Skip to content
1 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 151)
  • Dünya (3. 287)
  • Gündəm (11. 486)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 361)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Gələn ilin buraxılış və qəbul imtahanlarının tarixi AÇIQLANDI – QRAFİK

2023-cü ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının tarixləri açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 2023-cü
Cavidan 14 Dekabr, 2022

2023-cü ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının tarixləri açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, rezidentura və magistraturaya qəbul, həmçinin sınaq imtahanlarının tarixləri elan olunub.

2023-cü ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə 9, 16 və 30 aprel tarixlərində keçiriləcək.

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış, həmçinin qəbul imtahanı proqramlarında olan dəyişikliklər 3 noyabr 2022-ci ildə ictimaiyyətə təqdim olunub və Mərkəzin saytına yerləşdirilib. Buraxılış imtahanı proqramlarının tam mətni yaxın günlərdə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq. Qəbul imtahanı proqramları isə “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc olunacaq.

Ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanının birinci cəhdi mayın 20-də, II ixtisas qrupu üzrə mayın 21-də, IV ixtisas qrupu üzrə iyunun 3-də, I ixtisas qrupu üzrə iyunun 4-də keçiriləcək. İmtahanların ikinci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) fevralın 12-də, magistraturaya qəbul imtahanına uyğun sınaq imtahanı isə yanvarın 29-da keçiriləcək.

Digər imtahanların qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

İmtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahanların qrafikində respublikamızda sanitar-epidemioloji vəziyyətdən və digər hallardan asılı olaraq dəyişiklik edilə bilər. İmtahan tarixləri ilə bağlı hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

İmtahanın adıTarix
Magistraturaya qəbul imtahanına uyğun sınaq imtahanı29 yanvar
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup)12 fevral
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı19 fevral
I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə sınaq imtahanı19 fevral
Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd)19 fevral
* Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona* Peşə liseylərinin buraxılış imtahanı5 mart
* Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona* Peşə liseylərinin buraxılış imtahanı12 mart
Peşə liseylərinin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı13 mart
* Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;* Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik);* Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (11 illik);* Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;* Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;2 aprel
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona9 aprel
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona16 aprel
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona30 aprel
Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki illərin məzunları üçün (1-ci cəhd))7 may
* əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;* kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı (9 illik);* müsabiqədə buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli bölmə üzrə iştirak etmək istəyənlər üçün əlavə imtahan (9 illik);* Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;* eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı (9 illik)14 may
Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, I cəhd)14 may
QƏBUL İMTAHANI – III ixtisas qrupu üzrə (1-ci cəhd)20 may
QƏBUL İMTAHANI – II ixtisas qrupu üzrə (1-ci cəhd)21 may
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan21 may
I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan3 iyun
QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (1-ci cəhd)3 iyun
QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (1-ci cəhd)4 iyun
Magistratura səviyyəsinə qəbul imtahanı (2-ci cəhd)11 iyun
Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki il məzunları üçün (2-ci cəhd))18 iyun
QƏBUL İMTAHANI – III ixtisas qrupu üzrə (2-ci cəhd)8 iyul
QƏBUL İMTAHANI – II ixtisas qrupu üzrə (2-ci cəhd)9 iyul
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan9 iyul
Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, II cəhd)16 iyul
QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (2-ci cəhd)22 iyul
QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (2-ci cəhd)23 iyul
I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan23 iyul
Rezidentura səviyyəsinə qəbul imtahanı (2-ci mərhələ)13 avqust

Continue Reading

Previous: İlham Əliyev və Mehriban Əliyeva Türkmənistanda səfərdədirlər
Next: İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə görüşü olub

Bölmənin digər xəbərləri

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO
  • Cəmiyyət

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO

31 Mart, 2026
Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO
  • Gündəm

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO

31 Mart, 2026
Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib
  • Dünya

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

31 Mart, 2026

Top 7 Xəbər

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO 1

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO

31 Mart, 2026
ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib 2

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

31 Mart, 2026
Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO 3

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO

31 Mart, 2026
Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib 4

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

31 Mart, 2026
Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq 5

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

31 Mart, 2026
Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək 6

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək

31 Mart, 2026
İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub 7

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

31 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 151)
  • Dünya (3. 287)
  • Gündəm (11. 486)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 361)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9151) Dünya (3287) Gündəm (11486) Kateqoriyasızlar (476) Kriminal (1361) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO 31 Mart, 2026
  • ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib 31 Mart, 2026
  • Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO 31 Mart, 2026
  • Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib 31 Mart, 2026
  • Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq 31 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.