Skip to content
6 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Uşaq evində böyüyən şəhidin anası tapıldı – Türkiyədə yaşayır
  • Cəmiyyət
  • Gündəm

Uşaq evində böyüyən şəhidin anası tapıldı – Türkiyədə yaşayır

Uşaq evində böyüyən Vətən müharibəsi şəhidi Əmrah Rajapovun anası olduğunu bildirən qadın ortaya çıxıb.  Addim.az xəbər verir ki,
Cavidan 12 Yanvar, 2023
sehidddd

Uşaq evində böyüyən Vətən müharibəsi şəhidi Əmrah Rajapovun anası olduğunu bildirən qadın ortaya çıxıb. 

Addim.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. 

O qeyd edib ki, Ə. Rajapov ailəsinin tapılmaması səbəbindən 5 ay morqda qalıb. Yaxın qohumları, ailəsi tapılmadığına görə, DNT testi verilməyib. Buna görə də, kimsəsiz kimi dəfn edilib: “Atası və anasının Əmrah kiçik olanda öldüyü deyilsə də, hər ikisi sağ imiş. İki gün əvvəl bir şəhid yaxını zəng etdi, Əmrahın anasının sağ olduğunu və mənimlə danışmaq istədiyini dedi. Bu gün danışdıq, həyatını qısaca anlatdı. Anası Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndirib və Goranboyda yaşayıblar. Bir müddət sonra isə ayrılıblar. Əmrahın 7 yaşı olanda Gəncədə kirayə ev tutub, onu nənəsi və bacısına əmanət edərək Türkiyəyə işləməyə gedib”. 

E. İslamoğlunun sözlərinə görə, anası bir müddət işləyib uşaqlarına pul göndərib. Bir müddət sonra isə əlaqələri kəsilib. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilib və orada böyüyüb: “Gövhərcan Rajapova deyir ki, Əmraha anasının və atasının öldüyü deyilibmiş. Gövhərcan Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var. Amma deyir ki, heç bir sənədi yoxdur. Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı “TikTok”dan öyrənib. Bacısına və anasına çox qəzəblidir. Hazırda heç bir sənədi yoxdur. Sənədlərini düzəldib oğlunun məzarına gəlmək istəyir. Türkiyədən çıxış qadağası olduğuna görə indiyədək Azərbaycana gələ bilməyib”.

Qeyd edək ki, Ə.Rajapov 2000-ci ildə Gəncədə anadan olub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb. O,  Füzuli uğrunda gedən döyüşlərdə oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb və Gəncənin Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

***

G. Rajapova ARB telekanalında canlı yayımlanan “Səni axtarıram” verilişinə telefonla qoşularaq hazırda Türkiyədə yaşadığını və təmizlik işində çalışdığını deyib. 

O, övladının 12 yaşına qədər bacısı ilə yaşadığını bildirib: “Övladım nənəsi və babası ilə yaşayırdı. Daha sonra mənə zəng edib dedi ki, onlarla qalmaq istəmir. Səbəb isə nənəsinin onu döyməsi olub. Bundan sonra mən bacım üçün ev tutdum və oğlumu da onun yanına qoydum. Dedim ki, hər ay da pul göndərəcəm. Daha sonra da yanıma aparacaqdım. Amma o məndən xəbərsiz övladımı uşaq evinə qoyub. Oğlumun şəhid xəbərini isə dekabrın 8-də sosial şəbəkədən öyrəndim”.

***

Şəhid Əmrah Rajapovun Günel adlı xalası da telefon vaistəsi ilə proqramına qoşulub. O bildirib ki, 2005-ci ildən bəri bacısı ilə əlaqəsi olmayıb: “Mənə Əmrahı bacım yox, anam vermişdi. Düz 4 aylıq uşaq olandan bəri məndədir. 2005-ci ildə ailə qurdum və Əmrahı da özümlə apardım. Amma daha sonra boşandığım üçün öz oğlumu da, Əmrahı da uşaq evinə verməli oldum. Əmrah şəhid olandan sonra düz 6 ay morqda qaldı. Analiz üçün anasını axtarırdıq. Biz illər əvvəl ona getmə desək də, o getdi. O, Əmraha analıq etməyib…”

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “İrəvanın bu addımı KTMT üçün çətinliklər yaradır” – Rusiya XİN
Next: Qubad İbadoğlu partiyasını buraxdı

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-06 125223
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

Cavidan 6 İyul, 2026
Screenshot 2026-07-06 095348
  • Dünya

Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var

Cavidan 6 İyul, 2026
Screenshot 2026-07-06 090951
  • Cəmiyyət

Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq

Cavidan 6 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 692)
  • Dünya (3. 436)
  • Gündəm (11. 925)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb Screenshot 2026-07-06 125223 1
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

6 İyul, 2026
Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir Screenshot 2026-07-06 122743 2
  • Dünya

Zelenski: “Patriot” üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir

6 İyul, 2026
Şuşada çərkəz musiqiləri ifa edilib Screenshot 2026-07-06 115014 3
  • Mədəniyyət

Şuşada çərkəz musiqiləri ifa edilib

6 İyul, 2026
“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək Screenshot 2026-07-06 105623 4
  • İdman

“Neftçi” bu gün yoxlama oyununda “Partizan”la üz-üzə gələcək

6 İyul, 2026
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb Screenshot 2026-07-06 102423 5
  • Kriminal

Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb

6 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9692) Dünya (3436) Gündəm (11925) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.