Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • İmtahan nəticələri AÇIQLANDI
  • Cəmiyyət
  • Gündəm

İmtahan nəticələri AÇIQLANDI

Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbilərin Azərbaycan dili imtahanının
Cavidan 23 Dekabr, 2022
1671815187.vvvvvvv-1671813680 (1)

Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbilərin Azərbaycan dili imtahanının nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 11 dekabr 2022-ci il tarixində xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (dekabrın 13-də əcnəbilər üçün Azərbaycan dili imtahanı) keçirilib. 17 dekabrda isə iddiaçıların danışıq bacarıqları yoxlanılıb.

İmtahan iştirakçıları nəticələr, cavab kartı və vizual təsvir üzrə yazı işləri ilə DİM-in internet saytında tanış ola bilərlər. İddiaçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

358 iddiaçı xarici dillər (ingilis, alman, fransız), 5 nəfər isə Azərbaycan dili üzrə imtahanda iştirak edib.

77 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

2 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Həm xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2022-ci il 24 dekabr saat 14:00-dan 26 dekabr saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 27 dekabr 2022‑ci il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “İran tezliklə Rusiyaya göndərdiyi silah partiyasını genişləndirə bilər” – Mossad şefi
Next: Üç hərbçini öldürən kiçik çavuşa ömürlük cəza VERİLDİ

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 094125
  • Cəmiyyət

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 092225
  • Cəmiyyət

Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb

Cavidan 2 İyul, 2026
1620195530.karantin_polis_cerime_130620_02
  • Cəmiyyət

İstiqlalın polad dayağı olan Azərbaycan polisi – 108 yaşında

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 676)
  • Dünya (3. 430)
  • Gündəm (11. 919)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib Screenshot 2026-07-02 094125 1
  • Cəmiyyət

Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib

2 İyul, 2026
Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb Screenshot 2026-07-02 092225 2
  • Cəmiyyət

Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb

2 İyul, 2026
İstiqlalın polad dayağı olan Azərbaycan polisi – 108 yaşında 1620195530.karantin_polis_cerime_130620_02 3
  • Cəmiyyət

İstiqlalın polad dayağı olan Azərbaycan polisi – 108 yaşında

2 İyul, 2026
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 4
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 5
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9676) Dünya (3430) Gündəm (11919) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.