Skip to content
6 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bakıda taksi sürücüsü ilə polislər arasında QALMAQAL: “Paqonlarınızı sökdürəcəm…”
  • Cəmiyyət
  • Gündəm

Bakıda taksi sürücüsü ilə polislər arasında QALMAQAL: “Paqonlarınızı sökdürəcəm…”

Bakıda taksi sürücüsü ilə polis əməkdaşları arasında mübahisə yaşanıb. “Unikal”ın əldə etdiyi məlumata görə, hadisə yanvar ayının 20-də,
Cavidan 23 Yanvar, 2023
1673154024.polis-din-2

Bakıda taksi sürücüsü ilə polis əməkdaşları arasında mübahisə yaşanıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə yanvar ayının 20-də, saat 17:45 radələrində “Koroğlu” metrostansiyasının qarşısında baş verib. Belə ki, Post Patrul Xidməti əməkdaşları səs gücləndirici vasitəsilə taksi fəaliyyəti ilə məşğul olan “VAZ-2106” markalı avtomobilin sürücüsü Tahir Mədətovun (ad-soyad şərtidir) nəqliyyat vasitəsini həmin ərazidən çıxarmasını tələb ediblər.

Məhkəmədə ifadə verən taksi sürücüsü deyib ki, PPX əməkdaşı ona yaxınlaşaraq, kobud formada və nalayiq ifadələrlə onu alçaldıb və maşınını oradan çəkməsini bildirib. O, hər iki tərəfdən maşınının çıxması üçün yer olmadığını polis əməkdaşının diqqətinə çatdırıb. Lakin, polis əməkdaşı onun dediklərinə belə qulaq asmadan, onu zorla dartıb sürüyərək Post patrul avtomaşınına mindirib. Hadisə zamanı ətrafa toplaşan şəxslər onu polis əməkdaşlarının əlindən alaraq, maşından düşürüblər. Bundan sonra PPX əməkdaşları onu buraxıb və ərazidən uzaqlaşıb. Taksi sürücüsü bu barədə “102” xidmətinə zəng vuraraq şikayət edib. Bundan sonra 25-ci Polis Şöbəsinə yaxınlaşaraq, hadisənin təfərrüatları barədə növbətçi hissəyə məlumat verib və həmin polis əməkdaşının cəzalandırılmasını tələb edib. Bundan sonra, onu 25-ci Polis Şöbəsinə dəvət ediblər. Taksi sürücüsü polis şöbəsində olarkən onun barəsində protokol tərtib edilib və məhkəməyə gətirilib.

Polis əməkdaşı isə ifadəsində qeyd edib ki, maşını ərazidən çıxarmalarına dair əmrə tabe olmayan sürücü onları təhqir edib və “paqonlarınızı sökdürəcəm” deyib. Bu barədə o, 25-ci Polis Şöbəsinə raportla müraciət edib.

Məhkəmənin qərarı ilə taksi sürücüsü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinə əsasən 150 manat məbləğində cərimə edilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər – VİDEO
Next: Arzu Əliyevanın doğum günüdür

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-06 125223
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

Cavidan 6 İyul, 2026
Screenshot 2026-07-06 095348
  • Dünya

Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var

Cavidan 6 İyul, 2026
Screenshot 2026-07-06 090951
  • Cəmiyyət

Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq

Cavidan 6 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 692)
  • Dünya (3. 436)
  • Gündəm (11. 925)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb Screenshot 2026-07-06 125223 1
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

6 İyul, 2026
Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir Screenshot 2026-07-06 122743 2
  • Dünya

Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir

6 İyul, 2026
Şuşada çərkəz musiqiləri ifa edilib Screenshot 2026-07-06 115014 3
  • Mədəniyyət

Şuşada çərkəz musiqiləri ifa edilib

6 İyul, 2026
“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək Screenshot 2026-07-06 105623 4
  • İdman

“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək

6 İyul, 2026
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb Screenshot 2026-07-06 102423 5
  • Kriminal

Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

6 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9692) Dünya (3436) Gündəm (11925) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.