![](https://addim.az/wp-content/uploads/2022/12/1669963410.IMG-20210126-WA0003.jpg)
Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.
Bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.
Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.