Skip to content
15 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 426)
  • Dünya (3. 369)
  • Gündəm (11. 754)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Buraxılış imtahanlarında DƏYİŞİKLİK EDİLİR

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında, yeni təhsil proqramları üzrə təhsilalanların xarici dillər üzrə biliyinin yekun qiymətləndirilməsində
Cavidan 21 Oktyabr, 2022

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında, yeni təhsil proqramları üzrə təhsilalanların xarici dillər üzrə biliyinin yekun qiymətləndirilməsində fənn kurikulumunun müəyyən etdiyi 4 (“Dinləyib-anlama”, “Danışma”, “Oxu” və “Yazı”) məzmun xəttinə aid alt standartların yeni model test tapşırıqları ilə yoxlanılmasının mərhələli şəkildə həyata keçirilməsi davam edir. Yeni model test tapşırıqları hazırlanarkən yoxlama-ölçmə materiallarının dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) müvafiq səviyyələrinə uyğunlaşdırılmasına (orta təhsil səviyyəsində A2, tam orta təhsil səviyyəsində isə B1) xüsusi diqqət yetirilir.

DİM-dən verilən məlumata görə, 2023-cü ildə orta təhsil səviyyəsində (9 illik) xarici dillər üzrə şagirdlərin “Yazı” məzmun xətti üzrə bilik və bacarığı cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında deyil, 5 ballıq hekayə tipli bir yazı ilə qiymətləndiriləcək. Bu hissədə şagirdlərə üç şəkil təqdim olunur və şəkil əsasında minimum 5 cümlədən ibarət hekayə qurmaq tələb olunur.

Yeni modelə əsasən dinləyib-anlama bloku üzrə 4 qapalı, oxuyub-anlama bloku üzrə 7 qapalı, 1 açıq tipli (seçim), ümumi dil biliyini yoxlayan blok üzrə 11 qapalı, 1 açıq tipli (seçim) test tapşırığı, yazı bloku üzrə isə 1 tapşırıq təqdim olunur. Oxuyub-anlama bloku üzrə bilik və bacarıqların yoxlanılması 2 hissədən ibarətdir. Birinci hissə 3 kiçik həcmli mətn və hər birinə aid bir sual, ikinci hissə isə əvvəlki illərdə olduğu kimi, bir mətn və 5 sualdan ibarətdir.

Cari ilin məzunları üçün tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanının xarici dil bloku üzrə dəyişikliklərin aparılması nəzərdə tutulmur. Tam orta təhsil (11 illik) səviyyəsində müvafiq dəyişikliklərin 2024-cü ildən aparılması nəzərdə tutulur.

İmtahana hazırlaşanlar orta təhsil səviyyəsində (9 illik) 2023-cü ildə buraxılış imtahanında təqdim olunacaq yazı işi üzrə qiymətləndirilmə meyarları, yeni model test tapşırığı nümunələri, eyni zamanda tam orta təhsil səviyyəsində (11 illik) növbəti tədris ili (2023-2024) üçün nəzərdə tutulmuş yeni model ilə yaxın zamanda çap olunacaq Abituriyent jurnalının xüsusi buraxılışında tanış ola biləcəklər.

Continue Reading

Previous: Binəli Yıldırım Türkiyəyə yola salındı – Foto
Next: İran Təbrizdə Ermənistan konsulluğunun açılmasına razılıq verdi

Bölmənin digər xəbərləri

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır
  • Cəmiyyət

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır

15 May, 2026
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır
  • Dünya

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

15 May, 2026
Tramp iki günlük səfərindən sonra Çini tərk edib
  • Dünya

Tramp iki günlük səfərindən sonra Çini tərk edib

15 May, 2026

Top 7 Xəbər

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır 1

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır

15 May, 2026
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır 2

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

15 May, 2026
Tramp iki günlük səfərindən sonra Çini tərk edib 3

Tramp iki günlük səfərindən sonra Çini tərk edib

15 May, 2026
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib 4

İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib

15 May, 2026
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək 5

Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək

15 May, 2026
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb 6

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

15 May, 2026
Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək 7

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

15 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 426)
  • Dünya (3. 369)
  • Gündəm (11. 754)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9426) Dünya (3369) Gündəm (11754) Kateqoriyasızlar (495) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2991) Texnologiya (14) İdman (652) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır 15 May, 2026
  • BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır 15 May, 2026
  • Tramp iki günlük səfərindən sonra Çini tərk edib 15 May, 2026
  • İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib 15 May, 2026
  • Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək 15 May, 2026
© Addim.az | MoreNews by AF themes.