Skip to content
8 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Yaşam enerjinizin səviyyəsi yüksək olacaq – BÜRCLƏR
  • Cəmiyyət

Yaşam enerjinizin səviyyəsi yüksək olacaq – BÜRCLƏR

Qoç – böyük işlərə başlamaq, məsuliyyətli layihəni gerçəkləşdirmək olar. Pərişanlıq, bədbinlik üçün heç bir səbəb yoxdur. İşlərinizi intensivləşdirin.
Cavidan 21 Yanvar, 2023
1628366976.qoroskop

Qoç – böyük işlərə başlamaq, məsuliyyətli layihəni gerçəkləşdirmək olar. Pərişanlıq, bədbinlik üçün heç bir səbəb yoxdur. İşlərinizi intensivləşdirin. Daşınmaz əmlakla bağlı məsələlərdə kiçik də olsa, irəliləyişə nail olmaq mümkündür.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri sizdə cüzi təəssüf hissi yarada bilər. Sevdiyiniz insana qıcıqlanmayın.

Axşam saatlarını sakit keçirin.

Buğa – boş söhbətlərə, mənasız dartışmalara qatılmayın. Çox ciddi qüvvə, böyük vəsait və vaxt tələb edən işə başlamaq niyyətiniz varsa, yaxşı düşünün. Fəaliyyət prosesini elə qurun ki, kimsə işlərinizə mane olmasın. Praqmat olun, situasiyanı nəzərə alın.

Günün ikinci yarısında ailə məsələlərində maddi ünsürlərlə bağlı kiçik narahatlıq yarana bilər. Qənaət üçün yollar və variantlar arayın. Axşam saatlarında fiziki işlə məşğul olmayın. Biliklərinizi artırın.

Əkizlər – təcili həllini tələb edən məsələ üçün maliyyə vəsaiti gərəkdir. Aktiv olun, problemin həll yollarını arayın. Sizə yardım edəcək insanı tapa bilərsiniz. Daha təcrübəli və bilikli insanların məsləhətlərinə qulaq asın.

Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlər rəvan və harmonik olmalıdır. Yaxınlarınız sizdən kömək istəyəcəklər. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Xərçəng – yaşam enerjinizin səviyyəsi yüksək olacaq. Özünüzü mütəxəssis və ya başqalarına rəhbərlik etməyi bacaran insan kimi tanıdın. Yaxın ətrafınızdakı insanların tənqidinə adekvat reaksiya verin. Diqqətə və etirafa ehtiyacınız var.

Günün ikinci yarısında ailə üzvlərinizdən və ya yaxınlarınızdan birinə kimsə təzyiq göstərməyə çalışarsa, mütləq şəkildə bunun qarşısını alın. Hissiyata qapılmayın, sentimental olmayın.

Axşam saatlarında iştahınız artsa da, çox yeməyin.

Şir – yeni biliklər və məlumatlar əldə etmək üçün münasib zamandır. Nikbin olun. Təcrübənizi artırın. Maliyyə məsələlərinin çözülməsində ehtiyatlı olun. Gərəkli informasiyanın olmaması itkilər və ya zərərə səbəb ola bilər.

Avantüralara qatılmayın.

Günün ikinci yarısında şəxsi münasibətlərdə maraqlarınızı nəyin bahasına olursa-olsun, təmin etməyə çalışmayın. Axşam saatlarını istirahətə, sevdiyiniz insanla ünsiyyətə həsr edin. Rasionunuza fikir verin.

Qız – yaxın ətrafınızdakı insanlarla ünsiyyət xeyli emosiya və qüvvə tələb edəcək. İctimai həyat da vaxt alacaq. Daşınmaz əmlak anlaşmaları və ya maliyyə məsələləri ilə bağlı hüquqi prosedur gəlir vəd edir.

Günün ikinci yarısında populyarlığınız artacaq.

Ailə həyatında təmaslarda soyuqqanlılığı ifrata çatdırmayın. Emosiyalarınıza nəzarət edin, amma laqeyd insan təsiri bağışlamayın. Çağırış və ya istək yoxdursa, yardıma qaçmayın.

Axşam saatlarında stressdən qurtulun.

Tərəzi – irəliləyişdə fasilələrə yol verməyin. Ötkəm, mübariz olun. İnkişaf üçün qarşınızdakı sədləri və maneələri sürətlə dəf edin. Amma ətrafınızdakı insanların maraqlarını da unutmayın. Mənasız mübahisələrə və boş söhbətlərə qatılmayın.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qəfil problemlər yaranacaq. Səbəb ağlınıza belə, gətirmədiyiniz məsələlərdir. Ailədə bütün işlərə rəhbərlik etmək istəyiniz münaqişə yaradacaq.

Əqrəb – şəxsi münasibətləri həllini tələb edən məsələlərdən üstün tutmayın. Sakit və soyuqqanlı olun. Yaradıcılıq enerjiniz çoxdur. Uzaq yola çıxmaq olar. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, yeni sifarişi qəbul edin.

Günün ikinci yarısı köhnə tanışlar və bir zamanlar tərəfdaşlıq etdiyiniz insanlarla əlaqələri bərpa etmək vaxtıdır. Təmaslara bir daha nəzər salın. Axşam saatlarında səhhətinizin qeydinə qalın.

Axşam saatlarında normal istirahət edin.

Oxatan – genişmiqyaslı və önəmli işlərə başlamaq üçün əlverişli zamandır. Riskli, düşünülməmiş addımlar atmayın. Maliyyə məsələlərində tələsikliyə yol verməyin. Yaradıcı enerjinizin səviyyəsi yüksəkdir. Maraqlı macəralar sizi gözləyir.

Günün ikinci yarısında sevdiyiniz insanla təmaslarda alicənab olun. Münasibətləri ideallaşdırmağa çalşımayın. Yaxın ətrafınızdakı insanlardan biri azadlıq və müstəqillik istəyəcək. Mükəmməl insanın olmadığını anlayın.

Axşam saatlarında istirahət edin.

Oğlaq – bu gün özünü hamıdan üstün tutan insanla qarşılaşacaqsınız. Nailiyyətləri ilə qürrələnən, təşəxxüslü davranan insanlarla təmaslarda ehtiyatlı olun. Onların təsiri altına düşməyin. Belələri sizi qıcıqlandırsa da, sərvaxt davranın.

Günün ikinci yarısında sevdiyiniz insanla təmaslarda sentimentallıq olacaq. Nəzərdə tutulmamış səfər olacaq. Hadisələrin axarı qərarlarınıza təsir edəcək, əvvəlcədən planlaşdırdığınız işlərdə dəyişiklikləri gündəmə gətirəcək.

Axşam saatlarında evdən kənarda istirahət etsəniz, pis deyil.

Dolça – yaxın ətrafınızdakı insanlarla birgə fəaliyyət üçün əlverişli zamandır. Problemlərlə qarşılaşmış şəxsə yardım edin. Daha təcrübəli tərəfdaşın məsləhətlərini qulaqardına vurmayın.

Günün ikinci yarısında dəyər verdiyiniz insanın nöqsanlarına dözümlü yanaşın. Kəskin iradlar və sərt tənqidlər münasibətləri korlaya bilər. Qarşılıqlı anlaşmaya ciddi zərurət var.

Axşam saatlarında gəzintiyə çıxın.

Balıqlar – günün ilk yarısında etibarən istirahət və ya əyləncə fikrinə düşməyin. Alış-veriş zamanı da deyil. Əlavə xərclərə əsla lüzum yoxdur. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün real addımlar atın, hədəfləri müəyyənləşdirin.

Günün ikinci yarısında əhvalınızdakı durum şəxsi münasibətlərə də təsir edəcək.

Yaxınlarınızın nazını çəkin, onlarla qayğıkeşcəsinə davranın. Axşam saatlarını sevdiyiniz insana həsr edin. Rasionda ehtiyatlı olun. Yağlı və zərərli təamlara üstünlük verməyin.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident İlham Əliyev 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib YENİLƏNİB
Next: “20 Yanvar” günü Şəhidlər xiyabanında qarışıqlıq yaradan şəxs HƏBS OLUNDU

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-07 160047
  • Cəmiyyət

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib

Cavidan 7 İyul, 2026
Screenshot 2026-07-07 153017
  • Cəmiyyət

Generala yüksək vəzifə verildi

Cavidan 7 İyul, 2026
bagca
  • Cəmiyyət

Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı

Cavidan 7 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 700)
  • Dünya (3. 443)
  • Gündəm (11. 930)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək Screenshot 2026-07-07 161423 1
  • Gündəm

Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək

7 İyul, 2026
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib Screenshot 2026-07-07 160047 2
  • Cəmiyyət

Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib

7 İyul, 2026
Generala yüksək vəzifə verildi Screenshot 2026-07-07 153017 3
  • Cəmiyyət

Generala yüksək vəzifə verildi

7 İyul, 2026
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb? Screenshot 2026-07-07 150315 4
  • Gündəm

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

7 İyul, 2026
Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı bagca 5
  • Cəmiyyət

Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı

7 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9700) Dünya (3443) Gündəm (11930) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.