Skip to content
1 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 154)
  • Dünya (3. 289)
  • Gündəm (11. 488)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 363)
  • Mədəniyyət (343)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik etdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının
Cavidan 25 Oktyabr, 2022

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç,

Qazaxıstan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Qazaxıstan dinamik inkişaf yolu ilə inamla irəliləyərək bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə layiqli yer tutmuşdur. Bu gün Sizin qətiyyətli rəhbərliyiniz altında ölkədə aparılan genişmiqyaslı islahatlar və quruculuq işləri qardaş ölkənizin hərtərəfli inkişafına və yüksəlişinə xidmət edir. Qazandığınız uğurlar qardaş ölkə olaraq Azərbaycanı da çox sevindirir.

Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi, mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsini bariz şəkildə təcəssüm etdirir.

Cari ilin avqustunda Azərbaycana rəsmi səfəriniz ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi, siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əlaqələrimizin daha da inkişafı üçün yaxşı imkanlar açmışdır. Eyni zamanda bu yaxınlarda Astanada Sizinlə görüşümü məmnunluqla xatırlayır, əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsi və müzakirələrin Azərbaycan-Qazaxıstan münasibətlərinə yeni təkan verəcəyinə inanıram.

Əminəm ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan çoxşaxəli əlaqələrin, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Continue Reading

Previous: Təhsilə büdcədən ayrılan vəsait kəskin artırılır
Next: İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi – YENİLƏNİB

Bölmənin digər xəbərləri

Aprel ayına olan hava proqnozu açıqlanıb
  • Cəmiyyət

Aprel ayına olan hava proqnozu açıqlanıb

1 Aprel, 2026
Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək
  • Cəmiyyət

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

1 Aprel, 2026
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək
  • Cəmiyyət

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

1 Aprel, 2026

Top 7 Xəbər

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib 1

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

1 Aprel, 2026
Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək 2

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

1 Aprel, 2026
Ərbildə 20-dən çox PUA vurulub 3

Ərbildə 20-dən çox PUA vurulub

1 Aprel, 2026
Aprel ayına olan hava proqnozu açıqlanıb 4

Aprel ayına olan hava proqnozu açıqlanıb

1 Aprel, 2026
Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir 5

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

1 Aprel, 2026
Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək 6

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

1 Aprel, 2026
“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib 7

“Mehr”: ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

1 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 154)
  • Dünya (3. 289)
  • Gündəm (11. 488)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 363)
  • Mədəniyyət (343)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9154) Dünya (3289) Gündəm (11488) Kateqoriyasızlar (476) Kriminal (1363) Mədəniyyət (343) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib 1 Aprel, 2026
  • Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək 1 Aprel, 2026
  • Ərbildə 20-dən çox PUA vurulub 1 Aprel, 2026
  • Aprel ayına olan hava proqnozu açıqlanıb 1 Aprel, 2026
  • Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir 1 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.