Skip to content
15 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 425)
  • Dünya (3. 369)
  • Gündəm (11. 754)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

DAHA BİR BÖHRAN: Evlərin qiyməti niyə artır… – GƏLİŞMƏ

“İki il əvvəl qlobal böhran başlayanda iqstisadçılar, ekspertlər əmlak qiymətlərinin kəskin ucuzlaşacağını proqnozlaşdırırdılar. Qiymətlərin 20-30 faiz düşəcəyi qeyd
Cavidan 18 Oktyabr, 2021

“İki il əvvəl qlobal böhran başlayanda iqstisadçılar, ekspertlər əmlak qiymətlərinin kəskin ucuzlaşacağını proqnozlaşdırırdılar. Qiymətlərin 20-30 faiz düşəcəyi qeyd edilirdi. Ancaq faktiki olaraq fərqli bir durum müşahidə edilməyə başladı”.
Bu barədə Bizimyol.info saytına əmlak məsələləri üzrə ekspert Elnur Azadov danışıb. O, qeyd edib ki, pandemiya ilə bağlı ölkədə təhsil obyektlərinin bağlanması, rayonlara gediş-gəlişə məhdudiyyətin qoyulması, kafe-restoranların fəaliyyətinin dayanması ilk olaraq kirayə bazarına təsir etdi.

“Regionlardan təhsil almağa gəlib, ucuz kateqoriyada olan mənzilləri kirayə götürən şəxslər gəlmədiyi üçün bu evlərin istifadəçiləri olmadı. Böyük şəhərlərdə kirayə götürülən əmlakların 15-18 faizi bu tələbələrin payına düşür. Karantinlə bağlı öz bölgələrinə qayıdan tələbələrin evləri boşaldı. Eyni zamanda günlük kirayə verilən evlər də boşaldı. Yəni ilk olaraq ucuz kirayə verilən əmlaklar təsirə məruz qaldı” – deyə E.Azadov bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl kafe-restoranların fəaliyyəti dayanmışdı və bu dayanma da əmlak bazarına təsir edirdi. Həmin ərəfədə ticarət obyektlərinin kirayəsi də düşdü. Vəziyyət tədricən düzəlsə də, ümumi daşınmaz əmlak bazarında xüsusi dəyişikliklərin olmadığını bildirən eskpert, daha çox inşaat sektorunda qiymətlərdə dəyişikliklərin olduğunu vurğulayıb.

“Bu, daha çox 2018-ci ildə tikinti normativlərinin dəyişdirilməsi ilə bağlıdır. Çünki tikinti sıxlığı əmsalı bazara təsir etməyə başladı. Eyni zamanda pandemiya dövründə tikinti sektorunun fəaliyyəti dayanmadı, işlər davam etirildi. Qiymətlərdə ciddi endirimlər olmasa da, kiçik endirimlər oldu. Tikinti şirkətləri müəyyən aksiyalar keçirdilər, endirimlər elan etdilər. Ancaq vəziyyətin ümumi qiymətlərə təsiri olmadı. Normativlərin və yeni vergi qaydalarının tətbiq olunması, eyni zamanda inşaat materiallarının qiymətinin qalxması sonrakı dövrdə ilkin bazarda, yəni daim fəaliyyətdə olan bazardakı qiymətlərin 15-17 faiz artımına səbəb oldu. Yeni tikililərin qiymətləri əvvəlkilərdən 15-17 faiz daha bahadır”,- deyə ekspert bildirib.

İkinci əl bazara gəldikdə isə,burada qiymətlərin 3-5 faiz ucuzlaşması müşahidə olunur. Bunun normal olduğunu qeyd edən E.Azadov bu ucuzlaşmanın bazara təsir etmədiyini əlavə edib. Qiymətlərdə olan dəyişiklik alıcılıq bazarına da təsir edib. Hazırda daşınmaz əmlak bazarında canlanma olduğunu qeyd edən mütəxəssis, bunu yeni tədris ilinin başlanması ilə əlaqələndirir. Onun fikrincə, tədris ilinin başlanması ilə bağlı, regionalrdan tələbələr gəlir və ucuz kirayə bazarında qıtlıq yaşanır. Belə ki, əgər pandemiya dövründə ucuz evlərin qiyməti 20-25 faiz düşmüşdüsə, indi bahalaşma müşahidə edilir.

“Digər əmlakların qiymətində isə dəyişiklik yoxdur”,- deyə ekspert əlavə edib.

Continue Reading

Previous: Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi
Next: “Qızıl Amnistiya” gəlir: 15 min məhkuma şamil ediləcək

Bölmənin digər xəbərləri

İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib
  • Cəmiyyət

İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib

15 May, 2026
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
  • Cəmiyyət

Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək

15 May, 2026
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
  • Cəmiyyət

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

15 May, 2026

Top 7 Xəbər

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır 1

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

15 May, 2026
Tramp iki günlük səfərindən sonra Çini tərk edib 2

Tramp iki günlük səfərindən sonra Çini tərk edib

15 May, 2026
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib 3

İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib

15 May, 2026
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək 4

Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək

15 May, 2026
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb 5

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

15 May, 2026
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək 6

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

15 May, 2026
Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq 7

Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq

15 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 425)
  • Dünya (3. 369)
  • Gündəm (11. 754)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9425) Dünya (3369) Gündəm (11754) Kateqoriyasızlar (495) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2991) Texnologiya (14) İdman (652) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır 15 May, 2026
  • Tramp iki günlük səfərindən sonra Çini tərk edib 15 May, 2026
  • İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib 15 May, 2026
  • Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək 15 May, 2026
  • Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb 15 May, 2026
© Addim.az | MoreNews by AF themes.