Skip to content
31 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 151)
  • Dünya (3. 287)
  • Gündəm (11. 486)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 361)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Minimum əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək

Cavidan 5 Yanvar, 2023

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək.

Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir.

Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək.

Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.

Son 4 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.

Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

Continue Reading

Previous: Vasif Talıbovun qardaşının şirkətində YOXLAMALAR
Next: Qərbi Azərbaycandan deportasiya olunanların siyahıya alınmasına başlanıldı

Bölmənin digər xəbərləri

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO
  • Cəmiyyət

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO

31 Mart, 2026
Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO
  • Gündəm

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO

31 Mart, 2026
Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib
  • Dünya

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

31 Mart, 2026

Top 7 Xəbər

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO 1

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO

31 Mart, 2026
ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib 2

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

31 Mart, 2026
Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO 3

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO

31 Mart, 2026
Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib 4

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

31 Mart, 2026
Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq 5

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

31 Mart, 2026
Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək 6

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək

31 Mart, 2026
İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub 7

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

31 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 151)
  • Dünya (3. 287)
  • Gündəm (11. 486)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 361)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9151) Dünya (3287) Gündəm (11486) Kateqoriyasızlar (476) Kriminal (1361) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO 31 Mart, 2026
  • ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib 31 Mart, 2026
  • Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO 31 Mart, 2026
  • Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib 31 Mart, 2026
  • Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq 31 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.