Skip to content
13 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Azdrama”nın günlük icarə haqqı AÇIQLANDI: – Bütün xərcləri çıxdıqdan sonra qalan 100 min manat hara getdi?
  • Cəmiyyət
  • Gündəm

“Azdrama”nın günlük icarə haqqı AÇIQLANDI: – Bütün xərcləri çıxdıqdan sonra qalan 100 min manat hara getdi?

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayının təşkilinə büdcədən 203 min manat ayrıldığını açıqladığı gündən etibarən məsələ böyük
Cavidan 27 Oktyabr, 2022
1666877335_0001 (1)

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayının təşkilinə büdcədən 203 min manat ayrıldığını açıqladığı gündən etibarən məsələ böyük rezonans doğurub. AYB üzvləri bu vəsaitin Azərbaycan Akademik Milli Dram Teatrının icarəsinə, qurultay üçün hazırlanan posterlərə, qonaqlar üçün təşkil edilən kofe-breykə və xarici qonaqların təyyarə bileti ilə Bakıda qonaqlanmasına xərcləndiyini bildirirlər. Sadaladığımız faktorların 203 min manatlıq bir xərc tələb etmədiyini düşündüyümüz üçün kiçik bir araşdırma etmək istədik.

Oxu.Az-ın məlumatına görə, tədbirə təxminən 20 nəfər xarici qonaq dəvət edilib. Tədbirdəki müşahidələrimizə əsasən isə qurultaya Türkiyədən üç, Pakistandan bir, Rusiyadan da bir nəfər təşrif buyurmuşdu. “Google”da Bakıdakı beşulduzlu hotellərin bir gecəlik qiyməti barədə araşdırma apardıqda məlum olur ki, günlük icarə haqqı 100-200 manat aralığındadır. Qonaqların Bakıda iki-üç gün gecələyəcəklərini, eləcə də yemək və yol xərclərini nəzərə alsaq, bir nəfər üçün təxminən üç min manat civarında vəsait xərclənir. Yəni ümumilikdə 60 min manatın 20 nəfər xarici qonaq üçün xərcləndiyini deyə bilərik.

Geriyə qalan əsas məsələ qurultayın keçirildiyi məkanın – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının icarə haqqıdır. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Azdrama”nın günlük kirayəsi beş-altı min manat civarındadır.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın məşhur məkanlarından olan “Hilton Baku”da 150-200 nəfərlik bir günlük icarə haqqı 5 000, yarım günlük isə 3 500 manatdır. Həmin qiymətə zalda proyektor, ekran, iki ədəd mikrofonla birlikdə səs sistemi, mineral sular və konfrans üçün avadanlıqlar daxildir. Kofe-breyk isə adambaşı 17 manat təşkil edir.

“JW Marriott Absheron”da da məbləğ çox fərqlənmir. Belə ki, burada 200 nəfərlik zalın icarə haqqı altı min manatdır. Qiymətə proyektor, ekran, səs sistemi daxildir. Kofe-breyk isə bir nəfər üçün 15 manata nəzərdə tutulub.

“Azdrama”da kofe-breykə ayrılan vəsait isə nəinki adambaşı 15-17 manat, heç 10 manat məbləğində də olmazdı. Ən maksimal məbləğdən hesabladıqda bunun üçün də iki min manat xərcləndiyini ehtimal edə bilərik. Kitab və poster çapına isə nə qədər pul sərf olunduğu bəlli deyil. Amma güman edirik ki, 135 min manat xərclənməyib. 35 min manatın da kiçik işlər üçün xərcləndiyini düşünsək, sual olunur: Yerdə qalan 100 min manat hanı? //oxu.az//

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezidentdən DTX ilə bağlı fərman
Next: Bürclər bu günə nə deyir?

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-13 182506
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 180049
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 170129
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 734)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-13 182506 1
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul, 2026
Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-13 180049 2
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

13 İyul, 2026
Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var Screenshot 2026-07-13 170129 3
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

13 İyul, 2026
“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir Screenshot 2026-07-13 163348 4
  • Cəmiyyət

“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir

13 İyul, 2026
“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək Screenshot 2026-07-13 133951 5
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

13 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9734) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.