Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə 1996-cı ildən aparılan torpaq islahatı dövründə pay torpağı almış, lakin hüquq müəyyənedici sənədlərlə təmin edilməyən vətəndaşların mülkiyyət hüquqlarının təsdiq edilməsi dövlət rüsumundan azad edilir.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.