Skip to content
11 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 878)
  • Dünya (3. 185)
  • Gündəm (11. 101)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (461)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 938)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Bürclər bu günə nə deyir?

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.Qoç – Məhsuldar iş
Cavidan 17 Fevral, 2023

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.
Qoç – Məhsuldar iş günüdür. İşlər çox olacaq, amma ruhdan düşməyin. Məşğul olduğunuz cari işlər, gerçəkdən də, önəmlidir. Darıxmayın, pərişanlığa qapılmaın. Gəlirləri artırmaq imkanları yaranır. Yeni işgüzar tərəfdaşlar tapmaq olar. Seçdiyiniz yoldan sapmayın, əməllərinizdə və qərarlarınızda ardıcıl, qətiyyətli olun. İntizamı unutmayın. Xoşagəlməz işi təxirə salmaq, bəyənmədiyiniz insanlarla görüşə getməmək istəyinə qapılmayın.

Dəvət aldığınız tədbirə qatılın. Orada siz vaxtınızı xoş keçirəcək, yeni tanışlıqlara nail olacaqsınız. Yaradıcılıq potensialınız yüksəkdir. Bir sıra hadisələr, insanlar və məqamlarla bağlı mövqeləriniz maraqlıdır. Yaxın ətrafınızdakı insanlar əməllərinizi bəyənəcəklər.

Buğa – Xaotik hərəkət etməyin. Əvvəlcədən hazırladığınız plana riayət etməyi unutmayın. Hətta ən kiçik məsələlərdə də intizamlı olun. Adi günlərlə müqayisədə daha mühafizəkar olun. Qaydaları pozanlarla yox, ənənələrə riayət edənlərlə birgə işə başlayın. Nüfuzlu şəxslərlə görüşmək, potensial investor və ya işgüzar tərəfdaşla danışıqlar aparmaq olar.

Yeni iş yeri sahibi ilə danışıqlar, müzakirələr uğurlu ola bilər.

Maliyyə məsələlərini sürətlə həll edin. Alış-veriş və investisiyalar üçün əlverişli zamandır. Yaxınlarınız sizi qəribə laqeydlikləri, bütün diqqəti öz işlərinə yönəltməkləriylə təəccübləndirə bilərlər.

Əkizlər – Günün hadisələri sizi sevindirməyəcək. Planlarınızın bəzilərindən imtina etmək və ya onlara ciddi dəyişikliklər etmək məcburiyyətində qalacaqsınız. Yaranmış situasiyaya uyğunlaşmağa çalışın. İşlə yanaşı, evdəki münasibətlərdə də çətinliklər yarana bilər. Sizi diqqətlə dinləyəcək insana ehtiyacınız var. O sizə heç bir məsləhət verməməlidir. Sadəcə, dəstəklə kifayətlənməlidir.

Günün ikinci yarısının emosional fonu əlverişli deyil. İstəsəniz, əhvalınızı yaxşılaşdıra bilərsiniz. Maraqlı məşğuliyyət kefinizi yaxşılaşdıracaq. Nə qədər məşğul olsanız da, özünüzə vaxt tapın.

Xərçəng – Yeni işlərə başlamaq üçün əla gündür. Uğur qazanacağınıza əsla şübhə etməyin. İntuisiyanız sizi aldatmayacaq. Özünə güvənməyən insanlar sizin yolunuzu təkrarlamağa çalışacaqlar. Hansısa mühüm işi reallaşdırmağa başlayanda bu şəxslər etibarlı müttəfiqlər ola bilərlər.

Səfər və ya səyahət yaxşı alınacaq. Onlar yeni təəssüratlar və maraqlı tanışlıqlar vəd edir. Adi günlərlə müqayisədə bədxərclik etməyin. Ehtiyac duymadığınız əşyalara pul xərcləməyin. Soyuqqanlı, məntiqli olun.

Şir – Qüvvənizi toplayın. Bu gün aktiv səylərə ehtiyac var. Qarşılaşdığınız sınaqları qətiyyətlə dəf edin. Çətinliklər ciddi işlərlə yanaşı, xırda məsələlər və detallarda da yarana bilər. Kiçik problemlər sizi xüsusilə qıcıqlandıra bilər. İşdə həmkarlarla dil tapmaq asan deyil. Münaqişə riski artır.

Şəxsi münasibətlər müstəvisində vəziyyət daha yaxşıdır. Burada müsbət təmayüllərin təsiri daha güclü olduğundan özünüzü rahat hiss edəcəksiniz.

Axşam saatları ailəvi istirahət, maraqlı birgə məğşuliyyət üçün yaxşıdır.

Qız – Uzunmüddətli perspektivə hesablanmış planlar qurmaq, mühüm qərarlar qəbul etmək olar. Yaranmış situasiyanı dürüst qiymətləndirin. Vəziyyətin inkişafını və öz qüvvələrinizi, potensialınızı incələyin. Çox işləri müstəqil görməli olacaqsınız. Əfsuslar olsun ki, bu gün hətta ən yaxın müttəfiqlərinizə və silahdaşlarınıza bel bağlaya bilmirsiniz. İşlər çox olsa da, onlar sizi həddən ziyadə yormayacaq.

Aktiv olun, enerjili çalışın.

Yeni investor və ya nüfuzlu hami tapa bilərsiniz. Maliyyə duyumunuz bu gün xüsusilə iti olmalıdır. Bu səbəbdən pulla bağlı məsələlərdə yanlışlığa yol verməyin.

Tərəzi – Yaddaqalan, qeyri-adi gündür. Fantaziyanızı, təxəyyülünüzü işə salın. İstənilən problemin həllinə, işin görülməsinə yaradıcı yanaşın. Qərarlarınız və əməllərinizin bəziləri yaxın ətrafınızdakı insanları təəccübləndirəcək, hətta şoka salacaq. Sizə sürətlə rəğbət bəsləyəcəklər. Yaşamınızda əhəmiyyətli dəyişikliyə səbəb ola biləcək hadisə yaşanacaq.

Səfər və səyahətlər üçün münasib gündür. Harada olsanız da, özünüzü naqolay, narahat hiss etməyin. Kiçik çətinlikləri və problemləri nəzərə almayın.

Pozitiv emosiyalar daha çox olacaq.

Əqrəb – Rəğbətini qazanmaq istədiyiniz insanlarla görüşmək üçün əlverişli zamandır. Danışdığınız şəxslərdə özünüzlə bağlı xoş hisslər yaratmağa çalışın. Yeni, maraqlı tapşırıqların alınması, sifarişlərin əldə olunması istisna deyil. Karyeranızda irəliləyiş ola bilər. Yeni işə başlayıbsınızsa, həmkarlarla asanlıqla dil tapacaqsınız.

İctimai və siyasi proseslərə marağınız artırsa, bunun sonrasındakı hadisələrə hazır olun. Diqqət mərkəzində olacaqsınız.

Axşam saatlarında aktiv istirahəti seçin.

Oxatan – Sizə əsla maraqlı təsir bağışlamayan işlərlə məşğul olmaq məcburiyyətindəsiniz. Əyləncə və istirahət planlarını təxirə salın. Niyyətlərin ertələnməsi sizi qıcıqlandırmamalıdır. İşdə rəhbərliklə münasibətlərdə çətinliklər yarana bilər. Üsyankar əhval-ruhiyyənizi cilovlayın, vəzifəcə sizdən böyük olanlarla aşkar qarşıdurmaya başlamayın.

Şəxsi münasibətləriniz daha harmonikdir. Yanınızda olanların sizə rəğbəti böyükdür. Nikbin olun, ruhdan düşməyin. Axşam saatlarında sizi xoş sürprizlər gözləyir.

Oğlaq – Önəmli, məsuliyyətli, amma o qədər də çətin olmayan gündür. Nəyi niyə etdiyinizi anlayın. Fəaliyyət istiqamətini intuisiyanız göstərəcək. Yaşamınızdan şikayətlənməyin. İşdə həmkarlar və rəhbərliklə münasibətlərinizin harmonik olmasına çalışın. Sizi təxribata çəkən yaramaz, ləyaqətsiz insanın felinə düşüb emosional davranmayın.

İşdə qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın.

Günün maliyyə fonu əlverişlidir. Nəzərdə tutmadığınız gəlir əldə edə bilərsiniz. Alış-veriş etmək olar. Pulu məntiqli şəkildə xərcləsəniz, çoxlu pozitiv emosiyalar alacaqsınız.

Dolça – Peşəkar fəaliyyət müstəvisindəki məsələlərin həlli, işgüzar görüşlər, karyeranızın inkişafının asılı olduğu insanlarla təmaslar üçün əlverişli zamandır. Dəvət aldığınız tədbirə qatılın. Orada həmfikir və müttəfiqlə yanaşı, yeni dost tapa bilərsiniz. Yeni tanışlıq uğurlu olacaq.

Yüksək zövq, qüsursuz davranış, həssaslıq və qayğıkeşlik bu gün əsas məziyyətləriniz olmalıdır. Romantik görüş zamanı əks tərəfdə xoş təəssürat yaradacaqsınız.

Balıqlar – Aktiv və praktik olun. Cari məsələləri həll edin, uzunmüddətli planlar qurun. Yeni ideyalar sadə olmalıdır ki, onları reallaşdırmaq çətinlik yaratmasın.

Sizdən tələb olunan məsələ etibarlı müttəfiq seçməkdir. Bu yöndə intuisiya sizə yardım edəcək. Əməlləriniz və fəaliyyətiniz yaxın ətrafınızda olan insanlarda ciddi maraq yaradacaq. Tənqidlərə əsla fikir verməyin, işinizlə məşğul olun.

Bilik, təcrübə, yeni bacarıqlara yiyələnmək üçün əlverişli gündür. Yaşam təcrübəsindən yararlana biləcəyiniz insanlarla tanış ola bilərsiniz. İşgüzar və şəxsi xarakterli görüşlər uğurlu nəticələr verəcək.

Continue Reading

Previous: Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 31 il ötür
Next: Laçın yolundakı aksiyanın 68-ci GÜNÜ

Bölmənin digər xəbərləri

Sabah hava yağmursuz olacaq
  • Cəmiyyət

Sabah hava yağmursuz olacaq

11 Fevral, 2026
Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir
  • Cəmiyyət

Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir

11 Fevral, 2026
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub
  • Cəmiyyət

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub

11 Fevral, 2026

Top 7 Xəbər

Sabah hava yağmursuz olacaq 1

Sabah hava yağmursuz olacaq

11 Fevral, 2026
Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutulub – VİDEO 2

Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutulub – VİDEO

11 Fevral, 2026
Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir 3

Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir

11 Fevral, 2026
Kanadanın Baş naziri ölkəsində yaşanan faciə səbəbindən səfərini təxirə salıb 4

Kanadanın Baş naziri ölkəsində yaşanan faciə səbəbindən səfərini təxirə salıb

11 Fevral, 2026
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub 5

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub

11 Fevral, 2026
BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr 6

BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr

11 Fevral, 2026
KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək 7

KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək

11 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 878)
  • Dünya (3. 185)
  • Gündəm (11. 101)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (461)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 938)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8878) Dünya (3185) Gündəm (11101) Kateqoriyasızlar (461) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2938) Texnologiya (14) İdman (619) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah hava yağmursuz olacaq 11 Fevral, 2026
  • Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutulub – VİDEO 11 Fevral, 2026
  • Səfirlik: Vens ailəsinin Şəhidlər xiyabanını ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir 11 Fevral, 2026
  • Kanadanın Baş naziri ölkəsində yaşanan faciə səbəbindən səfərini təxirə salıb 11 Fevral, 2026
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub 11 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.