Azərbaycan Ordusunun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsi dünyanın bir çox hərbi-elmi mərkəzlərində təhlil edilir və orduları tərəfindən öyrənilir.
Bu barədə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev bildirib.
General deyib ki, 2021-ci və 2022-ci illərdə, o cümlədən cari ilin sentyabr ayında baş vermiş döyüş toqquşmaları zamanı əldə edilən uğurlar postmüharibə dövründə ordu quruculuğu sahəsində həyata keçirilən islahatların düzgün istiqamətə yönəldiyini sübut etdi.
“Döyüş əməliyyatlarında Azərbaycan Ordusu Ermənistanın hərbi infrastrukturuna ciddi zərbə vuraraq düşmən üzərində hərbi üstünlüyünü bir qədər də artırdı”, – deyə general Vəliyev vurğulayıb.