Skip to content
31 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 146)
  • Dünya (3. 286)
  • Gündəm (11. 480)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 358)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Əyri yola gedən yeni kadrlar – Sırada kimlər var?

Bu il yanvarın 12-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində korrupsiya, rüşvətxorluqla mübarizənin davam etdiriləcəyini qeyd edib. 
Cavidan 1 Noyabr, 2022

Bu il yanvarın 12-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində korrupsiya, rüşvətxorluqla mübarizənin davam etdiriləcəyini qeyd edib. 

“Mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır. Əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir – ən yüksəkvəzifəli məmurlar bu gün istintaq, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar”.

Dövlət başçısı qeyd edib ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq.

“Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız, cəzalarımız da çox sərt olacaq. Amma bu, işin bir tərəfidir. Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır”.

2022-ci ildə bəzi qurumlarda çalışan məmurlar yol verdikləri nöqsanlara görə saxlanılıblar. Belə ki, 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilən Səfər Mehdiyevin rəhbəri olduğu qurumda bir neçə yüksəkvəzifəli şəxs Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olundu. Bunlar “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov, Komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Şükür Səfərov, DGK-nin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Məsum Rəsulovdur. 

Bundan sonra iyulun 16-də gömrük xidməti general-polkovniki Səfər Mehdiyev vəzifəsindən azad olundu. 

Bu gün isə belə bir əməliyyat Mədəniyyət Nazirliyində keçirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı  mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev  istintaqa cəlb edilib. O, 2021-ci ilin sentyabr ayında bu vəzifəyə təyinat almışdı. Mədəniyyət naziri Anar Kərimov isə həmin ilin yanvarından rəhbər vəzifənin icrasına başlayıb.

Bu hallar isə öz növbəsində bəzi yeni kadrların da köhnələr kimi, əyri yola getdiyini göstərir. Bəs görəsən, növbəti dəfə hansı gənc kadrlar qanunsuz əməllərinə  görə məsuliyyətə cəlb olunacaq?

“Unikal”

Continue Reading

Previous: Medianın İnkişafı Agentliyi müsabiqə elan edib
Next: İran Cənubi Azərbaycandan Ermənistana dəhliz çəkəcək

Bölmənin digər xəbərləri

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi
  • Cəmiyyət

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi

31 Mart, 2026
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
  • Cəmiyyət

Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

31 Mart, 2026
31 Mart soyqırımından 108 il ötür
  • Cəmiyyət

31 Mart soyqırımından 108 il ötür

31 Mart, 2026

Top 7 Xəbər

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi 1

Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi

31 Mart, 2026
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 2

Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

31 Mart, 2026
31 Mart soyqırımından 108 il ötür 3

31 Mart soyqırımından 108 il ötür

31 Mart, 2026
DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib 4

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

30 Mart, 2026
Bu xəstəxanaya baş həkim təyin edildi 5

Bu xəstəxanaya baş həkim təyin edildi

30 Mart, 2026
Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər 6

Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər

30 Mart, 2026
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 7

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

30 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 146)
  • Dünya (3. 286)
  • Gündəm (11. 480)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 358)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9146) Dünya (3286) Gündəm (11480) Kateqoriyasızlar (476) Kriminal (1358) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi 31 Mart, 2026
  • Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 31 Mart, 2026
  • 31 Mart soyqırımından 108 il ötür 31 Mart, 2026
  • DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib 30 Mart, 2026
  • Bu xəstəxanaya baş həkim təyin edildi 30 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.