Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ali Məhkəmə MTN polkovnikinə bəraət verib
  • Cəmiyyət

Ali Məhkəmə MTN polkovnikinə bəraət verib

2007-ci ildə həbs olunmuş MTN polkovniki Rafət Əliyevə bəraət verilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə kassasiya
Cavidan 14 Oktyabr, 2021
mehkeme (1)

2007-ci ildə həbs olunmuş MTN polkovniki Rafət Əliyevə bəraət verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə kassasiya şikayətinə baxaraq müəyyən edib ki, R.Əliyevin təqsirli bilindiyi hər iki maddə (CM-302, 341.1) üzrə ümumiyyətlə heç kim zərərçəkmiş şəxs kimi tanınmayıb. İşin faktiki halları üzrə xüsusi texniki vasitələrin quraşdırılması ilə bağlı məhkumun rəis kimi qulluq mövqeyindən sui-istifadə etməklə və yaxud qulluq səlahiyyətlərini aşmaqla hər hansı qanunsuz bir hərəkətə yol verməsi təsdiq olunmayıb.

Onun vəkili Şaiq Hüseynovun verdiyi vəsatətə Ali Məhkəmədə baxılıb. Cinayət Kollegiyasının qərarı ilə R.Əliyev barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

İttihama görə, R.Əliyev rəisi olduğu şöbənin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı xidməti otaqlarda və dəhlizdə informasiyaların gizli yolla götürülməsi üçün xüsusi texniki-elektron vasitələr və texniki sızma kanalları quraşdırmaqda günahkar bilinirdi. İşin hallarında göstərilib ki, R.Əliyev 2002-ci ilin yayında informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələr almağı və onları MTN-nin Hava Limanında yerləşən müvafiq xidməti otaqlarına və dəhlizinə quraşdırmağı Tahir Əsədzadəyə tapşırıb.

R.Əliyevin kassasiya şikayətində bildirilib ki, nə ibtidai istintaq orqanı, nə də məhkəmələr iş üçün müstəsna əhəmiyyət kəsb edən xüsusatlara hüquqi qiymət verib: “Rafət Əliyevin cinayət əməllərinin yerinə yetirməsini təsdiq edən heç bir sübut olmayıb. Həmin texniki vasitələr MTN-nin ovaxtki rəhbərliyi tərəfindən 2002-ci ildə alınıb, hava limanının binasında 2003-cü ilin yayında, sərnişin axınında saxlanılan qanunsuz miqrant və terrorçuluqda şübhəli əcnəbilərin gizli sorğularının aparılması məqsədilə quraşdırılıb. Dövlət Təhlükəsizlik Xidmətindən verilən məktubda qeyd edilib ki, həmin texniki vasitələr şəxsi maraq üzündən və şəxsi vəsaiti hesabına xidməti otaqlarda quraşdırılmayıb”.

Ali Məhkəmə kassasiya şikayətini təmin edib. Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin 13 iyun 2008-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının 7 oktyabr 2008-ci il tarixli qərarı R.Əliyevə aid hissədə ləğv edilib. Onun Cinayət Məcəlləsinin 341.1 və 302.2-ci maddələri ilə əməlində cinayət tərkibi olmadığına görə barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilib.

Xatırladaq ki, R.Əliyev AZAL-ın Aviasiya Təhlükəsizliyi İdarəsinin rəisi Emil Süleymanov, idarənin Operativ İdarəetmə Xidmətinin rəisi Tamerlan Mikayılov, xidmətin mühəndis-elektronçusu Tahir Əsədzadə və idarənin mühəndis-proqramçısı Faiq Quliyevlə birlikdə hava limanındakı müxtəlif xidməti otaqlara dinləmə cihazı yerləşdirilməsi ittihamı ilə həbs edilmişdi. 2008-ci ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin hökmü ilə E.Süleymanov 15 il, T.Mikayılov 2 il 6 ay, T.Əsədzadə 2 il 6 ay, F.Quliyev 2 il və MTN-nin polkovnik-leytenantı Rafət Əliyev 3 il azadlıqdan məhrum edilmişdi.

Bu hadisə zamanı mediada yayımlanan məqalələrdə iddia olunub ki, Rafət Əliyev MTN-in sabiq rəhbəri Namiq Abbasova yaxın kadr olduğu üçün o dönəmdə yeni vəzifəyə gələn və hazırda işsiz olan Eldar Mahmudovun göstərişi ilə həbs edilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: 7 min tələbə təhsil haqqına görə təhsilini yarımçıq qoyub – NƏ BAŞ VERİR?
Next: DİN 5 nəfərin öldüyü qəzanın görüntülərini yaydı – Video

Bölmənin digər xəbərləri

6a3bde15110926a3bde15 v
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Cavidan 24 İyun, 2026
1782298572_888V
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

Cavidan 24 İyun, 2026
10d0ee22-3ae6-3 v
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 641)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 405)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb 6a3bde15110926a3bde15 v 1
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

24 İyun, 2026
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib 1782306181 b 2
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

24 İyun, 2026
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib 1782304152051-664152687 3
  • İdman

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

24 İyun, 2026
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq 6a3bba01aabca6a3bba v 4
  • Dünya

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

24 İyun, 2026
Neftçalada DOST filialının açılışı olub 1782301v 5
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9641) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1405) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (667) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.