Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Məmur sahibkarlığı əngəllər yaradır – FAKT BUDUR!
  • Cəmiyyət

Məmur sahibkarlığı əngəllər yaradır – FAKT BUDUR!

Son bir neçə ildə həm siyasi, həm də iqtisadi baxımdan Türkiyə lirəsi tarixinin ən pis dövrünü yaşayır. Bu
Cavidan 22 Oktyabr, 2021
1634877311_0001

Son bir neçə ildə həm siyasi, həm də iqtisadi baxımdan Türkiyə lirəsi tarixinin ən pis dövrünü yaşayır. Bu həftə türk lirəsi daha da ucuzlaşıb. Türk lirəsi ucuzlaşsa da, Bakıda satılan Türkiyə məhsulları barəsində eyni sözü demək olmur. Türkiyədən internet vasitəsilə alınan hər hansı məhsulu Bakıda dəyərindən qat-qat baha almaq mümkündür.

Məsələ ilə bağlı tanınmış iqtisadçı-alim Nazim Bəydəmirli “Şərq”ə açıqlamasında vurğulayıb ki, Azərbaycanın əsas ticarət partnyorları olan ölkələrdə milli valyuta ucuzlaşarsa, o zaman həmin ölkələrdən idxal potensialı artır. Ekspert diqqətə çatdırıb ki, adekvat olaraq Azərbaycan ixrac etdiyinə görə, həmin ölkələrdə istehsal olunan məhsulların qiymətləri də aşağı düşməlidir: “Əksər vətəndaşlarımız müxtəlif daşımaçı şirkətlər vasitəsilə elektron ticarətə üstünlük verirlər.

Bəllidir ki, bunun da səbəbi daha ucuz mal gətirmək, öz istehlakı üçün gömrük və vergi rüsumlarından azad olunmadan istifadə etməkdir. Ancaq təbii ki, bu hamının istehlakını təmin edə bilməz. Ona görə də sahibkarların qardaş ölkədən idxal etdiyi məhsulların həm həcmi, həm keyfiyyəti, həm də qiyməti normallaşmalıdır.

Ancaq biz bunun əksini müşahidə edirik. Təbii ki, səbəblər subyektivdir. Dediyim kimi, obyektiv səbəblər olmuş olsaydı, ucuzlaşma baş verərdi. Çox təəssüf edirəm ki, bu, məmur sahibkarlığından, gömrük orqanlarının bəyannamə qiyməti siyasətinin fəsadlarından qaynaqlanır. Şəffaf vergi və rüsumlar olan ölkələrdə xarici ticarətdə əsas olaraq partnyorlar daha ucuz və daha keyfiyyətli mal axtarırlar. Sahibkarlar onu ölkəyə gətirməkdə maraqlı olurlar. İndiki gömrük sistemində bunları etmək mümkün deyil. Bacardıqları qədər dövlət orqanları “süni” qiymət artımı yaradırlar. Ona görə də Azərbaycan sahibkarlarının xərcləri azalmaq əvəzinə artır. İstənilən xərclərdə gətirilən malın maya dəyərinə otuzdurulur. Adekvat olaraq da qiymət ya stabil qalır, ya da artmaqda davam edir. Ona görə də qiymətlərin azaldılması üçün sahibkarlar mühiti daha da şəffaf olmalıdır”.

N.Bəydəmirli qeyd edib ki, xarici iqtisadi əlaqələrlə məşğul olan şəxslərə, şirkətlərə daha da münbit şərait yaradılmalıdır:

“İlk olaraq, ölkədə daxili istehsalı stimullaşdırmaq, ölkəyə idxal olunan məhsulları yerli məhsullarla əvəz etmək üçün iqtisadi proseslərə təkan vermək lazımdır. Onun üçün maliyyə resurslarına əlçatanlıq olmalıdır. Həmçinin, ucuz maliyyə resursları olmalıdır. Sahibkarlar lisenziya və ərizə üçün əziyyət çəkməməlidir, onlar sadələşdirilməlidir. Vergi bazası genişləndirilməlidir ki, vergi rüsum və ödənişlərini vaxtlı vaxtında ödəsinlər. Bunun üçün təbii ki, şəffaf inzibatçılıq olmalıdır. Yəni sahibkarlarla bir yerdə bunu müzakirə edərək həyata keçirmək lazımdır. Onun üçün hesab edirəm ki, Prezident yanında Sahibkarlıq Şurası yaradılmalıdır ki, mikro və orta sahibkarlığa dəstək olunsun, həm də biznes ombudsmanı olmalıdır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Vətən Müharibəsi şəhidlərinin YENİ SİYAHISI
Next: Bakıda DƏHŞƏT: Kişi arvadını boğaraq ÖLDÜRDÜ

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-06-25 174302
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Cavidan 25 İyun, 2026
277a64f4-30a3-3c0v
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Cavidan 25 İyun, 2026
CMST4L9dg3uCP1 v
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 646)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 1
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 2
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 3
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026
“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 4
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 5
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9646) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.