Skip to content
27 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 754)
  • Dünya (3. 149)
  • Gündəm (10. 951)
  • İdman (611)
  • İqtisadiyyat (563)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

İmtahan nəticələri AÇIQLANDI

Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbilərin Azərbaycan dili imtahanının
Cavidan 23 Dekabr, 2022

Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbilərin Azərbaycan dili imtahanının nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 11 dekabr 2022-ci il tarixində xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (dekabrın 13-də əcnəbilər üçün Azərbaycan dili imtahanı) keçirilib. 17 dekabrda isə iddiaçıların danışıq bacarıqları yoxlanılıb.

İmtahan iştirakçıları nəticələr, cavab kartı və vizual təsvir üzrə yazı işləri ilə DİM-in internet saytında tanış ola bilərlər. İddiaçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

358 iddiaçı xarici dillər (ingilis, alman, fransız), 5 nəfər isə Azərbaycan dili üzrə imtahanda iştirak edib.

77 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

2 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Həm xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2022-ci il 24 dekabr saat 14:00-dan 26 dekabr saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 27 dekabr 2022‑ci il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Continue Reading

Previous: “İran tezliklə Rusiyaya göndərdiyi silah partiyasını genişləndirə bilər” – Mossad şefi
Next: Üç hərbçini öldürən kiçik çavuşa ömürlük cəza VERİLDİ

Bölmənin digər xəbərləri

Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB
  • Gündəm

Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB

27 Yanvar, 2026
Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək
  • Cəmiyyət

Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək

27 Yanvar, 2026
Azərbaycan nefti ucuzlaşıb
  • Gündəm

Azərbaycan nefti ucuzlaşıb

27 Yanvar, 2026

Top 7 Xəbər

Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB 1

Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB

27 Yanvar, 2026
Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək 2

Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək

27 Yanvar, 2026
Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib 3

Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

27 Yanvar, 2026
Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb 4

Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb

27 Yanvar, 2026
Azərbaycan nefti ucuzlaşıb 5

Azərbaycan nefti ucuzlaşıb

27 Yanvar, 2026
Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq 6

Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq

27 Yanvar, 2026
Məktəblərdə qış tətili başlayıb 7

Məktəblərdə qış tətili başlayıb

27 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 754)
  • Dünya (3. 149)
  • Gündəm (10. 951)
  • İdman (611)
  • İqtisadiyyat (563)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8754) Dünya (3149) Gündəm (10951) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (563)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb – YENİLƏNİB 27 Yanvar, 2026
  • Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək 27 Yanvar, 2026
  • Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib 27 Yanvar, 2026
  • Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb 27 Yanvar, 2026
  • Azərbaycan nefti ucuzlaşıb 27 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.