Skip to content
18 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 446)
  • Dünya (3. 373)
  • Gündəm (11. 765)
  • İdman (652)
  • İqtisadiyyat (595)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 388)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 992)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda bu şəxslərin aktivləri dondurulacaq

Kütləvi qırğın silahları yayanların Azərbaycanda aktivləri dondurulacaq. Bununla bağlı Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və
Cavidan 7 Dekabr, 2022

Kütləvi qırğın silahları yayanların Azərbaycanda aktivləri dondurulacaq.

Bununla bağlı Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, hədəfli maliyyə sanksiyaları cinayət mühakimə icraatı çərçivəsində tətbiq edilən tədbirləri əvəzləmədən, önləyici xarakter daşıyaraq, terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə aşağıdakı tədbirləri nəzərdə tutur:

  • aktivlərin təxirəsalınmadan dondurulması;
  • sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsinin qadağan edilməsi.
    Aktivlərin dondurulması ilə bağlı tədbirlərin həyata keçirildiyi vaxt həmin aktivlərdə payı olan fiziki şəxslərin və ya qurumların mülkiyyətində saxlanılır. Həmin aktivlər üçüncü tərəfin idarəçiliyində saxlanıla, yaxud həmin şəxslər tərəfindən aktivlər dondurulanadək tətbiq edilmiş digər hüquqi mexanizmlər vasitəsilə, habelə normativ hüquqi aktlara müəyyən edilmiş digər qaydalara uyğun olaraq idarə edilə bilər.

Eyni zamanda layihə ilə hədəfli maliyyə sanksiyalarının tətbiq edildiyi aktivlər də müəyyənləşir.

Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi fəaliyyəti ilə bilavasitə əlaqəli olub-olmamasından asılı olmayaraq aşağıdakı aktivlər dondurulmalıdır:

  • sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların aktivləri;
  • sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan aktivlər, habelə belə aktivlər vasitəsilə əldə edilmiş digər aktivlər,
  • sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslərin və qurumların aktivləri;
  • sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumların aktivləri.

Bu Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Continue Reading

Previous: İranda azərbaycanlı həkim barəsində ölüm hökmü verildi
Next: Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib

Bölmənin digər xəbərləri

Deputatlar Tacikistana gedirlər
  • Cəmiyyət

Deputatlar Tacikistana gedirlər

18 May, 2026
Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir
  • Cəmiyyət

Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir

18 May, 2026
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb – VİDEO
  • Cəmiyyət

Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb – VİDEO

18 May, 2026

Top 7 Xəbər

Deputatlar Tacikistana gedirlər 1

Deputatlar Tacikistana gedirlər

18 May, 2026
İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 2

İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

18 May, 2026
Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir 3

Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir

18 May, 2026
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb – VİDEO 4

Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb – VİDEO

18 May, 2026
Özbəkistan lideri: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir 5

Özbəkistan lideri: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir

18 May, 2026
“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edilib 6

“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edilib

18 May, 2026
Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik 7

Prezident İlham Əliyev: WUF13-də rekord sayda iştirakçıları qəbul edirik

18 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 446)
  • Dünya (3. 373)
  • Gündəm (11. 765)
  • İdman (652)
  • İqtisadiyyat (595)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 388)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 992)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9446) Dünya (3373) Gündəm (11765) Kateqoriyasızlar (496) Kriminal (1388) Mədəniyyət (349) Siyasət (2992) Texnologiya (14) İdman (652) İqtisadiyyat (595)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Deputatlar Tacikistana gedirlər 18 May, 2026
  • İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb 18 May, 2026
  • Prezident İlham Əliyev: Azərbaycan “vahid Çin” siyasətini daim dəstəkləyir 18 May, 2026
  • Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb – VİDEO 18 May, 2026
  • Özbəkistan lideri: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf yolu keçir 18 May, 2026
© Addim.az | MoreNews by AF themes.