Skip to content
17 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 087)
  • Dünya (3. 266)
  • Gündəm (11. 418)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 966)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində
Cavidan 7 Fevral, 2023

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

O, 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orta təhsilini başa vurub.

2005-ci ildə həqiqi hərbi xidmətə çağırılan M.İbrahimov hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. M.İbrahimov həqiqi hərbi xidmətini 2007-ci ildə başa vurub.

O, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə təyinatı cəbhə bölgəsindəki hərbi hissələrdən birinə edilib.

M.İbrahimov 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək bir neçə saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. M.İbrahimov səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Continue Reading

Previous: Xilasedicilərimiz Türkiyədə – Video
Next: Fövqəladə Hallar Nazirliyinin növbəti yardımı Türkiyəyə yola salınacaq

Bölmənin digər xəbərləri

ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb
  • Cəmiyyət

ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb

16 Mart, 2026
Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək”
  • Gündəm

Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək”

16 Mart, 2026
“QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub
  • Cəmiyyət

“QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub

16 Mart, 2026

Top 7 Xəbər

ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb 1

ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb

16 Mart, 2026
Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək” 2

Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək”

16 Mart, 2026
“QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub 3

“QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub

16 Mart, 2026
İsrail İranın “hücum peykləri” üzərində işləyən kosmik obyektini məhv edib 4

İsrail İranın “hücum peykləri” üzərində işləyən kosmik obyektini məhv edib

16 Mart, 2026
Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM 5

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM

16 Mart, 2026
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 6

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

16 Mart, 2026
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək 7

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

16 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 087)
  • Dünya (3. 266)
  • Gündəm (11. 418)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 966)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9087) Dünya (3266) Gündəm (11418) Kateqoriyasızlar (474) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2966) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb 16 Mart, 2026
  • Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək” 16 Mart, 2026
  • “QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub 16 Mart, 2026
  • İsrail İranın “hücum peykləri” üzərində işləyən kosmik obyektini məhv edib 16 Mart, 2026
  • Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM 16 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.