Skip to content
10 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 873)
  • Dünya (3. 183)
  • Gündəm (11. 095)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Bu xəstəxanalarda aparatlar işləmir – RƏSMİ

Hesablama Palatası böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətin auditinin nəticələrini açıqlayıb. Bu barədə Palata məlumat
Cavidan 26 Oktyabr, 2022

Hesablama Palatası böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətin auditinin nəticələrini açıqlayıb.

Bu barədə Palata məlumat yayıb. Bildirilib ki, proqramda nəzərdə tutulmadığı, habelə buna dair hər hansı əmr və ya sərəncam olmadığı halda, Proqrama ayrılmış vəsait hesabına satın alınan dərmanlar qaraciyər və ürək köçürülən, qırmızı qurdeşənəyi, habelə böyrəklərin bəzi xroniki xəstəlikləri, o cümlədən xroniki qlomerulonefrit, xroniki nefrit, nefrotik sindrom diaqnozu olan xəstələrə də verilmişdir ki, bu da XBÇ ilə bağlı ayrılmış vəsaitlərin nəticəliliyinə təsir edən amil olaraq qiymətləndirilmişdir.

Proqramın məqsədlərinə nail olunması ilə bağlı fəaliyyətin düzgün təşkil edilməməsi, daxili nəzarət üzrə müvafiq tədbirlərin, o cümlədən zəruri monitorinqlərin həyata keçirilməməsi bəzi rayonlarda hemodializ şöbəsinin yaradılmaması, bir sıra hallarda isə yaradılaraq avadanlıqlarla tam təmin edilməməsi ilə nəticələnmişdir. Belə ki, bəzi hallarda avadanlıqlar Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına (bundan sonra – RMX) 2019-2020-ci illərdə ümumilikdə 1120,8 min manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilməsinə baxmayaraq, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamamış, əhaliyə digər rayonlarda xidmət göstərilmişdir.

Hemodializ şöbələrinin laborator imkanlarının məhdudluğu, analiz cavablarının bəzi hallarda tam səhih olmaması, böyrəkköçürmə əməliyyatı icra edilmiş xəstələrə xüsusi reabilitasiya proqramlarının təşkilinin zəruri olması və hazırda TƏBİB-in tabeliyində olan reabilitasiya tipli tibb müəssisəsinin maddi-texniki bazasının bu xidmətin həyata keçirilməsi üçün uyğun olmaması tibb müəssisələrinin müvafiq avadanlıqlarla təchizat səviyyəsində müəyyən çatışmazlıqların mövcudluğunu qeyd etmək imkanı verir. Bu amil, eləcə də yuxarıda göstərildiyi kimi, fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurmuş, hemodializ şöbələrinə 2019-2021-ci illərdə verilmiş 49 ədəd hemodializ aparatı müxtəlif səbəblərdən istifadəyə verilə bilməmişdir. Audit sübutları registrə daxil edilən məlumatların məhdudluğu və növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyini, bunun isə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri ilə nəticələndiyini göstərmiş, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olmuşdur. Zəruri məlumatların əhatəlilliyinin aşağı olması, xəstələrin dövlət hesabına böyrəkköçürmə növbəsinə yazılmalarına dair qaydaların qəbul edilməməsi, prosesin elektronlaşdırılmaması və nəzarət mexanizmlərinin qurulmaması, xəstələrin növbədə yerinə dair qiymətləndirmə prosedurlarının tətbiq edilməməsi, yuxarıda da qeyd ediliyi kimi, böyrəkköçürmə ilə bağlı fəaliyyətdə bir sıra nöqsanlara yol açmışdır.

Continue Reading

Previous: İlham Əliyev, Putin və Paşinyan Soçidə GÖRÜŞƏCƏK
Next: Azərbaycanda yataqxanada yanğın – 15 nəfər təxliyə edildi (YENİLƏNİB)

Bölmənin digər xəbərləri

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?
  • Cəmiyyət

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

10 Fevral, 2026
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi
  • Cəmiyyət

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

10 Fevral, 2026
Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib
  • Cəmiyyət

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

10 Fevral, 2026

Top 7 Xəbər

“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 1

“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov

10 Fevral, 2026
Yağıntılar nə vaxt kəsiləcək? 2

Yağıntılar nə vaxt kəsiləcək?

10 Fevral, 2026
Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir? 3

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

10 Fevral, 2026
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi 4

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

10 Fevral, 2026
Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib 5

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

10 Fevral, 2026
Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur 6

Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur

10 Fevral, 2026
Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi 7

Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi

10 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 873)
  • Dünya (3. 183)
  • Gündəm (11. 095)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8873) Dünya (3183) Gündəm (11095) Kateqoriyasızlar (460) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2937) Texnologiya (14) İdman (619) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 10 Fevral, 2026
  • Yağıntılar nə vaxt kəsiləcək? 10 Fevral, 2026
  • Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir? 10 Fevral, 2026
  • Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi 10 Fevral, 2026
  • Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib 10 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.