Skip to content
26 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Məleykə Abbaszadəni başa düşə bilmirəm…” – DİM sədrinin açıqlaması etiraz doğurdu
  • Cəmiyyət

“Məleykə Abbaszadəni başa düşə bilmirəm…” – DİM sədrinin açıqlaması etiraz doğurdu

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə özəl kursları tənqid edib. DİM sədri özəl kursların abituriyentlər
Cavidan 28 Oktyabr, 2021
azedu.az_662ecb97-98cb-489d-bd69-a9f9d94ceb63_961

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə özəl kursları tənqid edib. DİM sədri özəl kursların abituriyentlər üçün təşkil etdiyi sınaq imtahnlarında toplanılan yüksək ballların qəbul nəticələrinə adekvat olmadığını qeyd edib.

Maraqlıdır, özəl kursların kurs və tədris metodu DİM-in standarlarına cavab verirmi? DİM sədrinin bu səpkidə açıqlaması özəl kurslara olan güvəni sarsıda bilər?

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Elvin Bədirov özəl kursların sınaq imtahanlarından əldə olunan nəticələrin yüksək olmasının səbəblərini açıqlayıb:

“Başa düşə bilmirəm ki, Dövlət İmtahan Mərkəzinin sədri bu məsləyə münasibət bildirməyə nədən ehtiyac duyur? Təbiidir ki, özəl kursların nəticələri ilə DİM-in keçirdiyi imtahan nəticələri üst-üstə düşməyə bilər. Bu da müəssisələrin keçirdiyi sınaq imtahanların mövzular üzrə olmasından qaynaqlanır. Yəni özəl kurslar son ayda tədris olunmuş dərslər üzrə test tapşırıqları təqdim edir. Bu imtahan nəticəsi də şagirdin tam göstəricisi demək deyil. Yəni abituriyent özəl kursların bu cür sınaqlarında 400 mümkün baldan 350 bal toplaya bilər. Lakin DİM sınaq imtahanında bu rəqəmin 280 bal olması kimi halları da müşahidə edə bilərik. Təcrübə göstərir ki, özəl kursların sınaq imtahanlarında yüksək nəticə göstərən abituriyentlər ali təhsil müəssisələrinə qəbul imtahanında da yüksək nəticə göstərirlər”.

Ekspert DİM-in təşkil etdiyi sınaq imtahnlarının nəticələrinin də qəbul imtahanı ilə uzlaşmadığına diqqət çəkib:

“DİM son iki il ərzində sınaq imtahanları keçirə bilməsə də, bundan əvvəlki illərdə bu cür sınaq imtahanları keçirirdi. Həmin imtahanların da nəticələri eynilə DİM-in qəbul imtahanı nəticələri ilə fərqlənirdi. Məsələn, elə hal da olub ki, may ayında 700 mümkün baldan 400-500 bal toplayan şagird qəbul imtahanında daha yüksək toplayıb. Ona görə bu məsələlər bir-birini tamamlamaya bilməz. Özəl kursların keçirdiyi sınaq imtahanları bu səpkidə olan boşluğu doldura bilir və abituriyentlər üçün faydalıdır.

Məlum olduğu kimi, iki il ərzində 10-11-ci sinif şagirdləri ənənəvi tədrisdən uzaq qaldılar. Lakin qəbul nəticələri demək olar ki, ötən illərlə müqayisədə eynilik təşkil edirdi. Bu da o deməkdir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri əsas etibarilə özəl kursların və repititorların zəhmətinin nəticəsidir. Bir qrupun əməyini yerə vurmaq olmaz”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: DİN-dən qazilərin polislər tərəfindən döyülməsi iddialarına REAKSİYA
Next: Hava şəraiti qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Bölmənin digər xəbərləri

fbfdc797-b v
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Cavidan 26 İyun, 2026
4ba9ea40-9cbb-36 V
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Cavidan 26 İyun, 2026
Screenshot 2026-06-17 100022
  • Cəmiyyət

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Cavidan 26 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 649)
  • Dünya (3. 419)
  • Gündəm (11. 900)
  • İdman (668)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək 25ab3361-167b-303c-a b 1
  • Gündəm

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

26 İyun, 2026
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb IvOgpFZXEC50m2XjmOv 2
  • Dünya

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

26 İyun, 2026
ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib 1mYgenY6Cy9DaaHzyv 3
  • İdman

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

26 İyun, 2026
Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib fbfdc797-b v 4
  • Cəmiyyət

Mehriban Əliyeva 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26 İyun, 2026
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb 4ba9ea40-9cbb-36 V 5
  • Cəmiyyət

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

26 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9649) Dünya (3419) Gündəm (11900) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.