Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “O həkim uşaqları həmin gün Bakıya göndərsəydi, ölməzdilər” – Bayram Nurlu
  • Cəmiyyət

“O həkim uşaqları həmin gün Bakıya göndərsəydi, ölməzdilər” – Bayram Nurlu

Xəbər verdiyimiz kimi, Qaxda 9 yaşlı İbrahimxəlil Qasımzadə və onun əmisi oğlu 12 yaşlı Murad Qasımlı göbələkdən zəhərlənərək
Cavidan 21 Oktyabr, 2021
bayr

Xəbər verdiyimiz kimi, Qaxda 9 yaşlı İbrahimxəlil Qasımzadə və onun əmisi oğlu 12 yaşlı Murad Qasımlı göbələkdən zəhərlənərək vəfat edib.

İbrahimxəlil Qasımzadənin dayısı, ektrasens Bayram Nurlu “Qafqazinfo”ya müraciət edərək iddia edib ki, hər iki uşaq həkim məsuliyyətsizliyinin qurbanı olub. Onun sözlərinə görə, həkimlər məsələnin ciddiyyətinin fərqinə varmayıb və uşaqları vaxtında Bakıya göndərməyiblər:

“Uşaqlar həmişə meşədən, bağdan göbələk yığıb yeyirmişlər. Bu dəfə yedikləri göbələk zəhərli olub. Səhərə yaxın saat 5-də halları pisləşib, xəstəxanaya aparıblar. Qax xəstəxanasında uşaqların mədəsini yuyublar, səhər saat 11-12 radələrinə evə buraxıblar. Deyiblər, “əlimizdən gələni elədik, yaxşı olacaq”. Amma uşaqlar evə gələndən sonra yenidən halları pisləşib. Yemək yeyə bilməyiblər. Həkimə zəng ediblər, deyib, “zəhərlənmədir, normal haldır”. Mən rayona çatanda gördüm ki, uşaqlar çox pis vəziyyətdədirlər. Bakıda tanış həkimlərə zəng etdim, dedilər yaxşı deyil. Kəndin həkiminə zəng etdim, tibb bacısı göndərdi. Tibb bacısı gəlib uşaqları görəndə dedi ki, “mən bu uşaqlara sistem qoşsam, əlimin altında qalacaqlar”. Təzədən uşaqları götürüb Qax xəstəxanasına çatdırdıq”.

“O həkim uşaqları həmin gün Bakıya göndərsəydi, ölməzdilər” - Bayram Nurlu

B. Nurlu bildirib ki, uşaqlara baxan həkimin adı Günay olub: “Ona deyiblər ki, uşaq Bayram Nurlunun bacısı oğludur. Nə lazımdır, gəlib edəcək. Həkim bunu biləndən sonra deyib ki, uşaqları təcili Bakıya çatdırın. Bakıya gətirəndən 2-3 saat sonra uşağın biri vəfat etdi, ardınca da o birisi. Bakıda deyiblər ki, uşaqlar zəhərlənən gün bura gətirilməli idi. Artıq zəhər uşaqların bütün bədəninə yayılıbmış”.

O, həkim məsuliyyətsizliyinə görə, ailənin rəsmi qaydada şikayət edəcəklərini də əlavə edib: “Həkim dünən televiziyada danışır ki, ilkin müayinə olunandan sonra uşaqları Bakıya göndərmişik. Niyə demirsən ki, uşaq gəlib mədəsini yumuşuq, evə göndərmişik?! 2 gün sonra vəziyyəti ağırlaşandan sonra Bakıya göndərmişik?! Həkim yalan danışıb. Uşağın xəstəxanadan evə qayıdandan sonrakı şəkilləri də var. O Qaxdakı savadsız, diplomu alıb orada oturan həkim uşaqları xəstəxanaya gedən gün sistem qoşub, ambulansla Bakıya göndərsə, bu hadisə yaşanmazdı. Bu, hadisə həkimin günahıdır. Mesajlarıma, zənglərimə cavab vermir. Lazımi orqanlara rəsmi qaydada müraciətlərimiz olacaq”.

B.Nurlunun sözlərinə görə, eyni göbələkdən uşaqların əmisi də yeyib. Yaşı daha çox olduğu üçün orqanizmi dözə bilib və hazırda xəstəxanadadır.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycan iki İran vətəndaşını ölkələrinə qaytardı – Rəsmi
Next: Hansı deputatlar silah gəzdirir? – DİN açıqladı

Bölmənin digər xəbərləri

10d0ee22-3ae6-3 v
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Cavidan 24 İyun, 2026
sUg7nNMfefQu80tb
  • Cəmiyyət

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-24 103054
  • Cəmiyyət

Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 639)
  • Dünya (3. 416)
  • Gündəm (11. 898)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (516)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 10d0ee22-3ae6-3 v 1
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

24 İyun, 2026
Sabah Bakıda və rayonlarda yağış yağacaq sUg7nNMfefQu80tb 2
  • Cəmiyyət

Sabah Bakıda və rayonlarda yağış yağacaq

24 İyun, 2026
Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır 1782288808_thumbsv 3
  • Dünya

Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

24 İyun, 2026
Qalibaf: Əsas məqsədimiz bölgənin təhlükəsizliyinin region ölkələrinin özləri tərəfindən təmin edilməsidir Screenshot 2026-06-24 115546 4
  • Dünya

Qalibaf: Əsas məqsədimiz bölgənin təhlükəsizliyinin region ölkələrinin özləri tərəfindən təmin edilməsidir

24 İyun, 2026
Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır Screenshot 2026-06-24 112717 5
  • Dünya

Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9639) Dünya (3416) Gündəm (11898) Kateqoriyasızlar (516) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.