Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov vəzifəsindən ayrılıb.
Bu barədə o, özü məlumat paylaşıb.
“4 il işlədiyim kollektivdən – Dövlət Miqrasiya Xidmətindən ayrılmaq məcburiyyətindəyəm”, – deyə o bildirib.
E.Kələntərov bundan sonra fəaliyyətini “For Azerbaijan” Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində davam etdirəcəyini qeyd edib.