Skip to content
5 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 375)
  • Dünya (3. 350)
  • Gündəm (11. 715)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Bakıda taksi sürücüsü ilə polislər arasında QALMAQAL: “Paqonlarınızı sökdürəcəm…”

Bakıda taksi sürücüsü ilə polis əməkdaşları arasında mübahisə yaşanıb. “Unikal”ın əldə etdiyi məlumata görə, hadisə yanvar ayının 20-də,
Cavidan 23 Yanvar, 2023

Bakıda taksi sürücüsü ilə polis əməkdaşları arasında mübahisə yaşanıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə yanvar ayının 20-də, saat 17:45 radələrində “Koroğlu” metrostansiyasının qarşısında baş verib. Belə ki, Post Patrul Xidməti əməkdaşları səs gücləndirici vasitəsilə taksi fəaliyyəti ilə məşğul olan “VAZ-2106” markalı avtomobilin sürücüsü Tahir Mədətovun (ad-soyad şərtidir) nəqliyyat vasitəsini həmin ərazidən çıxarmasını tələb ediblər.

Məhkəmədə ifadə verən taksi sürücüsü deyib ki, PPX əməkdaşı ona yaxınlaşaraq, kobud formada və nalayiq ifadələrlə onu alçaldıb və maşınını oradan çəkməsini bildirib. O, hər iki tərəfdən maşınının çıxması üçün yer olmadığını polis əməkdaşının diqqətinə çatdırıb. Lakin, polis əməkdaşı onun dediklərinə belə qulaq asmadan, onu zorla dartıb sürüyərək Post patrul avtomaşınına mindirib. Hadisə zamanı ətrafa toplaşan şəxslər onu polis əməkdaşlarının əlindən alaraq, maşından düşürüblər. Bundan sonra PPX əməkdaşları onu buraxıb və ərazidən uzaqlaşıb. Taksi sürücüsü bu barədə “102” xidmətinə zəng vuraraq şikayət edib. Bundan sonra 25-ci Polis Şöbəsinə yaxınlaşaraq, hadisənin təfərrüatları barədə növbətçi hissəyə məlumat verib və həmin polis əməkdaşının cəzalandırılmasını tələb edib. Bundan sonra, onu 25-ci Polis Şöbəsinə dəvət ediblər. Taksi sürücüsü polis şöbəsində olarkən onun barəsində protokol tərtib edilib və məhkəməyə gətirilib.

Polis əməkdaşı isə ifadəsində qeyd edib ki, maşını ərazidən çıxarmalarına dair əmrə tabe olmayan sürücü onları təhqir edib və “paqonlarınızı sökdürəcəm” deyib. Bu barədə o, 25-ci Polis Şöbəsinə raportla müraciət edib.

Məhkəmənin qərarı ilə taksi sürücüsü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinə əsasən 150 manat məbləğində cərimə edilib.

Continue Reading

Previous: Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər – VİDEO
Next: Arzu Əliyevanın doğum günüdür

Bölmənin digər xəbərləri

Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər
  • Cəmiyyət

Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər

5 May, 2026
Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb
  • Dünya

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

5 May, 2026
Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu
  • Cəmiyyət

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

5 May, 2026

Top 7 Xəbər

Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər 1

Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər

5 May, 2026
Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb 2

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

5 May, 2026
Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu 3

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

5 May, 2026
Sumqayıtda avtomobil yolu çöküb 4

Sumqayıtda avtomobil yolu çöküb

5 May, 2026
Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək 5

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

5 May, 2026
Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib 6

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

5 May, 2026
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb 7

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

5 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 375)
  • Dünya (3. 350)
  • Gündəm (11. 715)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (491)
  • Kriminal (1. 383)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 988)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9375) Dünya (3350) Gündəm (11715) Kateqoriyasızlar (491) Kriminal (1383) Mədəniyyət (348) Siyasət (2988) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər 5 May, 2026
  • Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb 5 May, 2026
  • Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu 5 May, 2026
  • Sumqayıtda avtomobil yolu çöküb 5 May, 2026
  • Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək 5 May, 2026
© Addim.az | MoreNews by AF themes.