kartof, soğanın qiyməti yüksəkdir. Bunların qiyməti baha olduğu bir zamanda bayram yarmarkalarında bu tərəvəzlərin qiyməti enəcək? Yox, əsla. Baxın, bazar və marketlərə, hətta küçədə, metroların çıxışlarında qurulan piştaxtalara, qiymətlər od tutub yanır”. 

Vahid Məhərrəmov əlavə edib ki, həmin məhsulların hamısı rayon mərkəzlərində olan bazarlardan alınıb və alınacaq:

“Orada kənd təsərrüfatı məhsulların satışı ilə məşğul olan sahibkarlara tapşırıq verilir. Onlar həm özlərinin, həm də qonşuların satdıqları məhsulu alıb gətirəcək yarmarkaya. Heç kim öz evində istehsal etdiyi məhsulu Bakıda ucuz satmaz. Onların gətirdiyi məhsullar o qədər cüzidir ki, Bakıda qiymətlərə təsir edəcək səviyyədə deyil. Heç zaman da təsir etməyəcək”. 

Continue Reading

Previous: Daha 3 istiqamət üzrə “biletim.az”dan onlayn bilet almaq mümkün oldu
Next: İlham Əliyev Türkiyədə – YENİLƏNİB (FOTO)

Bölmənin digər xəbərləri

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib
  • Cəmiyyət

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

6 May, 2026
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu
  • Cəmiyyət

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

6 May, 2026
Taleh Kazımov: “Bankların xidmət tariflərinə müdaxilə etmirik”
  • Cəmiyyət

Taleh Kazımov: “Bankların xidmət tariflərinə müdaxilə etmirik”

6 May, 2026

Top 7 Xəbər

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib 1

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

6 May, 2026
Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu 2

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

6 May, 2026
Taleh Kazımov: “Bankların xidmət tariflərinə müdaxilə etmirik” 3

Taleh Kazımov: “Bankların xidmət tariflərinə müdaxilə etmirik”

6 May, 2026
Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur 4

Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur

6 May, 2026
Sabah 23 dərəcə isti gözlənilir 5

Sabah 23 dərəcə isti gözlənilir

6 May, 2026
Məcnun Məmmədov: “Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq” 6

Məcnun Məmmədov: “Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq”

6 May, 2026
İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək 7

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

6 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 383)
  • Dünya (3. 351)
  • Gündəm (11. 721)
  • İdman (649)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9383) Dünya (3351) Gündəm (11721) Kateqoriyasızlar (491) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (649) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib 6 May, 2026
  • Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu 6 May, 2026
  • Taleh Kazımov: “Bankların xidmət tariflərinə müdaxilə etmirik” 6 May, 2026
  • Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur 6 May, 2026
  • Sabah 23 dərəcə isti gözlənilir 6 May, 2026
© Addim.az | MoreNews by AF themes.