Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Məni İcra Hakimiyyətində qəbul etmirdilər” – İntihara cəhd edən şəhid anası
  • Cəmiyyət

“Məni İcra Hakimiyyətində qəbul etmirdilər” – İntihara cəhd edən şəhid anası

Ötən gün Vətən müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədovanın intihara cəhdi ilə bağlı onun valideyni açıqlama verib.
Cavidan 27 Oktyabr, 2021
sehid

Ötən gün Vətən müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədovanın intihara cəhdi ilə bağlı onun valideyni açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, V. Məmmədovanın anası Almaz Məmmədova Baku TV-yə bildirib ki, intihara cəhdin səbəbi kirayə haqqını ödəyə bilməməkləridir. O qeyd edib ki, qızı dəfələrlə iş üçün müraciət etsə də, ona kömək edən olmayıb: “Kirayədə yaşayırıq. Qızım altı aydır ayaq döyür, deyirlər, get iş yoxdur. Deyir heç olmasa, məni İcra Hakimiyyəti qəbul eləsin, 1 metrlik yer alım, ailəmi dolandırım. Anam səhər ölsə, mənə kim baxacaq?…”

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət edib. Qadın üzləşdiyi problemi onun da diqqətinə çatdırıb. Bildirib ki, onu İcra Hakimiyyətində qəbul etməyiblər. Şəhid anası icra başçısı tərəfindən qəbul olunmağı xahiş edib.

https://youtu.be/tGX7C9VbP5w

Xatırladaq ki, şəhid anasının ötən gün Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında çoxsaylı dərman həbləri içərək intihara cəhd etdiyi bildirilir. Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilən V.Məmmədovanın vəziyyəti normaldır.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən isə saytımıza verilən açıqlamada deyilir ki, şəhid anasının intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “V.Məmmədova növbəti qəbulla bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatına gələrkən səhhəti pisləşib, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Vüsalə Məmmədovanın yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması məsələsinə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı nəzdində Mənzil məsələləri üzrə İctimai komissiyada baxılıb və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə şəhid ailəsi kimi mənzil uçotuna alınıb”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Report” İnformasiya Agentliyinin 7 yaşı tamam olur
Next: Baş nazirdən Azərbaycanın mülki müdafiə planı ilə bağlı SƏRƏNCAM

Bölmənin digər xəbərləri

1782298572_888V
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

Cavidan 24 İyun, 2026
10d0ee22-3ae6-3 v
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Cavidan 24 İyun, 2026
sUg7nNMfefQu80tb
  • Cəmiyyət

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 640)
  • Dünya (3. 417)
  • Gündəm (11. 898)
  • İdman (667)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 405)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib 1782306181 b 1
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

24 İyun, 2026
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib 1782304152051-664152687 2
  • İdman

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

24 İyun, 2026
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq 6a3bba01aabca6a3bba v 3
  • Dünya

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

24 İyun, 2026
Neftçalada DOST filialının açılışı olub 1782301v 4
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

24 İyun, 2026
Nazim Sadıxov: “Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm” A6kgJ7FoPd8uuyvrVhOAMyGcEVI8wJAkKATPvwER_1200 5
  • Kateqoriyasızlar

Nazim Sadıxov: “Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm”

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9640) Dünya (3417) Gündəm (11898) Kateqoriyasızlar (518) Kriminal (1405) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (667) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.