Skip to content
15 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 428)
  • Dünya (3. 370)
  • Gündəm (11. 755)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

“Yol polisləri deputatlara hörmət edir”

“Bəzi yol polislərinin yerli-yersiz avtomobilləri saxlaması, avtonəqliyyat vasitələrinin arxasınca düşüb qovması, haqlı narazılıq yaradır”. Bunu Milli Məclisin bu
Cavidan 11 Oktyabr, 2022

“Bəzi yol polislərinin yerli-yersiz avtomobilləri saxlaması, avtonəqliyyat vasitələrinin arxasınca düşüb qovması, haqlı narazılıq yaradır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. 

Deputat bildirib ki, son zamanlar yol gedərkən bu mənfi hallara şahidlik edir: “Ən qəbuledilməz hal avtonəqliyyat vasitəsini qovmaq və ya arxasınca düşüb saxlatdırmaqdır. Bu sahədə mənə xeyli şikayətlər daxil olur və hələ bu məsələləri xeyli şəkildə yumşaldıb dilə gətirirəm. Qeyd edim ki, yol polisləri millət vəkillərinə hörmətlə yanaşır və narazılığımız yoxdur. Sadəcə, bu məsələləri çoxsaylı sürücülərin maraqları üçün deyirəm. Avtomobili qovmaq təhlükəlidir və insan tələfatına gətirib çıxara bilər. Məntiqimə görə, şübhəli şəxsi, cinayətkarı qovmaq və həbs etməyə çalışmaq olar. Amma, bir sürücü tabe olmadısa, digər hərəkət iştirakçılarına da təhlükə yaradaraq onu qovmağa ehtiyac yoxdur. Bütün Azərbaycan kameralarla əhatə olunub. Asanlıqla o yol hərəkəti pozan avtomobili müəyyən edib, aidiyyatı üzrə dəvət edib, cərimələmək mümkündür”.

Deputat avtomobil yollarında DYP postlarının missiyasına əlavə xidmətlərin əlavə edilməsini təklif edib: “Bu postların avtonəqliyyat sahiblərini saxlamaq və cərimələmək üçün saxlanılmasının vacibliyi get-gedə zəifləyir. Çünki, əslində onların gördüyü işi radarlar tam olaraq yerinə yetirə bilir. Buna görə də bu postlarda ana və uşaq otağının, əsas dərman preparatlarının satıldığı bir güşənin, vəziyyəti ağırlaşan avtonəqliyyat sahiblərinin müvəqqəti dincələ biləcəyi bir otağın təşkil edilməsini, icbari sığorta xidmətinin və digər təklif edilə biləcək xidmətlərin göstərilməsini istərdim. Bu posta yaxınlaşan sürücü qayda pozuntusu ilə bağlı yalnız narahatlıq hissi yox, həm də xidmət görüb xoş hisslər keçirsin. Bu həm də polis ilə vətəndaşlar arasında daha böyük dostluq körpüsünün yaradılmasına yardımçı olar”.

Continue Reading

Previous: Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi
Next: Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı açılıb

Bölmənin digər xəbərləri

Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub
  • Cəmiyyət

Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub

15 May, 2026
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb
  • Cəmiyyət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb

15 May, 2026
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
  • Dünya

Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

15 May, 2026

Top 7 Xəbər

Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub 1

Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub

15 May, 2026
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb 2

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb

15 May, 2026
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir 3

Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

15 May, 2026
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır 4

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır

15 May, 2026
BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır 5

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

15 May, 2026
Tramp iki günlük səfərindən sonra Çini tərk edib 6

Tramp iki günlük səfərindən sonra Çini tərk edib

15 May, 2026
İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib 7

İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib

15 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 428)
  • Dünya (3. 370)
  • Gündəm (11. 755)
  • İdman (652)
  • İqtisadiyyat (594)
  • Kateqoriyasızlar (495)
  • Kriminal (1. 387)
  • Mədəniyyət (349)
  • Siyasət (2. 991)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9428) Dünya (3370) Gündəm (11755) Kateqoriyasızlar (495) Kriminal (1387) Mədəniyyət (349) Siyasət (2991) Texnologiya (14) İdman (652) İqtisadiyyat (594)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub 15 May, 2026
  • Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb 15 May, 2026
  • Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir 15 May, 2026
  • Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır 15 May, 2026
  • BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır 15 May, 2026
© Addim.az | MoreNews by AF themes.