Skip to content
1 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 151)
  • Dünya (3. 287)
  • Gündəm (11. 486)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 361)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Bakıda köhnə binalardakı evlər ucuzlaşa bilər – İpoteka qaydaları dəyişir

Bakıda köhnə binalardakı mənzillər ucuzlaşacaq. Trend-in bazardakı mənbələrdən əldə etdiyi məlumata görə, yaxın zamanlarda paytaxtda köhnə tikili olan
Cavidan 29 Oktyabr, 2022

Bakıda köhnə binalardakı mənzillər ucuzlaşacaq.

Trend-in bazardakı mənbələrdən əldə etdiyi məlumata görə, yaxın zamanlarda paytaxtda köhnə tikili olan binalarda mənzillərin ucuzlaşacağı proqnozlaşdırılır. Buna səbəb isə bəzi qaydaların tezliklə dəyişdirilməsinin nəzərdə tutulmasıdır.

Belə ki, hazırda mövcud qaydalara əsasən, 1970-ci ildən sonra istifadəyə verilmiş binalarda olan mənzillər həm dövlət ipotekasına, həm də bankların təklif etdiyi daxili ipoteka təkliflərinə yararlıdır.

Əmlak satışı mütəxəssislərinin verdikləri məlumata əsasən, yaxın zamanlarda bu qaydanın dəyişdirilməsi gözlənilir. Bu qaydanın 2000-ci ildən sonra istifadəyə salınmış binalara şamil olunacağı gözlənilir. Belə olan halda isə, köhnə tikililərlə tələbat kəskin azalacaq.

Məsələ ilə bağlı sayta açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, növbəti ilin birinci yarısında süni şəkildə şişirdilmiş qiymətlərdə ciddi enmələr olacaq: “Bu enmələr köhnə tikili binalarda olacaq, amma yeni tikili binalarda qiymətlərin enməsi çətindir. Çünki yeni tikili binalarda alternativ olduqca azdır, yeni binaların tikilməsi üçün ərazi çox azdır və tikinti prosesi də baha başa gəlir. Köhnə binalarla bağlı qiymətlərin azalması qaçılmazdır. Hətta ipotekalarla bağlı qaydalar dəyişməsə belə, köhnə binalardakı mənzillərin qiymətində enmələr baş verəcək, çünki artıq azad olunmuş əraziləmizdə də ciddi tikinti işləri aparılır, vətəndaşlarımız həmin ərazilərə köçürülməsi ilə bu qiymət enməsi daha da sürətlənəcək”.

O əlavə edib ki, Bakı şəhərində istismar müddəti bitirmiş 11 minə qədər bina var: “Bu mənzillərin ipoteka krediti ilə satılması qaydalara əsasən mümkün deyil. Əslində köhnə binalarda mənzillərin qiyməti azalmalı, indiki qiymətlərdən ən azı 50 faiz aşağı olmalıdır. Lakin 2016-cı ildə Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən istismar müddəti bitmiş binaların sökülərək yerində yeni binaların tikimləsi planlaşdırılır. Bu da köhnə mənzillərin müəyyən qədər bahalaşmasına səbəb oldu, bəziləri fikirləşdi ki, bu mənzilləri alıb saxlamaqla, nə vaxtsa yeni binadan mənzil əldə edəcək, amma bu proses də 10 illiklər ərzində aparılacaq prosesidir”.

“Sentyabr ayından sonra köhnə binalarda növbəti qiymət artımları baş verdi. Belə ki Rusiyada səfərbərlik elan olunduqdan sonra vətəndaşlar düşündü ki, Rusiyadan Bakıya ciddi axın olacaq və onlar gəlib Bakıdan mənzillər alacaqlar. Müəyyən vəsaiti olan vətəndaşlarımız da köhnə mənzilləri almağa başladı ki, Rusiyadan gələnlərə bu mənzilləri daha baha qiymətə satıb mənfət götürsün. Lakin belə olmadı, Rusiyadan Azərbaycana ciddi axın gəlmədi, əksinə Rusiyada biznesi olan azərbaycanlılar, özləri Azərbaycanda olan əmlaklarını satırlar. Ona görə ki, həmin şəxslər Rusiyada ziyan görmüş bizneslərini xilas etməyə çalışırırlar”, – deyə o əlavə edib.

Continue Reading

Previous: Şahin Bağırov idarə statusunda şöbə yaratdı, xanım rəis təyin etdi – FOTO
Next: “Pepsi” Şərurlu İsfəndiyarı məhkəməyə verdi

Bölmənin digər xəbərləri

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO
  • Cəmiyyət

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO

31 Mart, 2026
Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO
  • Gündəm

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO

31 Mart, 2026
Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib
  • Dünya

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

31 Mart, 2026

Top 7 Xəbər

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO 1

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO

31 Mart, 2026
ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib 2

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

31 Mart, 2026
Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO 3

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO

31 Mart, 2026
Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib 4

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

31 Mart, 2026
Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq 5

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

31 Mart, 2026
Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək 6

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək

31 Mart, 2026
İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub 7

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

31 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 151)
  • Dünya (3. 287)
  • Gündəm (11. 486)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 361)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9151) Dünya (3287) Gündəm (11486) Kateqoriyasızlar (476) Kriminal (1361) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür – FOTO 31 Mart, 2026
  • ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib 31 Mart, 2026
  • Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb – VİDEO 31 Mart, 2026
  • Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib 31 Mart, 2026
  • Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq 31 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.