Skip to content
13 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • 30 il İran bizimlə tək qapıya oynayıb – HƏQİQƏTƏN DƏ…
  • Cəmiyyət
  • Gündəm

30 il İran bizimlə tək qapıya oynayıb – HƏQİQƏTƏN DƏ…

“Azərbaycan televiziya və radiolarında İranda yaşayan soydaşlarımıza yönəlik verilişlər hazırlanmalıdır”. Addim.az bildirir ki, bunu Milli Məclisin deputatı Ceyhun
Cavidan 7 Dekabr, 2022
8983a4b3bb-Xudaferin-korpusu-xalqimizin-milli-serveti-mohtesem-memarliq-eseri

“Azərbaycan televiziya və radiolarında İranda yaşayan soydaşlarımıza yönəlik verilişlər hazırlanmalıdır”.

Addim.az bildirir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin dünən keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, İranın bir sıra xəbər agentlikləri, eləcə də televiziya kanalları, xüsusilə “Səhər” kanalı Azərbaycan Prezidenti və xalqının ünvanına davamlı olaraq hədyanlar yağdırırlar: “İran radioları da Azərbaycanın efir məkanına müdaxilə edirlər. Eyni zamanda sosial şəbəkələrdə müəyyən səhifələr yaradılır, Azərbaycanda yaşayan müxtəlif xalqların adlarından istifadə edilərək ölkəmiz əleyhinə təbliğat davam etdirilir. “Səhər” kanalının və İran radiolarının Azərbaycanın efir məkanına müdaxiləsi ilə bağlı uzun müddətdir müzakirələr aparılır, ancaq hələ də bu məsələ həllini tapmayıb. Biz bu barədə ciddi şəkildə düşünməliyik”.

Deputat bildirib ki, İranda yaşayan azərbaycanlılar üçün teleradio verilişləri hazırlanmalıdır: “Biz müxtəlif dillərdə, xüsusilə fars və ərəb dillərində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və erməni vəhşiliyinin ifşası istiqamətində təbliğat işlərini də qurmalıyıq. Məsələn, qardaş Türkiyənin TRT telekanalı müxtəlif dillərdə yayımlanır, ölkə həqiqətlərini dünyaya çatdırır. Biz də indidən informasiya müharibəsində qələbəmizi gücləndirmək üçün bu cür addımlar atmalıyıq”.

Güney Azərbaycan üzrə araşdırmaçı, jurnalist Elman Cəfərli “Şərq”ə açıqlamasında millət vəkilinin kifayət qədər aktual məsələyə toxunduğunu deyib:

“Biz bu barədə iki ildən çoxdur ki, yazırıq, təkliflər veririk. 30 il İran bizimlə münasibətlərə tək qapıya oynayıb. Bakıda İran Mədəniyyət Mərkəzi fəaliyyət göstərib, amma biz Tehranda eyni işi görə bilməmişik. İcazə verməyiblər. İran tele-radioları efir məkanımıza daxil olub, ancaq biz onun qarşısını ala bilməmişik. Azərbaycan tərəfi heç zaman İranla münasibətlərin gərginləşməsində maraqlı olmayıb. Ancaq 44 günlük savaş zamanı və ondan sonra baş verən proseslər göstərdi ki, biz mehriban və dinc qonşuluq siyasəti yeritsək də, İran üçün bunun əhəmiyyəti yoxdur. Onlar Azərbaycanın güclənməsini, Güney üçün nümunəvi sekulyar dövlətə çevrilməsini istəmirlər. Nəhayət, Azərbaycan tərəfi başa düşdü ki, İranı anladığı dildə başa salmaq lazımdır. Biz Arazın o tayında İranın burada etdiyini etməməliyik. Bu, lazım da deyil. Biz 35 milyon azərbaycanlının ana dilində təhsil hüququ məsələsini qoymalıyıq. Azərbaycan televiziyalarında Güneydə baxılan verilişlər hazılamalıyıq. Bu iş sistemli və ardıcıl olmalıdır, kampaniya xarakteri daşımamalıdır. “Səhər-2” Azərbaycanda fəaliyyət göstərir, beyinləri zəhərləyir”.

E.Cəfərlinin sözlərinə görə, Güney Azərbaycan Televiziyasının yerli kabel televiziyaları vasitəsilə yayımına icazə verilməlidir. İri media qrupları Güney Azərbaycanla bağlı layihələr etməlidir:

“Azərbaycan TV-lərində türk tarixi ilə bağlı teleseriallar çəkilməlidir. “Atabəylər” serialının çəkilməsi təqdir olunmalıdır. Siyasi qurumlar, hüquq-müdafiə təşkilatları, media 1 gün də olsa Güneyi yaddan çıxarmamalıdır. Bakıda Güneylə bağlı təşkilatların ofisləri fəaliyyət göstərməlidir. Güneylə bağlı saytlar açılmalıdır. İran rejimi Azərbaycana qarşı təxribat aparan azərbaycanlı satqınlara şərait yaradır. Biz 35 milyonun hüquqlarını qoruyan güneyli mühacirlərə dəstək verməliyik. Bakıda yaşayan güneylilərə rahat oturum izni və vətəndaşlıq verilməlidir”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Dünya çempionatının dörddəbir final mərhələsinin təqvimi
Next: DSX-nin özünü gülləyən əsgəri xəstəxanada ÖLDÜ

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 160048
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 153111
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 150542
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Cavidan 11 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 726)
  • Dünya (3. 453)
  • Gündəm (11. 945)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 1
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026
İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib Screenshot 2026-07-11 153111 2
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

11 İyul, 2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Screenshot 2026-07-11 150542 3
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

11 İyul, 2026
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Screenshot 2026-07-11 144513 4
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11 İyul, 2026
Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var Screenshot 2026-07-11 132145 5
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9726) Dünya (3453) Gündəm (11945) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.