Skip to content
12 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bu dövlət qurumunun əməkdaşı işi özbaşına tərk edərək qətl törədibmiş
  • Cəmiyyət
  • Gündəm

Bu dövlət qurumunun əməkdaşı işi özbaşına tərk edərək qətl törədibmiş

Ötən ilin noyabr ayının 9-da Sumqayıt şəhərində tənha yaşayan 1945-ci il təvəllüdlü Züleyxa Osmanovanın qətlə yetirilməsi ilə bağlı
Cavidan 10 Oktyabr, 2022
hebs (1)

Ötən ilin noyabr ayının 9-da Sumqayıt şəhərində tənha yaşayan 1945-ci il təvəllüdlü Züleyxa Osmanovanın qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hadisəni törədən Xızı sakini, 1995-ci il təvəllüdlü Xanəhməd Rüstəmov Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (xüsusi amansızlıqla və quldurluq niyyətilə adam öldürmə) və 181.3.3-cü (Quldurluq-sağlamlığa ağır zərərvurmaqla) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə məlum olub ki, hadisəni törədən Xanəhməd Rüstəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə Departamentinin yüklərin və obyektlərin mühafizə komandasının əməkdaşı olub. O, hadisə baş verən gün xidmətdə olub və iş yerini özbaşına tərk edərək oğurluq məqsədilə əvvəlcədən seçdiyi mənzilə yaxınlaşıb.

Banka xeyli miqdarda kredit borcu olan X.Rüstəmov Sumqayıtda bir gün əvvəldən müəyyən etdiyi və kimsənin yaşamadığını düşündüyü mənzilə binanın yağış borusuna dırmaşmaqla çıxıb. O, gecə saat 04 radələrində 3-cü mərtəbədəki mənzilə eyvandan daxil olaraq axtarışa başlayıb və bu zaman mənzilə yaşayışın olduğunu, qonşu otaqdan səs gəldiyini görüb. Daha sonra Xanəhməd eyvandan götürdüyü daşla Z.Osmanovaya ağır zərbələr endirib, onun ölmədiyini gördükdə isə yerə yıxaraq boğub. Evdən 40 manat pul, telefon, noutbuk götürən şəxs daha sonra oradan uzaqlaşıb.

Məhkəmədə bildirilib ki, Z.Osmanovanın övladları İngiltərə və Hollandiya vətəndaşıdır və o, vaxtaşırı olaraq xaricə gedərək övladı ilə qalıb. Azərbaycana qayıtdıqda isə Sumqayıtdakı evində tək yaşayıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutulub. O, törətdiyi əməli etiraf edib.

Məhkəmə prosesində ifadə verən QSC-nin Mühafizə departamentinin yüklərin və obyektlərin mühafizə komandasının rəisi X.Rüstəmovun hadisə baş verən gün sutkalıq xidmətdə olduğunu və iş yerini özbaşına tərk etdiyini bildirib.

X.Rüstəmov isə evə basqın etməzdən əvvəl xidməti geyimini çıxararaq mülki paltar geyindiyini deyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Rüstəmova 19 il müddətinə həbs cəzası verilib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Məktəbliyə zorakılıq edən müavinlə bağlı qərar verildi
Next: Hamamda məşhur prokurorla tanış olan şəxs onu çılpaq fotoları ilə şantaj edib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 160048
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 153111
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 150542
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Cavidan 11 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 726)
  • Dünya (3. 453)
  • Gündəm (11. 945)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 1
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026
İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib Screenshot 2026-07-11 153111 2
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

11 İyul, 2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Screenshot 2026-07-11 150542 3
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

11 İyul, 2026
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Screenshot 2026-07-11 144513 4
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11 İyul, 2026
Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var Screenshot 2026-07-11 132145 5
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9726) Dünya (3453) Gündəm (11945) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.